Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə39/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   35   36   37   38   39   40   41   42   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
139 
təshih etməli, əsəri müəllif iradəsinə uyğun, dürüst şəkildə elmi au-
ditoriyaya  təqdim  etməyi  bacarmalıdır.  Bu  yanlışlıqların  bəziləri 
katib qüsurlarından irəli gəlsə də, bir sıra səhvlər məhz oxunuş xə-
tasından qaynaqlanmışdır. İstanbulun tanınmış məkanlarından olan 
Qalata  bölgəsinin  adını  Qəltə,  Türkiyənin  məşhur  şəhəri  İznikin 
adını  Əznik,  Diyarbəkrin  tarixi  adı  olan  Amid  (Hamid)  ifadəsini 
Aməd, Avropanın tanınmış ölkələrindən olan Bosna (Bosniya) di-
yarının  adını  “Busənə”  kimi  oxumaq,  qədim  Troya  şəhərinin  yer-
ləşdiyi və 1915-ci il Çanaqqala zəfərinin yaşandığını bölgə olması 
səbəbindən bütün dünyada dillər əzbəri olan Gelibolu  yarımadası-
nın adını Gülbüvili şəklində təqdim etmək, “Korloğlu” dastanında 
dönə-dönə xatırlanması  üzündən Azərbaycanda  yaxşı  tanınan To-
kat  (Toqat)  şəhərinin  adını  Tövqat  kimi  transfoneliterasiya  etmək 
məhz mətni nəşrə hazırlayan ədəbiyyatşünasın xətalarıdır.  
Təzkirə struktur baxımından da müəyyən qədər Osmanlı təz-
kirələrinə  yaxındır.  Belə  ki,  əsərdə  şairlər  əlifba  prinsipi  əsasında 
təqdim olunmuşdur. Amma Azərbaycan təzkirəçilərinin əsərlərinin 
böyük bir qismi şairlərin çıxdıqları təbəqələrə görə “təbəqə” üsulu 
ilə və  ya coğrafi prinsip  əsasında tərtib olunmuşdur
222
. Lakin əsə-
rin dili Osmanlı təzkirələri ilə eyni deyil.  
Anonim müəllif tərəfindən qələmə alınmış bu təzkirə antolo-
giya xarakterlidir. Çünki burada şairlər haqqında məlumat çox qı-
sadır. Təzkirəçi şairin təxəllüsünü qeyd edir, adını vermir. Bundan 
sonra  isə  hansı  şəhərdən  olduğu  göstərilmiş,  sənəti,  ixtisası  qeyd 
olunmuşdur. Məsələn, Agahi – Vardardandır, qüzzatdandır; Əhli – 
qalatalıdır, qazidir; İshaq Əfəndi – üsküplüdür, üləmadandır, Şam-
da  qazı  olmuşdur;  Cəmali  –  istanbulludur,  nişançı  olmuşdur; 
Hökmi – Rumidür, divan katiblərindəndir və s.  
XVII  əsr  Osmanlı  təzkirələri  XVI  əsrdə  bu  janrda  tərtiblən-
miş  əsərlərdən  müəyyən  cəhətlərinə  görə  fərqlənmişdir.  Belə  ki, 
XVI əsr təzkirəçiləri öz dövrlərindən əvvəl yaşayan şairləri əsərlə-
rində  xatırlamışdılar.  Bu  səbəbdən  təzkirələrdəki  bio-biblioqrafik 
məlumat  da  çox  geniş  olurdu  və  bu  təzkirələrin  həcminə  də  təsir 
                                                 
222
 Musalı V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: 2007, s. 29. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
140 
etmişdir.  XVII  əsr  təzkirəçiləri  isə  daha  çox  öz  dövrlərində  yaşa-
yıb-yaradan  şairlərdən  bəhs  edir  və  bioqrafik  informasiyanı  çox 
qısa verirdilər. Əvəzində isə şeirlərdən nümunələr artırılırdı. Belə-
liklə, qeyd olunan bu dəyişikliklər nəticəsində XVII  əsrdən etiba-
rən  Osmanlı  təzkirəçiliyi  tarixində  antologiya  xarakterli  təzkirələr 
tərtiblənməyə  başladı.  Faizi  təzkirəsi  də  antologiya  xarakterlidir. 
Bu  əsərdə  XV  əsrin  ortalarından  yazıldığı  1621-ci  ilə  qədər  yaşa-
mış  14-ü  qadın  olmaqla  515  nəfər  şair  əlifba  sırası  ilə  verilmiş-
dir
223
.  Şairlərin  həyatı  haqqında  məlumat  bir-iki  qısa  cümlədən 
ibarətdir.  Faizi  təzkirəsinə  daxil  etdiyi  şairlərin  vəfat  tarixini 
verməyə  səy  göstərmişdir.  Anonim  təzkirədə  bəhs  olunan 
şairlərdən 112-sinin adına Faizi təzkirəsində də rast gəlirik. Amma 
şair bioqrafiyaları  fərqlidir və şeirlərdən nümunələr isə heç də tam 
üst-üstə düşməməkdədir.  
Bu təzkirədə iki maddeyi-tarix istisna olmaqla şairlərin vəfat 
tarixlərini,  həmçinin  şairlərin  əsərləri  haqqında  dəyərləndirmələri 
də görmürük. 
Təzkirədən  şairlərin  vəzifə,  peşə  və  məsləkləri  haqqında  da 
məlumat  alırıq.  Onların  arasında  divan  katibi,  danişmənd,  dəftər-
dar, yeniçəri, qazısgər, qazi, nədimi-padşah, mülazimi-padşah, mü-
təvəlli, müdərris, mülazim, nişançı, sipahi və s. rast gəlirik. 
Şairlərin əsərlərindən nümunələr isə 2 – 10 beyt arasında də-
yişir. Ən çox Baqi və Xəyalinin şeirlərindən nümunələr verilmişdir 
(10  beyt).  Osmanlı  təzkirələrində  fars  dilində  şeir  nümunələrinə 
təsadüf etsək də,  bu təzkirədə farsça örnəklərlə rastlaşmadıq.  
Araşdırdığımız  bu  əsərə  ön  söz  və  xatimə  yazılmamışdır. 
Türk  təzkirəçiliyinə  nəzər  saldıqda  məlum  olur  ki,  təzkirəçilər 
əsərlərinə ön sözlə başlayırlar. Burada təzkirəçi Allaha həmd, pey-
ğəmbərə  dua  etdikdən  sonra,  sözün  əhəmiyyətinə  diqqət  yetirir, 
şairlik haqqındakı fikirlərini, şairliyin uca mərtəbə olduğunu isbat 
etməyə çalışır. Bəzən təzkirəçilər ön sözdə əsərlərini hansı mənbə-
lərdən  istifadə  edərək  yazdıqlarını  və  oraya  daxil  etdikləri  şairləri 
necə seçdiklərini də qeyd edirdilər. Təzkirəçilər onlara qədər yazıl-
                                                 
223
 Musalı V. XV-XVII əsrlər türk təzkirəçiliyi. Bakı: 2007, s. 130. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
141 
mış  təzkirələri  də  ön  sözdə  xatırlayırlar.  Bu  anonim  mənbədə  isə 
bu məlumatlardan heç birinə rast gəlmirik.  
Ön sözdən sonra təzkirənin əsas hissəsi, yəni bio-biblioqrafik 
məlumatları  əhatə edən  mətn  verilir.  Burada şairin  adı,  ləqəbi,  tə-
xəllüsü,  doğulduğu,  yetişdiyi,  vəfat  etdiyi  yer,  təhsili,  görünüşü, 
əsərləri, şairin əsərini kimə ithaf etməsi, həcmi, janrı və başqa mə-
lumatlar verilir.    
Təzkirələrin sonunda isə əsərin yekun bölməsi olan “xatimə” 
verilir. Xatimədə təzkirəçi əsərini yazarkən qarşılaşdığı çətinliklər-
dən bəhs edir və əsərinin uğur qazanması, bəyənilməsi üçün Alla-
ha yalvarır. Anonim müəllif əsərinə xatimə də yazmamışdır. 
Tədqiqat obyektinə çevirdiyimiz bu təzkirə əsasən XVI-XVII 
əsr şairlərini əhatə etməkdədir. Burada haqqında məlumat verilmiş 
Fəthi təxəllüslü şairin vəfat tarixi 1107/1695-ci ildir
224
. Digər şair-
lərin vəfat tarixləri isə daha əvvəllərə təsadüf edir. Bir çox Osman-
lı  təzkirələrindən  fərqli  olaraq,  burada  qadın  şairlər  xatırlanma-
mışlar.  
Təzkirədə haqlarında məlumat verilən şairlərdən 33 nəfərinin 
doğulduğu şəhər göstərilməmişdir. Şairlərdən 19-u istanbullu, 14-ü 
vardarlı,  12-si  ədirnəli,  9-u  bursalı,  6-sı  amidli,  4  sarıxanlı,  3-ü 
üsküplü, 2-si bağdadlı, 2-si aydınlı, 2-si gedizli, 2-si qaramanlı, 1-i 
manisalı,  1-i  berqamalı,  1-i  rodoslu,  1-i  trabzonlu,  1-i  balıkəsirli-
dir. Təzkirədə  adlarına  rast  gəldiyimiz şairlərdən 23-ü  Rumi  kimi 
təqdim olunmuşdur. Şairlərin təqdim olunma şəkli də Osmanlı təz-
kirələrindən  fərqlidir.  Heç  bir  Osmanlı  təzkirəçisi  şairi  təqdim 
edərkən “Rumidür” ifadəsindən istifadə etməmişdir. Osmanlı təz-
kirələrində isə bu şairlərin doğum yeri olaraq Rum toponiminə rast 
gəlmədik. Çünki zatən hamının “Rumi” olduğu Rum torpağında öz 
əsərini qələmə alan Osmanlı təzkirəçisinin şairləri “Rumi” nisbəsi 
ilə  fərqləndirməsi  məqsədəuyğun  deyildi.  Ona  görə  də  Osmanlı 
təzkirəçiləri heç bir zaman şairlərin fərqləndirici əlaməti kimi onun 
Rumi olduğunu vurğulamamış, şairin doğulduğu, yaşadığı konkret 
                                                 
224
 İpekten  H.,  İsen  M.,  Toparlı  R.,    Okçu  N.  Tezkirelere  göre  divan  edebiyatı 
isimler sözlüğü. - Ankara, 1988, s. 142. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə