Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə37/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
133 
Müqəddimədə Sadiqi farsca və türkcə şeir yazan şairləri top-
layan Caminin “Baharistan”, Əlişir Nəvainin “Məcalisün- nəfais”, 
Dövlətşah  Səmərqəndinin  “Təzkirətüş-şüəra”  və  Sam  mirzənin 
“Töhfeyi-Sami”sindən  söz  açır:  “Lihəzə  xub-alamlıq  fars  nuktə-
pərdazları  və  mərğub-kəlamlıq  türk  süxənsazları  bu  cəmaət  pəri-
şanlığı cəmiyyəti içün və bu taifə cəmiyyəti pür-nişanlığı içün şa-
yəstə  məclislər  və  bayəstə  məhfillər  arastə  və  pirastə  qılıbdurlar. 
Əvvəla  Şeyxül-İslami  Əbdürrəhman  Camininq  “Baharistan”ınınq 
bir  rövzəsidur  və  yinə  Əmiri-Kəbir  Əlişirinq  “Məcalisün-nəfa-
is”idür və yenə Təzkireyi-Dövlətşahdur və yenə şahzadeyi-aləm və 
aləmiyanınq “Töhfeyi-Sami”sidür”
207

Bunun ardından müəllif təzkirəçilik silsiləsinin pozulmaması 
üçün  bu  əsəri  yazdığını  bildirir:  “Bu  silsilə  sər  halqayi-intizamı 
bir-biridin üzülməsün diyü və bu təzkirələr sər-riştəsi pozulmasun 
diyü”
208
. Sadiqi təzkirəsini Əlişir Nəvainin “Məcalisün-nəfais” adlı 
təzkirəsindəki üsula və tərtibə uyğun olaraq səkkiz məclisə ayırdı-
ğını və təzkirəsinin adını “Məcməül-xəvas” qoyduğunu da müqəd-
dimədə  qeyd  edir.  Müqəddimənin  sonunda  təzkirəsini  dövrün 
hökmdarı Şah Abbasa ithafən yazdığını bildirir və ona dua edir. 
“Məcməül-xəvas”ın strukturu aşağıdakı kimidir: 
Birinci məcmə şairlik istedadı olan müasir paşahlar (12 şair);  
İkinci məcmə şahzadələr (8 şair); 
Üçüncü məcmə səltənət sütunu olan türklər (11 şair);  
Dördüncü məcmədə səltənət sütunu olan taziklər (33 şair); 
Beşinci məcmədə səltənət sütunu olan türklərin və taziklərin 
böyük övladları (15 şair); 
Altıncı məcmə peyğəmbər nəslindən olan şairlər (39 şair);  
                                                                                                             
206
 İsmayıl Hikmət. Azərbaycan ədəbiyyatı tarixi.II c. Bakı, s.89; Muradova M. 
Sadiq bəy  Sadiqinin həyat və yaradıcılığı. Bakı, 1999, s. 42. 
207
 Təzkireyi-Məcməül-xəvas be zəbani-türkiyi-çəğatayi. Təlif-i Sadiqiyi-Kitab-
dar və tərcümeyi-an be zəbani-farsi be xameyi-Əbdürrəsul Xəyyampur. Təbriz, 
1327, s.3. 
208
 yenə orada s.3. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
134 
Yeddinci məcmə türk, fars və ərəb dillərində söz demək qüd-
rətinə malik olub, ərəb və əcəmdə şöhrət tapmış 28 türk şairi;  
Səkkizinci  məcmə əcəmin müasir fəsahət  və  bəlağət  sahiblə-
rindən olan 222 şair.  
Təzkirənin  Əbdürrəsul  Xəyyampur  tərəfindən  hazırlanmış 
mətnində  333  şair  haqqında  məlumat  verilmişdir.  Külliyyatda  isə 
bu rəqəm 369-a çatır. 
Xatimədə Sadiq bəy Əfşar öz şeirlərindən bir neçə beyti nü-
munə olaraq vermişdir. 
Təzkirənin xatiməsində özünün də əsərdə zikr etdiyi şairlər-
dən kənarda qalmamasının məqsədəuyğun olmadığını bildirən Sa-
diqi şeirlərinin “ərbabi nəzmə” çatması üçün bu hissədə bəzi beyt-
lərini  vermişdir.  Sadiqi  Nəvainin  “Məcalisün-nəfais”inə  maraq 
göstərmiş  və  ona  müvafiq  olaraq  səkkiz  bölmədən  ibarət  təzkirə 
yazmış  və  “Məcməül-xəvas”  adlandırmışdır
209
.  Ancaq  Nəvaidən 
fərqli  olaraq,  Sadiqi  təzkirəsində  seyidlərdən  və  türk  şairlərindən 
ayrıca  bəhs  etmişdir.  Təzkirədə  şairlər  təxəllüslərinə  görə  deyil, 
adları əsasında sıralanmışdır. Digər təzkirələrdə olduğu kimi, bura-
da da lətifələrə, rəvayətlərə rast gəlmək mümkündür. Ancaq şairlə-
rin doğum və ölüm tarixləri əsasən verilməmişdir. Sadiqi bu kitab-
da türk dili və ədəbiyyatını bütünlükdə ələ almış, mövcud üç ədəbi 
şivəsinin  şairlərini  tanıtmış  və  əsərlərindən  örnəklər  vermişdir
210

Bəzi  tədqiqatçılar  təzkirənin  azərbaycanca,  bəziləri  özbək-cığatay 
ləhcəsində, bəziləri isə cığatay-azərbaycan ədəbi dilində yazıldığı-
nı irəli sürürlər. Prof. F.Köprülü  Sadiq bəy Sadiqidən bəhs edər-
kən yazır: “Türkcə şeirlərindən başqa cığatay ləhcəsi ilə şüəra təz-
kirəsi yazması, azərbaycanlı şairlərlə bərabər, tanınmış Osmanlı və 
cığatay şairlərindən də bəhs etməsi, türkçənin müxtəlif ədəbi ləh-
cələrini çox yaxşı bildiyinə və geniş mənası ilə türk mədəniyyətinə 
qiymət verdiyinə dəlalət edir”
211
.  
                                                 
209
 Muradova M. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı. Bakı, 1999, s.42. 
210
 Heyət C. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993, s.62. 
211
 Köprülü F.Edebiyat araştırmaları. 2.c. İstanbul, 1989, s. 50. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
135 
 XVI-XVII  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  şairlərin  hə-
yat və yaradıcılığından bəhs edən bu təzkirə Şah Təhmasib, Sultan 
Məhəmməd Xudabəndə, Şah  İsmayıl  Xətai,  Bəhram  mirzə,  Əlqas 
mirzə, Sam mirzə, Sultan İbrahim mirzə, Sultan Həsən mirzə, Sul-
tan Mustafa mirzə, Füzuli, Şərif Təbrizi, Kəlbəli, Nəcati Rumi, Ba-
qi  Çələbi,  Qəzali  Təbrizi,  Rami  Ordubadi  və  başqaları  haqqında 
məlumat verməsi baxımından dəyərlidir.  
Məsələn, bir azərbaycanlı şairin həyat və yaradıcılığı Sadiqi-
nin qələmi ilə bu şəkildə təsvir olunmuşdur: “Pirqulu bəy – Yusif 
bəy Ustaclunun qohumlarındadır. Mərhum şahın zamanında Sultan 
Hüseyn  mirzənin  lələsi  idi.  Varlı  adamdır.  Şeir  də  yazır.  Divan 
bağlamağa müvəffəq olub. Bu beyt onundur: 
 
Xətti-əksi görünür dideyi-giryan içrə
Mur xeyli güzəri düşdi məgər qan içrə.  
 
“Məcməül-xəvas”ı ədəbi əlaqələr tarixi baxımından qiymət-
ləndirən  f.e.d.  C.Nağıyeva  təzkirədə  Şahinin  Şah  İsmayıla,  Su-
səninin Nəvaiyə cavablarını bu cəhətdən əhəmiyyətli olduğunu ya-
zır
212
.  Bundan  əlavə,  Sadiqi  əsərində  Orta  Asiya  şairləri  ilə  bəra-
bər,  Anadolu  şairlərinə  də  yer  ayırmışdır.  Təzkirəçi  əsərin  birinci 
məcməsində  Mühibbi  təxəllüsü  ilə  şeir  yazan  Sultan  Süleyman, 
türk şairlərindən bəhs olunan yeddinci məcməsində dövrünün “sul-
tanüş-şüəra”sı  sayılan  Necati  bəy  və  Baqi  haqqında  məlumat  ver-
mişdir.  
Sadiqi əsərində şairlərə tənqidi münasibətini də bildirmişdir. 
Məsələn,  Məhəmməd  bəy  Məzaqidən  bəhs  edən  təzkirəçi  yazır: 
“...Hakimliyinin  əvvəllərində  dörd-beş  yüz  qızılbaş  mücahidini 
qonşu ölkə ilə müharibədə qırğına verdi, təkcə özü sağ qaldı. Hə-
qiqətən də o “şücaət və səxavət” sahibindən doğru bir söz eşitmə-
dim. “Yalançının yaddaşı olmaz” məsəli doğrudur”. Sadiq bəy Əh-
məd bəy Müşşərrəfin yaxşı şeir təbi olduğunu, lakin az məşğul ol-
duğunu,  istəsə  yaxşı  şeir  deyə  biləcəyini  qeyd  edir.  Mir  Hüzuri 
                                                 
212
 Nağıyeva C. Azərbaycanda Nəvai. Bakı, 2001, s. 156. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə