Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə35/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   31   32   33   34   35   36   37   38   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
121 
 
Dilbər canıma qəsd edir, öcəşir yenə, 
Davamsız dünya tək ondan vəfa gözləmə! 
 
Camalın görməyə tabım yox, baxmayaraq, 
"Ləntəbani" deyir, tənə vurur o mənə.  
 
Atın tərifinə deyilmiş şeir: 
 
Şığan  oxdur,  ötən  fikir,  arzu  tək  sevinc  yaradır, 
Döyünən ürəkdir, axan xəyal, göyləri sarsıdır. 
 
Çapır,  sanki  yaşıl  günbəz  üstə  damcıdır  o  süzür, 
Qıdıqlayır külək onu, yerindən qovlayır, üzür. 
 
Hərəkətdə incə, huşda misli yoxdur bu dünyada, 
Qədəh yanından ötsə, nə qədəh tərpənər, nə badə. 
 
F.e.d.  Paşa  Kərimov  İbrahim  mirzənin  həyat  və  yaradıcılı-
ğından bəhs edən və türkcə şeirlərini əhatə edən bir məqalə nəşr et-
dirmişdir.  Tədqiqatçı  yazır:  “İllərlə  axtarışdan  sonra  İbrahim  mir-
zənin Azərbaycan türkcəsində yazdığı şeirləri Almaniyada yaşayan 
həmvətənimiz  Məhəmmədəli  Hüseyni  Tehranın  Saray  kitabxana-
sından aşkar edərək surətini çıxartmış, AMEA-nın Məhəmməd Fü-
zuli  adına Əlyazmalar  İnstitutuna göndərmişdir.  Aşıq şeiri  forma-
sında  yazılan  bu  27  şerin,  varsağıların  dili  çox  aydın  və  sadədir. 
Şair  bu  şeirlərin  son  bəndində  İbrahim  imzasından  istifadə  edib-
dir...Şairin  bu  şeirlərini  nəzərdən  keçirərkən  ilk  növbədə,  Şah 
İsmayılın  xalq  şeir  üslubunda  yazdığı  qoşma,  varsağı,  gəraylı  və 
bayatıları yada düşür...”. 
Orasını da qeyd etmək istərdik ki, İbrahim mirzənin haqqın-
da danışdığımız şeirləri 1581-ci ildə köçürülmüşdür”
192
.  Məqa-lə-
                                                 
192
 Kərimov  P.  Şah  İsmayıl  Xətainin  nəvəsi    İbrahim  Mirzənin  ana  dilində 
şeirləri  // Azərbaycan. - 2012. - № 1. s. 186. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
122 
nin sonunda P.Kərimov ilk dəfə olaraq şairin türkcə şeirlərini oxu-
cuların diqqətinə çatdırmışdır: 
 
Məni böylə zar eyləmə, 
Aman dilbər, aman dilbər. 
Dərdə giriftar eyləmə, 
Aman dilbər, aman dilbər. 
 
Qeyr ilə həmsüxən olma
Bəlayi-canü tən olma; 
Mana böylə düşmən olma, 
Aman dilbər, aman dilbər. 
 
Bir dəm mana yar ola gör, 
Mərhəmi-əsrar ola gör; 
Qəmimə qəmxar ola gör, - 
Aman dilbər, aman dilbər. 
 
Gözdən qanlu yaşum axdı, 
Hicrin məni oda yaxdı; 
Həsrətindən canım çıxdı, -  
Aman dilbər, aman dilbər. 
 
İbrahim der, gözəl xanım, 
Çıxdı əflakə əfğanım; 
Hicrində qalmadı canım, -  
Aman dilbər, aman dilbər. 
                  
*** 
Şol zamanın cövhərindən, 
Könül, incinmə, səbr eylə. 
Əhli-aləmin tövründən, 
Könül, incinmə, səbr eylə. 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
123 
Fələk sana cəfa qulur
Görəlim kim, sonu nolur 
Bu dünyadur, böylə olur, 
Könül, incinmə, səbr eylə. 
 
Seyli-qəm cuş edib daşdı, 
Möhnətü-qəm həddən aşdı, 
Neyləyəlim, böylə düşdi, 
Könül, incinmə, səbr eylə. 
 
Necə kim, bidad etmələr, 
Sənin qətlünə yetmələr, 
Necə səni incitmələr, 
Könül, incinmə, səbr eylə. 
 
İbrahim der: ol sərvi-naz
Olmaz bizə məhrəmi-raz, 
Həq kərimdür, böylə qalmaz, 
Könül, incinmə, səbr eylə. 
  
İbrahim mirzənin məclisləri həmişə elm və ədəbiyyat xadim-
lərinin  yığıncağı  olmuş,  Hindistana  səfər  edən  hər  bir  söz  ustası 
Xorasandan keçdikdə  İbrahim mirzə onu bir müddət qonaq saxla-
yar və ona böyük hörmət göstərərdi.  
İbrahim  mirzə  görkəmli  söz  ustalarının  tərcümeyi-halı  və 
əsərlərindən nümunələri əhatə edən “Fərhəngi-İbrahim” adlı təzki-
rə  yazmışdır
193
.  M.Tərbiyət  yazır  ki,  bu  təzkirə  “Səfinəyi-Xoşgu” 
müəllifinin  istifadə  etdiyi  mənbələrdən  olmuşdur.  Təzkirə  dövrü-
müzə çatmadığı üçün bu məlumatla kifayətlənməli oluruq. 
 
                                                 
193
 Tərbiyət  Məhəmmədəli.  Danişməndani-Azərbaycan  (fars  dilindən  tərcümə 
edənlər:  İsmayıl  Şəms,  Qafar  Kəndli).  Bakı,  1987,  s.163;  Məmmədova  Ş. 
“Xülasət  ət-təvarix”  Azərbaycan  tarixinin  mənbəyi  kimi.  Bakı,  Elm,  1991,  s. 
104. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
124 
 
 
 
 
 
 
Ġbrahim mirzənin “Gülüstani-hünər” adlı əsərdəki minyatürü 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
125 
 
TÖVFĠ TƏBRĠZĠ 
 
Tövfi  Təbrizi  h.  X/m.XVI  əsrin  ikinci  yarısında  öz  zama-
nının  şairləri  haqqında  “Təzkireyi-Tövfi”  adlı  təzkirə  qələmə 
almışdır. Sadiq bəy Əfşar bu şair haqqında məlumat vermiş, hətta 
onu tənqid etmişdir: “Təbrizlidir. Şairliyi mötəbər sayılmadığından 
sərrafçılıqla  gün  keçirirdi.  Hal-hazırda  deyirlər  ki,  o  vilayətdə 
nəzm  əhli  onu  qəbul  edir.  Həqiqətən,  zövqü  və  aşiqliyi  olan  bir 
insandır.  Lahican  şəhərində  onunla  rastlaşdım.  Vaxtını  kimyagər-
liklə  keçirirdi.  Bu  fənndə  dərrakəsizliyinə  baxmayaraq,  risalə  də 
yazmışdı.  Yoxlamaq  xatirinə  məndən  soruşdu:  “Həcərin  (daşın) 
neçə  növü  var?”.  Dedim:  “Sən  de  görüm  həcər  nədir,  mən  deyim 
neçə növü var”. Və məlum oldu ki, həcər sözünün mənasını bilmir. 
Çox sadəlövh insandır. Hər halda, yaxşı şeirləri var. Bu beytlər də 
o cümlədən (16 beytini nümunə göstərir)”
194

Sadiq bəydən fərqli olaraq, “Zikri” təxəllüslü Təqiəddin Mə-
həmməd  ibn  Şərəfəddin  Əli  əl-Hüseyni  əl-Kaşani  “Xülasətül-əşar 
və  zübdətül-əfkar”  əsərində  öz  müasiri  olan  Tövfinin  şairliyini 
yüksək qiymətləndirmiş, onu “Təbrizin seçkin şairlərindən” hesab 
etmiş,  “şairlikdə  təbinin  mükəmməl  dərəcədə  yüksək”  olduğunu 
vurğulamış, “rəngin qəzəllərə və mətin qəsidələrə” malik olduğunu 
qeyd etmiş və yaradıcılığından 316 beyt örnək vermişdir. Zikri ey-
ni  zamanda  Tövfinin  təzkirəsi  haqqında  da  məlumat  vermişdir: 
“Amma öz şairliyi və öz şeirinə olan inamı ilə yanaşı, digərlərinin 
də şeirlərini toplamış və deyirlər ki, son dərəcə yaxşı bir “Təzkirə-
tüş-şüəra” yazmışdır. Və bu əyyamda fəsahət meydanında at çap-
maqda  olan  şairlərin  çoxusu  haqqında  həmin  əsərində  məlumat 
vermişdir”
195
.  Qeyd  edək  ki,  Zikrinin  Tövfi  haqqında  qeydləri  h. 
992/1584-cü ilə aiddir.  
Məhəmmədəli  Tərbiyət  təzkirəsində  Tövfi  haqqında  yazır: 
“Təbrizin  tanınmış  şairlərindəndir.  O,  şairlikdə  və  şeir  yazmaqda 
                                                 
194
 Sadiq bəy Sadiqi. Məcməül-xəvas. Bakı, 2008, s.204-205. 
195
 Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 312-313. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə