Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   44   45   46   47   48   49   50   51   52

67 

 

1347)  və  elə  həmin  il  oktyabrın  9-da  qəbul  edilmiş,  neft  sənayeçiləri  üçün  icrası  məcburi  sayılan  texniki 



qaydalar (həmin məcəllənin göstərilən nömrəsində dərc edilmişdir) xüsusi qeyd olunmalıdır. 

Sözü gedən təlimatlardan birincisi yerli Dağ-Mədən dairəsi Dağ-mədən nəzarəti məmurlarından və yerli 

neft sənayeçilərinin 10 nəfər təmsilçisindən ibarət tərkibdə, ikincisi Qafqaz Dağ-Mədən dairəsi dairə mühəndisi- 

nin  sədrliyi  altında  yaradılan  komissiyanın  işinə  rəhbərlik  üçün  qəbul  edilmişdir.  Həmin  komissiya  Bakı  neft 

hasilatı sənayesinə aid olan müxtəlif texniki məsələlərin yerində həll edilməsi üçün yaradılmışdı. 1893-cü il 9 

oktyabr  tarixli  texniki  qaydalar  mədənlərdə  fəhlələrin  təhlükəsizliyinin  təmin  edilməsinə  və  neft  yataqlarının 

korlanmasının qarşısının alınmasına yönəldilmiş texniki xarakterli bir sıra tədbirləri müəyyənləşdirirdi. 

Nəhayət, neft mədənlərinə nəzarət üzrə 1893-cü il 9 oktyabr tarixli təlimat (qeyd etdiyimiz "Texniki qay- 

dalar" da onunla eyni vaxtda qəbul edilmişdi və bu təlimata əlavə idi) neft mədənlərinə, həmçinin oraya aid olan 

bütün  qurğu  və  tikililərə,  neft  kəməri  stansiyalarına,  mədən  sahələri  hüdudlarında  birləşən  mexaniki 

emalatxanalara və su kəmərlərinə nəzarəti yerli dairə mühəndisinə tapşırırdı. 

Neft sənayesi ilə bağlı olan, Dövlət Əmlak naziri, sonralar isə Ticarət və Sənaye naziri tərəfindən qəbul 

edilən, həm haqqında söhbət acdığımız, həm də bundan sonra qəbul edilən təlimat və qaydalar hökumət senatına 

təqdim  edilir  və  "Hökumətin  qanunverici  akt  və  fərmanları  məcmuəsi"nin  növbəti  buraxılışlarında  dərc 

olunurdu. 

"Əllə  (kustar  üsulla)  neft  hasilatı"  bölməsində  haqqında  ətraflı  danışacağımız  sərəncamda  isə  bunlar 

birincilər kimi qanunun müsbət tələblərinə əsaslanmır, hökumətin Qanunverici aktlar toplusunda dərc olunmur 

və kustar neft hasilatının tənzimlənməsi işində müvəqqəti tədbirlər xarakteri daşıyırdı. 



 

TORPAQ MƏSƏLƏSĠ ÜZRƏ TƏDBĠRLƏR 

 

Neft  işi  sahəsində  hökumət  sərəncamlarının  xüsusi  kateqoriyası  torpaq  məsələsinə  dair  tədbirlərdən 



ibarətdir. 

"Neft sənayesi haqqında" 1892-ci il iyunun 3-də çar tərəfindən təsdiq edilmiş qaydaların 45-ci maddəsinə 

uyğun  olaraq  neft  verəcəyi  qabaqcadan  bəlli  olan  dövlət  torpaqlarında  neft  axtarışları  qadağan  edilir,  həmin 

torpaqların siyahısı Dövlət Əmlak naziri tərəfindən tərtib olunur və yalnız onun razılığı ilə dəyişdirilə bilərdi. 

1905-ci  ildə  Dağ-Mədən  İdarələrinin Ticarət  və  Sənaye  Nazirliyi  tabeliyinə  keçməsi  ilə  əlaqədar  olaraq 

nazirin  sərəncamı  ilə  bir  sıra  rayonların  torpaqları  geoloji  araşdırmalar  nəticəsində  neftli  torpaqlar  elan 

edilmişdi: 

1.

 



Abşeron  yarımadası  hüdudlarına  daxil  olan  67°  şərq  uzunluğundan  şərqdə  yerləşən  torpaqlar 

(1892-ci il qanun toplusu, maddə 790) 

2.

 

Xəzər  dənizinin  Abşeron  yarımadasına  yaxın  adalar:  Narkin,  Qum,  Svinoy,  Bulla,  Los,  Vulf, 



Qlanyanı, Oblivnoy, Şıxov, Urunusa adalarının torpaqları (1899-cu il qanun toplusu, maddə 807) 

3.

 



Xəzər dənizində, Abşeron yarımadası yaxınlığındakı Jiloy adasının torpaqları (1899-cu il qanun 

toplusu, maddə 1521) 

4.

 

Ağca  Məhəmməd  və  Böytal  qışlaqları;  Bakı  quberniyası  və  qəzasının  tərkibinə  daxil  olan 



torpaqlar (1899-cu il qanun toplusu, maddə 1654) 

5.

 



Xəzər  dənizində,  Abşeron  yarımadası  yaxınlığında  Pirallahı  adasının  torpaqları  (1904-cü  il 

qanun toplusu, maddə 1959). 

 

Sadaladığımız  bütün  torpaqları  Ticarət  və  Sənaye  naziri  1912-ci  il  17  iyun  qanununun  ("Dövlət  tor- 



paqlarının  müqavilələr  üzrə  icarəyə  verilməsi  haqqında")  birinci  maddəsinə  əsasən,  neft  çıxarmaq  üçün  ayrı- 

ayrı  adamlar  tərəfindən  verilən  sifarişlər  üçün  bağlı  elan  etməyi  zəruri  hesab  etmiş  və  bu  barədə  hökumət 

senatına məlumat vermişdir (1912-ci il qanun toplusu, maddə 2310). 

"Neft sənayesi haqqında" 3 iyun 1892-ci il qaydalarının 20 il ərzində - 1912-ci il iyunun 17-də yeni neft 

qanunu qəbul edilənədək elə bir mühüm dəyişiklik və əlavələrə məruz qalmamasını, yəqin ki, məhz 1892-ci il 

qanununa əsasən Dövlət Əmlak nazirinə (1905-ci ildən Ticarət və Sənaye nazirinə) hər cür qayda, izahat və təli- 

matların qəbul edilməsində geniş təşəbbüs hüququ verilməsi ilə izah etmək olar. 

1892-ci  il  3  iyun  tarixli  "Özəl  neft  sənayesi  haqqında  qaydalar"ın  qısa  xülasəsindən  belə  nəticəyə 

gəlmək olar ki, bu "Qaydalar" neft sahəsi üzrə əsas müddəaların yaxşı sistemləşdirilmiş toplusundan ibarətdir. 

həmin müddəaların sonrakı inkişafının Dövlət Əmlak Nazirliyinin, sonralar isə Ticarət və Sənaye Nazirliyinin 

sərəncamına  verilməsi,  qarşıya  çıxan  çətinliklərin  və  tələblərin  tezliklə  həll  edilməsinə,  qanunun  icrasının 

maneəsiz  həllinə  təkan  oldu.  Buna  baxmayaraq,  uzun  fasilədən  sonra  Rusiya  neft  sənayesində  1892-ci  ildən 

başlayaraq  dəyişən  iqtisadi  siyasətlə  əlaqədar  neftlə  bağlı  qanunvericiliyə  yenidən  baxılması,  yeni  neft 

qanununun qəbul edilməsi zəruriyyətini ortaya çıxartdı. 

Cari dövrədək Bakı neft mədənlərində çıxarılan neftin ümumi miqdarı ildən-ilə artırdı. 

Bu  artım  sonrakı  illərdə  də  (1901-ci  il  də  daxil  olmaqla)  müşahidə  olunurdu.  Aşağıdakı  cədvəldə  

1895- 1901-ci illər ərzində hasil olunmuş neftin artım dinamikası göstərilmişdir. 



68 

 

1895 



377 

mln. pudla 

1896 

386 


II 

1898 


422 

II 


1899 

525 


II 

1900 


600 

II 


1901 

671 


II 

           

          Bütövlükdə isə 1901-ci ildən Rusiyada, Qroznı rayonu da daxil olmaqla, 706 mln. pud neft çıxarılmışdı 

ki, bu da bütövlükdə dünya neft hasilatının 51,5%-ni təşkil edirdi (elə həmin il Birləşmiş Ştatlarda 555 mln. pud, 

yaxud  dünya  neft  hasilatının  40%-i  qədər  neft  çıxarılmışdı).  1901-çi  il  Bakı  rayonunda  mütləq  və  maksimum 

neft  hasilatına  nail  olmağa  imkan  verdi.  həmin  ildən  sonra  isə  bu  vəziyyətin  əksi  yarandı:  çıxarılan  neftin 

miqdarı  cüzi  dəyişikliklərlə  tədricən  enməyə  başladı.  Bu,  xüsusilə  1906-cı  ilədək  neft  hasilatı  üçün  səmərəli 

istismar  edilən  torpaqların  məhdudlaşdığı  4  əsas  rayonu  —  Balaxanı,  Sabunçu,  Ramana  və  Bibiheybəti  əhatə 

edirdi. 

1901-ci  ildə  bu  4  sahədə  çıxarılmış  671  mln.  pud  neft,  1902-ci  ildə  636  mln.  puda,  1903-cü  ildə  597, 

1909-cu ildə 490, 1910-cu ildə 478, 1911-ci ildə 425, 1912-çi ildə 419, 1913-cü ildə 389 mln. pudadək azaldı və 

nəhayət,  1914-cü  ildə  338  mln.  pud  oldu,  yəni  son  13  il  ərzində  2  dəfədən  də  çox  azaldı.  Bu  nisbi  enmə  hər 

şeydən  öncə  qazma  quyularının  orta  məhsuldarlığının  azalması  ilə  izah  edilir  və  həmin  vaxtadək  neft 

ehtiyatlarının tükənməz olduğu fikrini sübut edən əlamətlərdən biri idi. 

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  bu  azalma  xeyli  dərəcədə  son  illərdə  istismara  verilmiş  neftli 

sahələrdən (Pirallahı adası, Binəqədi, xüsusilə də Suraxanı) neft çıxarılması ilə kompensasiya edilirdi. Lakin bu 

vəziyyət  əsas  mədən  sahələrində  neft  ehtiyatlarının  tədricən  tükənməsi  faktlarının  üstündən  keçə  bilməzdi  və 

bununla bağlı bütün nəticələri aradan qaldırmağa qadir deyildi. Neft sənayesində məhsuldarlığın azalmasının ən 

ilkin nəticəsi isə neftin qiymətinin sürətlə artması oldu. 

1902-ci ildə xam neftin bir pudunun qiyməti orta hesabla 6,7 qəpik idi. Sonrakı illərdə: 

 

1903 


9 qəp. 

1904 


14,7 qəp. 

1905 


19,9 qəp. 

1906 


25,6 qəp. 

1907 


27,7 qəp. 

1908 


21,6 qəp. 

 

Qiymətlərin  səviyyəsi  1912-ci  ilədək  dəyişməz  qaldı  (1910-cu  ili  nəzərə  almasaq).  1912-ci  ildə  neftin 



qiymətləri dərhal 34,6 qəpiyə qalxdı, 1913-cü ildə isə görünməmiş həddə — 43 qəpiyə çatmış, hətta 52,5 qəpik 

olmuşdu. Nəhayət, 1914-cü ildə neftin qiyməti 38,5 qəpik olmuşdu. 

Çox zaman eyni bir il ərzində ayrı-ayrı aylarda müşahidə edilən kəskin qiymət dəyişmələrinə təsir edən 

amilləri yanacağa olan yeni tələbat, fəhlə tətilləri, xarici siyasətlə bağlı hadisələr və nəhayət, ayrı- ayrı hallarda 

şəxsi məqsədlər naminə əlavə qazanc əldə etmək məqsədi ilə izah etmək daha doğru olardı. 

Beləliklə, XX yüzilliyin birinci onilində Bakının əsas neft mədənlərində neft ehtiyatlarının tükənməsinin 

aşkara  çıxması  və  bununla  bağlı  yeni  sahələrin  (Suraxanı,  Binəqədi  və  s.)  intensiv  istismarı  və  müxtəlif 

ərazilərdə  sürətlə  neft  axtarışı,  bazar  qiymətlərinin  görünməmiş  dərəcədə  kəskin  artıb-enməsi  və  neft 

sənayesinin  iqtisadi  şəraitinin  dəyişilməsi  ilə  bağlı  hökumət  qarşısında  1892-ci  il  3  iyun  tarixli  "Özəl  neft 

sənayesi haqqında qaydalar"a yenidən baxılması və əlavələr edilməsi zərurətini yaratdı. 



 

1912-ci il 17 iyun TARĠXLĠ  

YENĠ NEFT QANUNU VƏ ONUN ÜMUMĠ MƏZMUNU 

 

1912-ci  il  iyunun  12-də  qəbul  edilmiş  yeni  neft  qanunu  Dağ-Mədən  Nizamnaməsinin  son  nəşrinə,  özəl 



neft sənayesi haqqında fəslin ayrıca IV bölməsi kimi daxil oldu və o, "Neft üçün xüsusi sifarişlərin qapalı hesab 

edildiyi  dövlətin  neftli  torpaqlarının  istismara  verilməsi  haqqında"  başlığı  ilə  adlandı  (775-816-cı  maddələr). 

Bunlar  da  "Dövlət  neftli  torpaqlarının  müqavilələr  üzrə  istismara  verilməsi  haqqında  qaydalar"a  (775-  798-ci 

maddələr)  və  "Özəl  neft  sifarişləri  üçün  qapalı  sayılan  dövlət  neftli  torpaqlarının  kəşfiyyat  işləri,  neft  və  təbii 

karbohidrogen qazı hasilatı üçün hərracsız verilməsi qaydalar"ına (799-816-cı maddələr) bölündü. 

1912-ci il 17 iyun qaydalarının qəbul edilməsindən asılı olmayaraq, onlarla demək olar ki, eyni  vaxtda, 

elə  həmin  il  iyunun  25-də,  1890-cı  il  9  fevral  qanunu  ("Abşeron  yarımadasında  neftli  torpaqların  dövlət 

kəndlilərinin  torpaq  paylarının  tərkibindən  çıxarılması  haqqında,"  1893-cü  il  nəşrinin  VII  cildində  543-cü 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə