Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə32/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
110 
lanılan dilin belli bir standartı yoktur. Bu bölümlerde dilin kullanış 
biçimini şairin sosyal statüsü belirlemektedir”
172

“Gülşəni-şüəra”nın  müqəddiməsində  Qanuni  Sultan  Süley-
man  və  şahzadə  Sultan  Səlim  tərif  edilmiş,  “Səbəbi-nəzmi-kitab” 
başlığı altında Türkiyə səfərini, İstanbulun elm adamları və şairləri 
ilə tanışlığını, Bağdada qayıtmasını təsvir etmişdir. Təzkirəçi “Sə-
bəbi-təlifi-kitab”  sərlövhəsi  altında  təzkirənin  yazılma  səbəbini 
izah edir: “Səlatini-izamun və üləmayi-fixamun və sahibi-dövləta-
ni xubcamalun və eyşü nuş itdügüm şüərayi-şeirin maqalun və xid-
mətlərinə irişüb söhbətlərindən müstəfid olduğum kimsələrdə nəv-
safi-xamisin guş qıldığum füsəhayi-niku-xisalün məmha-əmkən tə-
təbbüyi-əhval  idüb  dörd  rövzə  təriqilə  əla-qadrit-takə  bu  bir  neçə 
pərişan  əvraqa cəm  qılıb  “Təzkireyi-ərbabi-səfa  ani  “Gülşəni-şüə-
ra” diyü nam verildi”
173
.  
C.S.Robinson  ədəbiyyatın  bu  janrında  özünü  sınamış iki sə-
ləfi və çoxsaylı xələflərindən fərqli olaraq Əhdinin onu bu işə sövq 
edən  adi  səbəblərin  adını  çəkmədiyini  yazır  və  daha  sonra  əlavə 
edir: “Əhdinin sətiraltı fikirlərini oxuyarkən belə  bir nəticəyə gəl-
mək  olur  ki,  “Gülşəni-şüəra”  təzkirəsinin  tərtibi,  çox  ehtimal  ki, 
müəllifin  Anadolu  və  İstanbul  camaatına  minnətdarlıq  rəmzi  ola-
raq Osmanlı ədəbi tarixinə şəxsi töhfəsini vermək arzusundan doğ-
muşdur.  Ehtimal  ki,  təzkirə  yazmaqda  o,  iki  məqsəd  güdmüşdür: 
Rum xalqına öz təşəkkürünü bildirmək və Bağdad əhlini məlumat-
landırmaq”
174

Onu da qeyd etmək lazımdır  ki,  Azərbaycan təzkirəçisi Əhdi 
Bağdadi h.972/1564-65-ci ildə Sam mirzənin “Töhfeyi-Sami” təz-
kirəsini İstanbulda köçürmüşdür
*
. Əlyazma hal-hazırda İran Milli 
                                                 
172
 Ahdi  ve  Gülşen-i  şuarası  (İnceleme-metin)  /  haz.  S.Solmaz.  Ankara,  2005, 
s.16. 
173
 yenə orada, s. 89.  
174
 Robinson  C.S.  Əhdi  Bağdadinin  “Gülşəni-şüəra”  təzkirəsi  /  “Şərq”  tərcümə 
toplusu, № 3, Bakı, 2006, s.176-177. 
*
  Qeyd:  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bəzi  müəlliflər  Əhdinin  h.971-ci  ildə 
İstanbuldan  Bağdada  qayıtdığını  bildirirlər.  Əgər  Əhdinin    h.972-ci  ildə  İstan-
bulda  “Töhfeyi-Sami”ni  köçürməsi  haqqında  kataloqlarda  yer  almış  məlumat 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
111 
kitabxanasında  896  şifrəsi  ilə  mühafizə  olunmaqdadır
175
.  “Gülşə-
ni-şüəra” adlı təzkirə qələmə  almış Əhdi  Bağdadi  əsərinin ön sö-
zündə  Sam  Mirzənin  təzkirəsi  ilə  tanış  olması  haqqında  heç  bir 
məlumat vermir. Çox güman ki, Əhdi öz təzkirəsini Osmanlı şahza-
dəsinə təqdim etdiyi üçün orada Səfəvi şahzadəsinin əsərinin adını 
çəkməyi lazım bilməmişdir. Belə ki, o dövrdə Səfəvi – Osmanlı mü-
nasibətlərində soyuqluq və ziddiyyət mövcud idi.  
Əhdi əsərində yeri gəldikcə təzkirəsinin qaynaqları haqqında 
da  bilgi  verməkdədir.  S.Solmaz  “Gülşəni-şüəra”nın  qaynaqlarını 
üç qismə ayırır: Əhdinin görüşdüyü şairlər, vəsfini etdiyi şairlər və 
Əhdi  ilə  məktublaşan  şairlər
176
.  Belə  ki,  təzkirəçi  bəzi  şairlərlə 
söhbət etdiyini, onların əsərlərini öyrəndiyini, bəzilərində isə arala-
rında  “hüquqi-sabiqə”  olduğunu  qeyd  etmişdir.  Bir  qism  şairlər 
haqqında isə “əvsafın quş itdigümüz şüəradandur” şəklində ümumi 
açıqlama  vermişdir.  Əhdi  bəzi  şairlərlə  məktublaşdığını,  bəziləri-
nin  yaxınlarından məlumat aldığını, bəziləri ilə isə dost olduğunu 
söyləyir. Təzkirəçi Piri paşa (Adana)

, Təmərrüd Əli paşa (Sivas), 
Pərviz Əfəndi, Süruri Əfəndi, Riyazi Əfəndi (Dimetoka, Ədirnə və 
İstanbul), Əmiri Çələbi (Ədirnə və Bağdad), Əmani, Behişti (İstan-
bul),  Cüdayi,  Həmdiyi-Bursəvi  (Bağdad),  Hatəmi  bəy  (Ədirnə  və 
İstanbul), Sami, Ruhi Çələbi (Bağdad), Rəfi Çələbi, Tüfeyli (Bağ-
dad), Tərzi (Bağdad), Təriqi (Bağdad), İzari Çələbi (Ədirnə və İs-
tanbul), Adni (Bağdad), Arifi, Fani (Bağdad), Lütfiyi-Əcəm (Bağ-
dad), Məcdi (İstanbul və Bursa), Məhvi (İstanbul və Bursa), Növi 
Çələbi  (Ədirnə  və  İstanbul),  Valehi  Çələbi  (Ədirnə  və  İstanbul), 
Vüsali Çələbi (Ədirnə və İstanbul) ilə görüşmüşdür. Əhdi Əhməd 
paşa və Muradi Bağdadi ilə məktublaşmışdır. Şübhəsiz ki, “Gülşə-
ni-şüəra”nın qaynaqları  bu qədər deyildir. Təbii ki, Əhdi özündən 
əvvəl yazılmış təzkirələri də görmüşdür. O, təzkirəsində Lətifidən 
                                                                                                             
doğrudursa Əhdinin Bağdada qayıtma tarixini yenidən dəqiqləşdirməyə ehtiyac 
yaranacaqdır. 
175
 Bax: Musalı V. Türk təzkirəçiliyi: biblioqrafiya. Bakı: 2011, s. 94. 
176
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s. 25. 

 Əhdinin şairlərlə hansı şəhərdə görüşdüyü mötərizə içərisində verilmişdir. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
112 
bəhs edərkən “Lətifi təzkirəsi”ni gördüyünü, fəqət bu əsəri bəyən-
mədiyini yazır: “Kastamonıdan əhli-qələmdən üslubi-inşada kəndü 
rəyi  ilə  bi-mislü-bi-həmta  olduğıçün  muüqəddəmə  təzkireyi-şüara 
yazmışdur.  Lakin  pəsəndi-zürəfa  və  məqbuli-füzəla  olmamışdur. 
Zira ki, çok yerdə təəssüb itmişdür”
177
.    
S.  Robinson  təzkirənin  qaynaqlarına  toxunaraq  göstərir  ki, 
Əhdi  təzkirəsini  təşkil  edən  müqəddimə  və  tərcümeyi-hallardan 
belə təəssürat yaranır ki, şairlər haqqında verilən bütün məlumatlar 
ya  birbaşa həmin şairlərdən, ya da dolayı surətdə onları tanıyan və 
onlar haqqında məlumatları  olan başqa şəxslərdən alınmışdır. Da-
ha sonra tədqiqatçı qeyd edir ki, Eşqi, Qəndi, Qüdsi və Həlaki ilə 
bağlı  təqdim  edilən  məlumatlar  Əhdinin  Səhi  və  Lətifi  təzki-
rələrindən istifadə etməsi haqqında fikir söyləməyə əsas verir
178
.  
Təzkirədə  Azərbaycan  şairləri  haqqında  verilən  məlumatlar 
da maraq doğurur. Bunların arasında Əflatun, Bəsiri, Pənahi, Bida-
ri, Cəlili, Həsiri, Xəlifə, Hali, Xəlili, Zehni, Ruhi, Rindi, Zayi, Ari-
fi, Elmi Bağdadi, Ətiqi, Füzuli, Fəzli, Mir Qədri, Muradi Bağdadi, 
Həmdəminin adını çəkmək olar.  
Nümunə  üçün  Həsirinin  boqrafiyasına  nəzər  salaq:  “Şirvâ-
niyyül-asl  ve  sâhib-nesldür.  Hayli  nezâket-i  tab ’   ve  zerâfet-i 
vasfla ârâste ve esbâb-ı  lehv ü lubla  ol  felâket-meâb pirâste 
ve  bir  bî-riyâ  âşık-ı  şeydâ  vel-perişân-menzil  ü  bî-mevâ 
olmagın  bûriyâdan bî-ser-i  bî-devletine bir  tâc-ı  pür-revâc peydâ 
idüp  bîkaydlıgında  şâhân-ı  ‘ âleme  ser-fürû ’   idüp  ‘ arz-ı 
ihtiyâc itmez ve hûb-rûyân-ı cihânı sûfî gibi bâg-ı cinâna satmaz. 
Bir  nîce müddet  dârüs-selâm-ı  Bagdâdda sâkin olup  erbâb-ı 
nazmla  ihtilât-ı  küllî  eylemegin  kelimâtına  cüz ’ î  irtibât  virüp 
vâdî-i şire sâlik ve emtia-ı gazelden hayli mâl ü menâle mâlik 
olmışlardur.  Cümle  elfâz-ı  güher-nisârlarından  bir  iki  beyt-i 
                                                 
177
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin). Ankara, 2005, s.501. 
178
 Robinson  C.S.  Əhdi  Bağdadinin  “Gülşəni-şüəra”  təzkirəsi  /  “Şərq”  tərcümə 
toplusu, № 3, Bakı, 2006, s.178. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə