Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə31/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
107 
terceman  olan  hülasalar  olmak  itibarile  ehemmiyetle  göz  önünde 
bulundurulmağa şayandırlar”
166

F.e.d. A.Musayeva da Ruhi Bağdadi ədəbi irsini araşdırarkən 
Ruhi  və  Əhdi  Bağdadi  münasibətlərinə  də  aydınlıq  gətirmişdir: 
“Ruhi “Gülşəni-şüəra” müəllifi, həm də şair tək anılan Əhdi Bağ-
dadi  ilə  eyni  dövrdə,  Bağdada  yaşamışdır.  Onlar  bir-birlərini  şəx-
sən tanımışlar. Əhdi Ruhidən yazdığı tək, Ruhinin də onunla bağlı 
söylədikləri ilkin mənbələrdən biri kimi diqqətəlaiqdir”
167
.  Tədqi-
qatçı Ruhi “Divan”ının Sankt-Peterburq İmperator kitabxanasında-
kı THC-143 şifrəli əlyazmasında Əhdi ilə bağlı beytləri ilkin ola-
raq ədəbiyyatşünaslara təqdim etmişdir: 
 
Şüəra əskisi ol piri-süxəngu, yəni 
Sahibi- “Təzkirə” Əhdiyi-qəzəlxan nicədür? 
 
Gül gibi Əhdi tazə qəzəllər edərmi tərh? 
Ol əndəlibi-gülşəni-irfan nə dəmdədür? 
 
Tazələr ruhu sözü olsa nola köhnə vücüd, 
Əhdiyi-zindədil, ol sahibi-peyman eyüdür. 
 
Kimsənin məclisinə getdiyi yok “təzkirə”siz, 
Sahibi-“Təzkirə”, ol piri-süxəndan eyüdür. 
 
Əhdinin  həyatı  haqqında  Azərbaycan  ədəbiyyatşünaslığına 
ilk məlumatı İsmayıl Hikmət verir: “Hicri X əsrin yetişdirdiyi klas-
sik türk şairlərindən biri də Əhdidir. Əhdi uzun müddət səyahətdə 
olmuş,  Türkiyədə  yaşamış  olmasına  rəğmən  ləhcə  etibarilə  Azər-
baycana mənsubdur”
168

                                                 
166
 Bayırı  M.H.  Bağdatlı  Ahdi  //  Azerbaycan  Yurt  bilgisi,  1933  haziran,  №  18, 
s.267. 
167
 Musabəyli  A.  Ruhi  Bağdadi:  mühiti,  həyatı,  poetikası  və  Divanı  (əlyazma 
qaynaqları əsasında). Bakı: 2005, s.102. 
168
 İsmayıl Hikmət. Azərbaycan ədəbiyyatı tarixi. I c. Bakı: 1924, s.158. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
108 
Osmanlı ölkəsini gəzən  və dövrün bir çox məşhur şairlərini 
yaxından tanımaq və əsərlərini görmək imkanı verən ədəbi və elmi 
mühitlə  arasıkəsilməz  təmas,  Əhdinin  bu  uzun  səfərinin  sonunda 
tamamladığı təzkirəsi üçün məlumat mənbəyi olmuşdur. Azərbay-
can  türkcəsində  ilk  təzkirə  olan  “Gülşəni-şüəra”  təzkirəçinin 
müasirlərini əhatə etdiyinə görə, Əhdiyə qədər yazılmış təzkirələr-
dən xüsusilə fərqlənir. Türk alimi S.Solmaz Əhdi təzkirəsinin önə-
mini içərisindəki başqa qaynaqlarda yer almayan şairlərin təyin et-
diyini  vurğulayır  və  yazır:  “Çoğunluğu  devletin  doğu  kesiminden 
olan, diger tezkirelerin hiç birinde yer almayan 147 şair bunun en 
bariz delilidir. İrak mihver olmak üzere bugünkü İran ve Azerbay-
can,  hatta  Buharayı  da  içine  alan,  Suriye  ve  Mısıra  kadar  uzanan 
bir bölgede yetişmiş bir çok şair ilk defa Ahdi ile edebiyat dünya-
mızdakı yerini almıştır”
169
.  
Əhdi  əsərini  şahzadə  Səlimə  Kütahyada  təqdim  etmişdir. 
Aşağıdakı qitəni də bu münasibətlə yazmışdır:  
 
Cəm idüp ərbabi-nəzmi itdüm ol sultanə ərz
Adət olmuşdur sunar bəndə şahi-dövranə ərz. 
                                 
Xaki-payindən bitər məqsudi ərbab-i dilün 
Nola sunsa xaki-payə Əhdiyi-fərzanə ərz
170

 
Əhdi təzkirəsini h.971/1563-64-cü ildə tamamlamış və yazıl-
ma tarixini aşağıdakı şeir parçası ilə göstərmişdir:  
 
Gül kimi nəzmi ilə əhli-dilin,     
Olsa rəşki-cinan bu rövzə nola.  
Eyləyib cəm bir yerə Əhdi,  
Dedi tarixi-Gülşənüş-şüəra
171

 
                                                 
169
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s. VIII. 
170
 yenə orada, s. 90. 
171
 yenə orada, s. 91.  


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
109 
  Əhdi  bu  tarixdə  yazdığı  təzkirəsini  üç  rövzəyə  ayırmışdır. 
Sonralar  müəllif  əsəri  yenidən  gözdən  keçirərək  h.1001/1592-93-
cü ilə qədər  yetişmiş şairlər haqqında topladığı məlumatları əlavə 
edərək,  təzkirəsinə  bir  rövzə  də  artırmışdır.  Dördüncü  rövzəyə 
əlavə  olunan  şairlər  aşağıdakılardır:  Təmərrüd  Əli  paşa,  Həsən 
paşa,  Mehmet  paşa,  Əhməd  paşa,  Əhməd  bəy,  Dərviş  bəy,  Ömər 
bəy,  Təbi,  Gərmi  bəy,  Feyzi,  Mövlana  Əhməd  Həriri,  Ülfəti, 
Əhməd  Zərif, Atəşi, Bəyani, Turabi, Cəmali, Xayiri,  Həmdi, Hü-
seyni, Hökmi bəy, Xürrəmi, Hisali, Xülusi, Xadimi, Xumari, Xən-
dan,  Duayi,  Ruhi  Bağdadi,  Ruhi  Çələbi,  Zari,  Zöhdi,  Sami,  Sai, 
Səmai,  Şərhi,  Şəmsiyi-Divanə,  Ziyai,  Tüfeyli,  Tərzi,  Təriqi,  Zü-
huri, Elmi, Arif, Əbdülvahid, Adni bəy, İzari, Ətiqi, Qafuri, Fəxri, 
Mövlana Katib, Ləli, Lisani, Mühiti Əfəndi, Mühyi, Minnəti, Nati-
qi, Nüsrəti, Vəhdəti, Vəsfi. 
Beləliklə,  “Gülşəni-şüəra”nın  ilk  variantı  müqəddimə,  üç 
rövzə və bir xatimədən ibarətdir. Təzkirənin tam nüsxəsi isə dörd 
rövzədir. İlkin variantda təzkirədə Qanuni dövrü şairlərindən bəhs 
olunmuşdursa,  əlavələr zamanı  əsərə  II  Səlim və III  Murad dövrü 
şairləri də xatırlanmışdır.   
Təzkirənin birinci rövzəsində Qanuni Sultan Süleyman, şah-
zadə Sultan Səlim və digər şahzadələr, ikinci rövzədə dövrünün ta-
nınmış  dövlət  xadimləri,  üçüncü  rövzədə  üləma  və  müdərrislər, 
sancaq bəyləri və əyalət dəftərdarları, dördüncü rövzədə isə əlifba 
sırası ilə müasiri olan şairlər haqqında məlumat və əsərlərindən nü-
munələr verilmişdir.  
Əsərin  müqəddimə  və  xatiməsi  çətin  bir  dillə  qələmə  alın-
mışdır.  Təzkirənin  ilk  üç  bölməsində  də  sultan,  şahzadə,  bəylər-
bəyi, dəftərdar  şairlərdən  də  bəhs  olunarkən  ərəb-fars  ibarələri  ilə 
dolu  ağır  bir  dildən  istifadə  olunmuşdur.  Təzkirənin  dilini  təhlil 
edən S.Solmaz yazır: “Dil yer yer ağırlaşmakta, ikili, üçlü terkipler 
çok  kullanılmaktadır.  Birinci,  ikinci  ve  üçüncü  bölümlerde  kul-


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə