Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə34/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   30   31   32   33   34   35   36   37   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
118 
qalmışdır.  O  cümlədən  bu  iki  məqtə  onun  əhvalatını  qələmə  alar-
kən xatirimizə gəldi: 
Qitə  
Getmək anı yetəndə yar gəlib çıxdı,  
Cahi, Gözünü aç ki, əgər görməyə taqət varsa.  
 
Qitə 
Min gecədən sonra ki, sən yarla görüşdün, 
Cahi, fürsətdir, gözünü ondan ayırma.  
 
Onun  yaratdığı  böyük  kitabxana[dakı  kitablar]  köhnə  ustad-
ların və gözəl yazan xəttatların xətlərindən və misli-bərabəri olma-
yan  qızıl  qələmli  müsəvvirlərin  çəkdikləri  təsvirlərdən  ibarət  idi. 
Onun mülkiyyətində çoxlu digər töhfələr də vardı. Onun çinixanası 
Çin və Xəta nigarxanalarını utandırırdı. [İbrahim] mirzənin [ölüm] 
hadisəsindən sonra onun möhtərəm hərəmi o əsərlərin İsmayıl mir-
zənin əlinə keçməməsi üçün onların əksəriyyətini suya tökdü, çini-
ləri  sındırdı,  qalanlarına  isə  od  vurdu  və  mirzənin  matəmi  üçün 
həddən artıq fəryad və fəğan qopardı. Axırda o, ahu-zarının çoxlu-
ğu üzündən xəstələnib, yorğan-döşəyə düşdü və elə həmin ay fani 
dünyaya vida edib, əbədiyyət aləminə qovuşdu”
185

II  Şah  İsmayıl  taxta  çıxdıqdan  sonra  Şamxal  sultan  onun 
əmri ilə h. 984/1576-cı ildə İbrahim mirzəni öldürmüşdür.  Mirzə 
bəy Cünabədi bu hadisəni belə təsvir edir: “Bəhram mirzənin oğlu 
İbrahim mirzə xeyli istedada, təb lətafətinə, gözəl nəzmə və yaxşı 
xəttə malik idi,  təxəllüsü Cahi idi, ovtar (simli musiqi)fənnində və 
digərlərində  kamal  sahibi  idi  və  həmin  vaxt  (yəni  h.984/1576-cı 
ildə II İsmayıl hakimiyyətə gələrkən – V.M.) darüssəltənə Qəzvin-
də  yaşayırdı.  II  Şah  İsmayıl  da  yaxşı  təbə  və  zehnə  malik  idi  və 
çox yaxşı şeirlər deyirdi. Təxəllüsü Adil idi. Hələ o, hakimiyyətə 
gəlməzdən  əvvəl  İbrahim  mirzə  ilə  müşairə  və  mükalimə  etmişdi 
                                                 
185
 İsgəndər bəy Münşi Türkman. Tarixi-aləmarayi-Abbasi. I cild / farscadan 
tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri: O.Ə.Əfəndiyev və 
N.S.Musalı. Bakı: Təhsil, 2009, 423-424. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
119 
və cənab mirzə onun cavabında bir şeir demişdi, bu isə onların ara-
sında  inciklik  yaranmasına  səbəb  olmuşdu.  Bu  inciklik  İsmayılın 
xatirində  qalmışdı  və  o,  padşah  olduğu  vaxt  şahzadələrin  həlak 
edilməsinin əncamını çəkən zaman bir qorçuya əmr etdi ki, İbrahi-
mi  qətlə  yetirsin.  Həmçinin  qatilə  demişdi  ki,  İbrahim  mirzənin 
ömür boyu yığdığı sərvət sənin ixtiyarına keçəcəkdir. Həmin qorçu 
padşahın  əmri  ilə  mirzənin  evinə  getdi  və  hökmü  həyata  keçirib 
onu öldürdü. Amma padşahın doğma bacısı mirzənin arvadı idi və 
dərhal  matəm  və  şivən  qopardı.  O,  mirzənin  mal-dövlətinin  və 
cavahirlərinin qorçuya verilməməsi üçün onları xarab etdi və nəfis 
əşyaları  çaya  tulladı.  Qadın  bundan  sonra  şəxsən  özü  İbrahim 
mirzənin  cəsədinə  qüsl  verdi,  onu  kəfənə  tutdu,  iki  rükət  namaz 
qıldı, həmçinin onun ölümünün səbəbkarlarına nifrin yağdırdı”
186

Deyilənlərə  görə,  İbrahim  mirzə  ölümünün  yaxınlaşdığını 
bilmiş və II Şah İsmayıla belə bir məktub yazmışdır
187

 
Ey qardaş, boyama sən əlini insan qanından, 
Əlin üstə digər bir əl var ki, güclüdür ondan. 
Fələk o adamın ki, başına qızıl tac qoyar, 
Axırda qara torpaq altında onu quylayar. 
 
Qəbrimiz bir neçə  ay səninkindən köhnə  görünər, ancaq sən 
bu  çirkin  işlərinlə  ömründə  bəhrə  almazsan.  Ey  ağam,  səkkiz  ay 
şahlıq  müddətində  ədalətli  şahın  fərmanı  ilə  44220  nəfər  dövlət 
işçisi və qara  camaat  günahsız olaraq öldürülmüşdür ki,  onlardan 
320 nəfər peyğəmbər övladıdır. Onların çoxu həddi-büluğa çatma-
mış,  məsum  idilər.  Bu  dünyanı  və  axirəti  yaradan  Allah  səndən 
haqq-hesab istəyən gündə ona nə cavab verəcəksən? Sənin əhvalın 
o  baqqala  bənzəyir  ki,  gün  batana  yaxın  dükanını  açar.  Onun  bu 
müddətdə nə qədər alveri olar, məlumdur. Sənin cavanlığının yaxşı 
                                                 
186
 Mirzə  bəy  Cünabədi.  Rövzətüs-Səfəviyyə.  Be  kuşeş-i  Qulamrza  Təbatəbayi 
Məcd. Tehran, 1378, s.  579-580.  
187
 Bax: Kərimov P. Şah İsmayıl Xətainin nəvəsi  İbrahim Mirzənin ana dilində 
şeirləri  // Azərbaycan. - 2012. - № 1. s. 184-189. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
120 
dövrü ötmüş, ömründən 48 il keçmişdir. Hər şeydən agah olan Al-
lah  bilir  ki,  kafirlərə  qarşı  müharibədə  mən  həmişə  şəhid  olmağı 
arzulayardım.  İndi  isə  ümid  edirəm  ki,  şəhidlərə  qoşulacağam. 
"İnna  lillah  və  inna  ileyhi  raciun"  ("Allahdanıq  və  ona  qayıdaca-
ğıq")
188

 
İstəyirsən sən nəslimizə son qoyasan? 
Bu nə cinayət? Görüm nəsilsiz qalasan!" 
 
Qazi  Əhməd Qumi  İbrahim mirzənin  yazdığı şeirlərin 3000 
beytdən artıq olduğunu, divanına arvadı Gövhərşad banunun diba-
çə yazdığını, Qazi Əhməd Quminin atası Mir Münşinin isə bu əsəri 
köçürdüyünü qeyd edir
189

 Bu  şahzadə  müxtəlif  hünər  sahələrində  mahir  olmuş  və  sə-
nətkarları himayə etmiş, zəngin bir kitabxana qurmuşdur
190
.  
İbrahim mirzə haqqında məlumat verən Məmmədəli Tərbiyət 
yazır:  “Mir  münşi  oğlu  Hacı  Əhməd  Qumlunun  qeyd  etdiyinə 
görə, bu şahzadənin qiymətli kitabxanasında bir çox dəyərli kitab-
lar  və  az  tapılan  albomlar  vardır.  Bu  albomların  birində  görkəmli 
xəttatların  yazısı,  ustad  Behzad  və  digər  rəssamların  əsərləri  top-
lanmışdır. Bu albomun qiyməti bir ölkənin birillik dövlət büdcəsi-
nə bərabərdir”
191
. Tərbiyət "Xansahibin bayazı", "Gülüstani-hünər" 
və "Xülasətül-əşar"a istinadən İbrahim mirzənin şeirlərindən farsca 
örnəklər təqdim etmişdir. 
 
Elə bilmə ki, gözləri heç aldatmaq bacarmır, 
Elə göstərir ki, guya hiylə satmaq bacarmır. 
                                                 
188
 Tərbiyət  Məhəmmədəli.  Danişməndani-Azərbaycan  (fars  dilindən  tərcümə 
edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987, s. 164. 
189
 Məmmədova  Ş.  “Xülasət  ət-təvarix”  Azərbaycan  tarixinin  mənbəyi  kimi. 
Bakı, Elm, 1991, s. 103-104. 
190
 Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993, s.63. 
191
 Tərbiyət  Məhəmmədəli.  Danişməndani-Azərbaycan  (fars  dilindən  tərcümə 
edənlər: İsmayıl Şəms, Qafar Kəndli). Bakı, 1987, s.162. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə