72
Bakı Dövlət Əmlakları İdarəsinin, nazirliyin hüquq məsləhətçisinin və digər vəzifəli şəxslərin iştirakı ilə
yaradılmış xüsusi müşavirənin müzakirə predmeti oldu. Müşavirə 1892-ci il 22 noyabr tarixli iclasında,
müqavilə bağlanma şərtləri və məqsədləri nəzərə alınmaqla, onların qüvvədə saxlanılmasının xəzinə üçün nə
dərəcədə sərfəli olması, icarə haqları, icarəyə götürülmüş sahələrdəki tikililərin saxlanılmasının xəzinə üçün
zəruri olub-olmaması məsələlərini müzakirə etdi.
e) Nəhayət, 1891-ci il 20 fevral "Qaydalar"ında müsadirə edilmiş neftli torpaqların kimin tabeliyində
qalmalı olduğu barədə heç bir müsbət göstəriş yoxdur. Və yəqin 1890-cı il 9 fevral qanununun faktik icrası Bakı
quberniyası Dövlət Əmlakları İdarəsinin rəisinə həvalə edildiyinə görə, ("Qaydalar", 1891-ci il nəşri, bənd 11)
həmin torpaqlar məhz Dövlət Əmlaklar İdarəsinin tabeliyində saxlanıldı. 1912-ci il qanununa görə isə ("Tor-
paqların müsadirəsi üsulları və şərtləri" haqqında, maddə 14) dövlət kəndlilərinin pay torpaqlarından alınmış
neftli torpaqlar Dağ-Mədən İdarəsinin bilavasitə sərəncamına verilirdi; idarə isə həmin torpaqların faktik olaraq
neft hasilatı üçün istifadəsi başlananadək, onları Qafqaz canişini ilə razılaşmaya uyğun olaraq, Ticarət və
Sənaye nazirinin təsdiq etdiyi qaydalar əsasında hərraclar yolu ilə icarəyə verə bilərdi.
Neftli sahələrin Dağ-Mədən İdarəsinin sərəncamına keçdikdən sonra icarəyə verilməsi, müsadirənin
özünün məqsədinə tamamilə uyğun gəlirdi. Belə ki, yer təkinin istismarı üçün nəzərdə tutulmuş torpaqların
istismarı, yalnız faydalı qazıntı növləri hasilatının idarə olunmasını ələ almaq kimi xüsusi vəzifəni qarşısına
qoymuş idarələr tərəfindən daha uğurla həyata keçirilə bilirdi.
73
ƏLLƏ (KUSTAR ÜSULLA)
NEFT HASĠLATI
Neftin getdikcə bahalaşması nəticəsində, neft sənayesinin az qala dayanmış primitiv üsulu — neftin əllə
(kustar üsulla) hasilatı təzədən dirçəldi. Həm hasil edilən neftin miqdarı, həm bu işlə məşğul olan əhalinin sayı,
həm də hasilatın yayılma sahəsi ildən-ilə geniş miqyas almağa başladı. Bu hal təbii ki, yerli hakimiyyət orqan-
larının diqqətini cəlb etməyə bilməzdi, odur ki, onların qarşısında əllə neft hasilatını tənzimləmək vəzifəsi
durdu. Həmin vəzifə bir də ona görə mürəkkəb idi ki, qüvvədə olan qanunvericilikdə bu sahə ilə bağlı heç bir
rəhbər göstəriş yox idi.
Dağ-mədən Nizamnaməsinin 1-ci maddəsində deyilir: "Dağ-mədən sənayesi dedikdə, yer səthində və ya
yerin təkində olan aşağıdakı mineral təbii ehtiyatların (maddələrin) axtarılması, hasilatı, əridilməsi, qaynadıl-
ması və emalı nəzərdə tutulur...".
Deməli, mahiyyət etibarilə, əllə neft hasilatı Dağ-mədən Nizamnaməsinin 1-ci maddəsində sadalanan
əlamətlərə və dağ-mədən sənayesi üçün zəruri anlayışa tam müvafiq idi. Lakin Nizamnamənin, neft istehsalına
həsr edilmiş xüsusi bölməsində neftin əllə hasil edilməsi barədə heç nə deyilmirdi. Məhz qanunvericilikdəki
boşluq nəticəsində, ayrı-ayrı vaxtlarda bu sahədə işlənib hazırlanmış tədbirlər qanunun müddəalarında möhkəm
zəmin tapmadığından zəruri sabitliyə və daimiliyə malik olmamış, bu və digər dərəcədə əlaqəsiz və təsadüfi
səciyyə daşımış, hətta bəzən bir-birinə zidd olmuşlar.
Neftin əllə (kustar üsulla) tənzimlənməsi sahəsindəki tədbirlərin hazırlanmasının qüsurlu olmasının digər
bir səbəbi — neftli sahələrin, Abşeron yarımadası kəndlilərinin pay torpaqlarından müsadirə edildikdən
(alındıqdan) sonra Bakı Dövlət Əmlakları İdarəsinin sərəncamına keçməsi oldu. Halbuki, bu torpaqlarda geniş
yayılmış kustar neft hasilatı, yuxarıda qeyd etdiyimiz kimi, dağ-mədən sənayesi növü olduğundan bilavasitə
Dağ-Mədən İdarəsinin fəaliyyət predmeti olmalı idi. Neftin əl əməyi ilə hasil edilməsinə dair əvvəlki tədbirlərin
mənfi cəhətləri, eləcə də neft sənayesinin bu növünün sonrakı taleyi ilə bağlı bəzi məsələlərdə ayrı-ayrı idarələr
arasında fikir ixtilafı məhz həmin iki əsas səbəblə izah edilir.
Buna görə də əl əməyi ilə (kustar üsulla) neft hasilatı şəraitinin tənzimlənməsi üçün ayrı-ayrı vaxtlarda
görülmüş işlərin icmalına keçməzdən öncə qeyd etmək lazımdır ki, hər bir sonrakı müddəanın özündən
əvvəlkindən doğduğu və Xüsusi Məsələlər nazirinin verdiyi müxtəlif təlimat və qaydaların, Dağ-mədən
qanunun dəqiq göstərişlərinə əsaslandığı və elə həmin qanunla müəyyənləşdirilən çərçivədə fəaliyyət göstərdiyi
ümumi neft qanunvericiliyi tarixində mövcud planauyğunluq, ardıcıllıq və sistem dəqiqliyini bu sahədə (kustar
neft hasilatında) müşahidə etmək mümkün deyil.
Əl əməyi ilə neft hasilatının və tənzimlənməsi tədbirlərində göstərilən ardıcıllıq və sistemlik
olmadığından, bizcə, bundan sonrakı qeydlərimizdə məsələnin tarixi hissəsinə həddən artıq çox yer ayırmaq
məqsədəuyğun deyil. Buna görə də, tarixi hissədə neft sənayesinin bu növünün başlıca səciyyəvi cəhətlərini
göstərməklə, nisbətən sonrakı dövrün faktları üzərində daha ətraflı dayanmaq lazımdır.
Neft sənayesinin inkişafının ilk fazasında əllə neft çıxarılması neftli layların istismarının yeganə üsulu idi
və bu dövrdə onun tarixi bütövlükdə neft sənayesinin tarixi ilə üst-üstə düşürdü. Yerin təkinin istismarında yeni
mükəmməl üsullar hakim mövqe tutduğu andan Bakı rayonunda əllə neft hasilatı uzun müddətə dayansa da, cüzi
miqyasda mövcud idi. Və yalnız XX əsrin əvvəlində məlum şərtlərdən asılı olaraq əllə (kustar üsulla) neft
hasilatı geniş miqyas almağa başladı və yerli hökumət orqanlarının diqqətini cəlb etdi. Onlar qarşısında bu
sənayeni məcraya salmaq, onu məlum qaydaların təsirinə tabe etmək vəzifəsi yarandı. İlk dəfə neft hasilatı
haqqında məsələ rəsmi olaraq 1904-cü ildə qaldırılmışdı. O zaman Qafqaz Dağ-Mədən İdarəsi "Bəxt" Neft
Sənaye və Ticarət cəmiyyətinin Sabunçudakı səthi istifadədə olan 27 saylı dövlət sahəsinin icarəçilərindən
(onlar adı çəkilən cəmiyyətin mədəninin bilavasitə yaxınlığında neft hasilatı üçün şaxtalar quraşdırmışdılar)
şikayəti barədə məlumat verərkən Bakı Əkinçilik və Dövlət Əmlakları İdarəsinin nəzərinə çatdırırdı ki,
ümumiyyətlə, sahələrin bir çox icarəçiləri səthi nefti toplamaq üçün quyu, çala və arxlardan istifadə edir. Bu
zaman Dağ-Mədən İdarəsi izah edirdi ki, öz tərəfindən neftin bu cür səthi üsulla əldə edilməsinə etirazı yoxdur.
Lakin bir şərtlə ki, bu cür hasilat qonşu sahələrin icarəçilərinə ziyan vurmasın və işlərin təhlükəsizliyini təmin
edən məlum qaydalara tabe olsun. Dağ-Mədən İdarəsi bununla bağlı Əkinçilik İdarəsinin fikrini öyrənmək
istəmişdi. Sonuncu cavab vermişdi ki, torpağın altından neftin nisbətən dayaz quyular qazmaqla və arxlar
vasitəsilə çıxarılmasını ciddi surətdə tənzimləmək, birdəfəlik müəyyənləşdirilən qaydalarla etdirmək zəruridir.
Bu qaydaların işlənib hazırlanması yerli Dağ-Mədən Nəzarəti və Neftin Uçotuna Nəzarət İdarəsinə həvalə
edilməlidir.
Əkinçilik İdarəsi qeyd edirdi ki, torpağın altındakı neftin şaxta və quyular vasitəsilə, su ilə bərabər arxlara
axan neftin isə dolayı arxlar vasitəsilə toplanılması Balaxanı, Sabunçu, Ramana və Bibiheybət mədənlərində
geniş miqyas almışdır. Bu iş təkcə Əkinçilik İdarəsinin tabeliyində olan dövlət torpaqlarında deyil, həmçinin
Dağ-Mədən İdarəsinin sərəncamında olan və neft hasilatı üçün icarəyə verilən ərazilərdə, hətta şəxsi mülkiyyət
sayılan bir çox sahələrdə də həyata keçirilir.
74
Bu sənədə cavabında Qafqaz Dağ-Mədən İdarəsi Əkinçilik İdarəsinə məlumat vermişdi ki, İkinci Qafqaz
Dağ-Mədən Dairəsinin mühəndisinə səthi laylardan neft çıxarılması və neftin kənar qollarla arxlardan yığılması
qaydalarını işləyib hazırlamaq tapşırılmışdı və bu komissiyaya Əkinçilik İdarəsindən nümayəndə təyin edilməsi
xahiş olunur.
İkinci Qafqaz Dağ-Mədən Dairəsi dairə mühəndisinin sədrlik etdiyi bu komissiyanın tərkibinə neftin
uçotu üzrə nəzarətçi, onun köməkçisi, dairə mühəndisinin iki köməkçisi, Bakı Əkinçilik və Dövlət Əmlakları
İdarəsinin nümayəndəsi və Bakı neft mədənlərinin mühafizəsi üzrə texniki komissiyanın 3 üzvü daxil idi. Onun
cəmi bir iclası olmuşdu (20 iyul 1904-cü il). Görünür, üzvləri arasında yaranmış fikir ixtilafı ilə bağlı həmin
iclas heç bir müsbət nəticə verməmişdi və bundan sonra komissiya fəaliyyət göstərməmişdi. Sonradan Qafqaz
Dağ-Mədən İdarəsi rəisinin məlumatı üzrə imperatorun Qafqazdakı canişini 1907-ci ilin sentyabrında yenidən
həmin məqsədlə əvvəlki tərkibdə komissiya yaratmışdı. Lakin sədrlik vəzifəsi Bakı quberniyası və Dağıstan
vilayəti Əkinçilik və Dövlət Əmlakları İdarəsinin rəisinə həvalə edilmişdi. Sözü gedən komissiya işə
başladıqdan sonra 1907-ci ilin noyabr, dekabr aylarında keçirdiyi bir sıra iclaslarda 1890-cı il 9 fevral qanunu
əsasında Abşeron yarımadasının 11 kəndində kəndli pay torpaqları tərkibindən müsadirə edilmiş neftli
torpaqlarının bir illik icarəyə verilməsi üçün normal müqavilə layihəsi işləyib hazırlanmışdı. Müqavilədə həmin
torpaqlardan neft yığılması hüququ nəzərdə tutulurdu. Üzü də müqavilənin mətninə komissiyanın işləyib
hazırladığı — quyular qazmaqda əl əməyi ilə neft hasilatının cəhətlərini tənzimləyən qaydalar — daxil
edilmişdi.
Qaydaların qəbul edilməsinin bu üsulu onları tezliklə həyata keçirmək məqsədilə seçilmişdi. Belə ki,
müqavilə və deməli, onun tərkibinə daxil olan bütün şərtlər imzalandığı andan kirayəçi üçün məcburi sayılır və
dərhal təcrübədə tətbiq edilirdi. Neftin əllə hasil edilməsi üzrə hamı üçün zəruri olan normaların ümumi qaydada
qəbul edilməsi isə xeyli vaxt tələb edirdi. Ancaq bu məsələdə ləngimək olmazdı.
Əllə neft hasilatı haqqında məsələnin təxirəsalınmaz həlli bir də ona görə zəruri idi ki, 1907-ci ildə
Əkinçilik İdarəsi quyuların dərinliyinin 3 arşından çox olmadığını hesab edərək, neft quyuları olan sahələri
ümumi əsaslar üzrə cüzi haqq müqabilində səthi istifadəyə verir, lakin müqavilələrdə istifadə qaydasını
göstərmirdi. Bunun nəticəsində xəzinə bu istismar növündə əldə edə biləcəyi böyük gəliri itirirdi. Artıq həmin
dövrdə, yəni 1907-ci ilin sonlarında quyuların orta dərinliyi göstərilən normadan (3 arşın) bir neçə dəfə artıq idi.
Özü də bir çox hallarda quyuların dərinliyi 40-50 sajenə çatır, hətta bundan da artıq olurdu. Belə bir vəziyyətdə
isə əllə neft hasilatıkı səthi istifadə ilə eyniləşdirmək və neft quyuları olan sahələri neft quyularının olmadığı və
icarəçilərin həqiqətən torpaqlardan yalnız səthi istifadə ilə kifayətləndikləri digər sahələrlə eyni şərtlər əsasında
icarəyə vermək məqsədəuyğun deyildi.
Əllə neft hasilatı işinin müasir vəziyyətinin təhlilinə keçərkən, hər şeydən öncə, hazırda neftin əllə
çıxarılması üçün istifadə edilən torpaq sahələri haqqında məlumat vermək lazımdır.
Abşeron yarımadasında kəndlilərin pay tornaqlarından 1890-cı il 9 fevral tarixli qanunu ilə müsadirə
edilmiş neftin torpaqların ümumi sahəsi 4973 desyatnn 874 kv, sajen idi. İdarə həmin sahənin 288 desyatin 449
kv, sajenini sərbəst dövlət torpaqlarından, 76 desyatin 711 kv. sajenini kəndliləradən alınmış və müvəqqəti
olaraq dövlət kəndlilərinin istifadəsinədə saxlanmış torpaqlardan, 90 desyatan 1208 kv. sajenini isə dövlət-
ictimai torpaqlarından əllə neft çıxarılması üçün icarəyə verirdi.
Bu torpaqların ayrı-ayrı ərazilər üzrə bölünməsi və əllə neft çıxarılan sahələrin sayı aşağıdakı
cədvəllərdən görünür:
Sərbəst dövlət torpaqları
Ərazinin adı
Mədənlərin sayı
Sahəsi
Desyatin
Binəqədi
126
132
620
Xırdalan
30
12
2058
Biləcəri
21
26
1538
Masazır
4
3
690
(Tngçh
1
-
-
Balaxanı
76
82
823
Cəmi:
276
288
449
Cədvəl 2
Dövlət tərəfindən alınmıĢ və kəndlilərin müvəqqəti
istifadəsində qalmıĢ torpaqlar
Ərazinin adı
Məlumatların
Sahəsi
Desyatin
75
sayı
Binəqədi
4
3
1275
Xırdalan
1
----
600
Biləcəri
1
1
970
Digah
1
14
1110
Balaxanı
38
56
1556
Cəmi:
45
76
711
Beləliklə, kəndli torpaq paylarından müsadirə edilmiş sahədən əllə neft çıxarılması üçün ümumi sahəsi
364 desyatin 1160 kv. sajen olan 321 sahə icarəyə verilirdi. Həmçinin Qafqaz canişininin dərc etdiyi qaydalara
uyğun olaraq, Əkinçilik İdarəsi Abşeron yarımadasının dövlət-ictimai torpaqlarında da illik müqavilələr əsasın-
da əllə neft çıxarılmasına icazə verirdi.
Bu sonuncu kateqoriyaya daxil olan torpaqlardan aşağıdakı ərazilərdə əllə neft çıxarılırdı:
Cədvəl 3
Əllə neft hasilatı üçün istifadə olunan dövlət-ictimai torpaqları
Ərazinin adı
Mədənlərin sayı
Sahəsi
Desyatin
Qobu
260
65
1006
Hökməli
73
16
1452
Xırdalan
31
7
550
Masazır
2
1
600
Cəmi:
366
90
1208
Bütövlükdə Abşeron yarımadası hüdudlarında əllə neft hasilatı üçün ümumi sahəsi 454 desyatin 2368 kv.
sajen olan 687 sahə istismar edilirdi. Buraya həm kəndli pay torpaqlarından müsadirə edilmiş sahələr, həm də
dövlət-ictimai torpaqları tərkibində qalan sahələr daxil idi. Əllə neft hasilatının ümumi iqtisadi əhəmiyyətini
yalnız ümumilikdə neft sənayesi ilə bağlı qiymətləndirmək mümkündür. Bu zaman qeyd etməliyik ki, kustar
neft hasilatını adi üsullu neft istehsalına qarşı qoymaq üçün heç bir əsas yoxdur, çünki kustar üsulla çıxarılan
neftin miqdarı bazar qiymətlərinin vəziyyətinə nəzərə çarpan təsir göstərə bilməzdi. Bu qiymətlər bütövlükdə iri
sənayeçilərin bazara çıxardığı yüz milyonlarla pud neftdən asılı idi.
İşin iqtisadi tərəfindən danışarkən başlıca olaraq, əllə neft hasilatının yerli və gəlmə əhali üçün
əhəmiyyəti məsələsi üzərində dayanmaq lazımdır.
Bu istehsal kustar xarakterli olduğundan, geniş əhali kontinkentini özünə cəlb edirdi. Əllə neft hasil
edilən bütün rayonlar üzrə aparılmış anget sorğusu haqqında 4 №-li cədvəl məlumat verir. Kustar neft sənayesi
ilə məşğul olan şəxslərin ümumi sayı 13615 nəfər idi. Buraya daxildir:
a) sahibkarlar — 2579 nəfər (18,8%); b) qulluqçular 678 (5,1%); v) fəhlələr - 10358 (76,1%).
Sadalanan 3 kateqoriyadan hər birinə müxtəlif millətlərin nümayəndələri daxil idi. Onlar belə bölünürdü:
1.Sahibkarların ümumi sayından: müsəlmanlar — 2321 nəfər (90%), ruslar (və digər avropalılar) — 85
nəfər (3,3%), gürcülər — 29 nəfər (1,1%), ermənilər — 144 nəfər (5,6%).
2.Qulluqçuların ümumi sayından: müsəlmanlar — 579 nəfər (85,4%), ruslar və s. — 25 nəfər (3,7%),
gürcülər — 22 nəfər (3,3%), ermənilər — 52 nəfər (7,6%).
3.Fəhlələrin ümumi sayından: müsəlmanlar — 9908 və ya (95,6%), ruslar — 254 və ya (2,4%), gürcülər
— 123 və ya (1,2%), ermənilər — 72 və ya (0,8%).
Fəhlələrin 5235 nəfəri (50,5%-i) — daimi, 5121 nəfəri (49,5%-i) — müvəqqəti (gəlmə) idi.
Əllə neft hasilatı ilə məşğul olan bütün kateqoriyalardan şəxslərin ümumi sayı (13615) millətlər etibarilə
belə bölünürdü:
müsəlmanlar — 12808 (94,1%),
rus və başqaları — 364 (2,7%),
gürcülər — 175 (1,3%),
ermənilər — 268 (1,9%).
Qulluqçu və sahibkarlar arasında İran təbəələri yox idi. Fəhlələr arasında isə sonuncuların sayı əksəriyyət
(90%-dən artıq) təşkil edirdi. Bu, bir tərəfdən, əllə neft hasilatının şərait və vəziyyəti — onun son dərəcə gərgin
fiziki qüvvə tələb etməsi və müqabilində çox cüzi məvacib ödənilməsi (sutkada 1 rubldan az) və buna görə də
fəhlələrin daha mədəni təbəqələrini qətiyyən cəlb etməməsi ilə izah olunurdusa da, digər tərəfdən Bakı mədən
rayonlarına axışıb gələn İran təbəələri kütləsi heç bir ağır işdən imtina etmədiyindən, bunlar sahibkarlar üçün
daha çox arzuolunan idilər.
76
Kustar neft hasilatı işində əsas rol, bütün fəhlələrin 95,6%-ni, sahibkarların 90%-ni və qulluqçuların
85,4%-ni təşkil edən müsəlmanlara məxsus idi. Neft sənayesinin bu sahəsini qidalandıran əsas kapital da onların
əlində cəmlənmişdi.
77
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT
1.
Arnot R. "Neftnnam politika". M.D925.
2.
Balaev S.Q. "Neftv stranı "veçnoqo oqnl". B.,1969.
3.
Bibi-Tomson A. - "Rusiyanın neft mədənləri və neft sənayesi". "Rusiyanın neft sərvətlərinin kəşfiyyatı
və istismarı". London, 1908.
4.
Boqaçev V.V., Abix T.V. "Trudı qeoloqiçeskoqo instituta Azerbaidjanskoqo filiala AN SSSR", t.XP/31,
1939
5.
Boqdanovskii A. "Pravda o neftlnom voprose". SPb, 1913.
6.
Qeneral-mayor Denstervil. "Britanskii imperializm v Baku i Persii. 1917-1918 q.q. "Vospomina- nil".
Tiflis, 1925.
7.
Dokumentı po istorii Baku. B.,1978.
8.
Əsəd bəy "Şərqdə neft və qan". Paris, 1933.
9.
İbrahimov N.S. "Köhnə Bakı". B.,1997.
10.
"İstoril Azerbaidjana", 1-2 t., B.,1958.
11.
Kraçkovskii İ.K). "Arabskal qeoqrafiçeskan literatura". İzb.soç., t.1Ü, M.-L.D957.
12.
Lebedev D.M., Esakov V.A. "Russkie qeoqrafiçeskie otkrıtil i issledovania s drevneişix vremen do
1917 q." M.,1971.
13.
Lqadendorf 3. "Moi vospominanil o voine" 1914- 1918 qq." t.P, 1924.
14.
Marvin K. "Predstolodii potok russkoi nefti". London, 1985.
15.
Marvin K. "Bakı-Avropanın nefti". London, 1886.
16.
Marvin K. "Əbədi odlar ölkəsi". London, 1896.
17.
Mendeleev D.İ. "Bakinskoe neftnnoe delo". 1886.
18.
Nevskii V.V. "A.Qumbolvd-vıdakzşiisn puteşestvennik i qeoqraf". M.,1959.
19.
Nikişin A.A. "20 let azerbaidjanskix qornoraboçix", B.,1926.
20.
Paxomov E.A. "Kratkii kurs istorii Azerbaidjana". B.,1923.
21.
Petrov-Uralçev V. "Neft-çariça mira". M.-L., 1925.
22.
Seyidzadə D. "Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar". B., 19.
23.
Starnev T.E. "Bakinskan neftlnan promışlen-
NOSTB
", B.,1901.
24.
Tixonravov V. "Neftv". M.,1933.
25.
Henri C. "Petroleum Uorld". London, 1905.
26.
Eyxvald Z.B. "Opisanie Kaspiiskoqo morya". 1850.
27.
"Azerbaidjanskoe neftmnoe xoznistvo".
28.
"Qornıi jurnal". SPb. 1828-1917.
29.
"Neftnnoe delo". N4,6. 1908.
30.
Pentralvnıi Qosudarstvennıi istoriçeskii arxiv Azerbaidjana. Fondı: N94, 1874-1920 qt. N1, 1908-1917
q.q. N634, 1909-1910 qq
.
Xarici jurnallardan, qəzet və arxiv materiallarından da istifadə olunmuşdur.
78
Çoxçildliyin hazırlanmasında dəyərli məsləhətlərinə görə akademik Azad Mirzəcanzadəyə, Milli Məclisin
üzvü Həsən Həsənova, istifadə olunmuş ədəbiyyatın və arxiv materiallarının əldə olunmasında etdiyi əsaslı
köməyə görə Milli Məclisin üzvü, Böyük Britaniyadakı səfirimiz Mahmud Məmmədquliyevə və professor Elmira
Muradəliyevaya dərin minnətdarlığımızı bildiririk.
Ġlham Əliyev
Akif Muradverdiyev
Kitabın nəşri və çapa hazırlanması
Nazim Ġbrahimov
Redaktor
Nahad Əliyev
Rəssam
Zaur Əliyev
İkinci kitab
Sifariş 1320. "Azərbaycan" nəşriyyatı
370146 Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.
Dostları ilə paylaş: |