Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   ...   44   45   46   47   48   49   50   51   52

69 

 

maddəyə  qeyd)  ləğv  olundu  və  dövrədə  olan,  1891-ci  il  fevralın  20-də  Dövlət  Əmlak  nazirinin  təsdiq  etdiyi 



"Müsadirə  haqqında  qaydalar"  əvəzinə  "Abşeron  yarımadasındakı  neftli  torpaqların  dövlət  kəndlilərinin 

istifadəsindən  alınaraq  xəzinənin  sərəncamına  verilməsi  üsulları  və  şərtləri  haqqında"  yeni  Qaydalar  tətbiq 

edildi. Bunlar 1912-ci il nəşrinin VII cildinin 736-cı maddəsində "VII" əlavəni təşkil edir. 

Həmçinin  bunu  da  qeyd  etmək  çox  mühümdür  ki,  17  iyun  qanunu  qəbul  edildikdən  sonra,  "irəlicədən 

neftli  hesab  edilmiş"  dövlət  torpaqları  haqqında  bütün  maddələr  (586-591  və  593)  Dağ-Mədən 

Nizamnaməsindən  çıxarıldı.  Bundan  belə  nəticəyə  gəlmək  olar  ki,  yeni  qanun  "irəlicədən  neftli  sayılan 

torpaqlar" anlayışının özünü ləğv etmişdir. 

Beləliklə, 1912-ci ildə qəbul edilmiş, neft sənayesini tənzimləyən sənədlər öz mahiyyəti etibarilə 3 ayrı-

ayrı qanundan ibarət oldu: 

1.

 



"Hərraclar  haqqında mədən qanunu"— bunun obyekti neft yataqları ilə zəngin olan yerin təki, 

məqsədi isə yer təkinin mülkiyyətçisi kimi xəzinənin maraqlarının daha yaxşı təmin olunması şərti ilə 

işlənilməsidir; 

2.

 



"Kəşfiyyat  qanunu"  —  məqsədi  geoloji  kəşfiyyatdır, orada neft  olduğu  güman  edildiyinə  görə 

həmin torpaqlar özəl sifarişlər üçün bağlı olaraq qalır; 

3.

 

"Kəndli pay torpaqları tərkibindən dövlət torpaqlarının müsadirəsi haqqında qanun" — obyekti 



kəşfiyyat aparılmış dövlət torpaqları, məqsədi isə dövlət neftli torpaq fondunun artırılmasıdır. 

Kustar  neft  hasilatı  məsələsinin  formal  tərəfdən  lazımınca  işıqlandırılması  üçün  17  iyun  qanunun 

müstəsna  əhəmiyyət  kəsb  edə  biləcəyini  nəzərə  alaraq,  sözü  gedən  qanunun  hər  üç  bəndinin  ətraflı  nəzərdən 

keçirilməsi zəruridir: 



1.Hərraçlar haqqında qanun 

Dövlətə məxsus neftli sahələrin təkindən istifadə üçün onların ayrı-ayrı şəxslərə icarəyə verilməsi zamanı 

icarə şərtlərinin tənzimlənməsi neft qanunvericiliyinin ən başlıca vəzifəsidir. Bu çətinlik hər şeydən öncə, dövlət 

torpaqlarının  yerin təkindən  istifadə üçün işlədilməsinin  öz  xüsusiyyəti  ilə izah  edilir.  Çünki,  əvvəla,  konkret 

sahədə  yerin  təkində  məhz  hansı  ehtiyatların  gizləndiyini  qabaqcadan  təyin  etməyin  mümkün  olmaması, 

ikincisi, neftin bazar qiymətlərinin hansı ölçüdə dəyişiləcəyini irəlicədən müəyyən etməyin çətinliyi, çox kəskin 

ola bilər. 

1912-ci il 17 iyun qanunu qəbul edilənədək dövlət neftli torpaqlarının istismar (işlədilmə) üçün hərraclar 

vasitəsilə  verilməsi  zamanı  aşağıdakı  3  icarə  forması  tətbiq  edilirdi:  birdəfəlik  ödənc  (haqq),  pud  hesabı  ilə 

ödənc və paylı ayırma. Və buna uyğun olaraq, hərracın predmeti 3 ödəmə formasından biri olurdu: 

a)

 

Birdəfəlik ödənc (haqq). Bu üsulu xəzinə 1872-ci ildəki uğursuz təcrübədən sonra ləğv etdi. O zaman 



aydın  oldu  ki,  yalnız  formaca  icarə  sayılan  bu  cür  üsul  əslində  qiymətli  neftli  sahələrin  müddətsiz 

olaraq  özgəninkiləşdirilməsinə  gətirib  çıxarmışdır.  Xəzinə  üçün  bunun  nə  qədər  ziyanlı  olduğu 

sonradan daha aşkar göründü. 

Bu uğursuzluq xəzinəni pud hesabı ödənc prinsipinə keçməyə sövq etdi (1892-ci il iyun qanunu, maddə 

589; 1893-cü il nəşri, c. VII). 

b)

 



Pud  hesabı  ödənc.  Bu  şərtlərlə  4  dəfə  (1896,  1898,  1899  və  1900-cü  illərdə)  hərrac  keçirilmişdi. 

hərrac üçün zəmin kimi bu kimi ödənc, şübhəsiz, birdəfəlik ödəncə nisbətən üstünlüyə malik idi. Belə 

ki,  bu  halda  hərracda  xəzinə  üçün  böyük  və  ya  kiçik  olsa  da,  daimi  gəlir  təmin  edilirdi  ki,  bu  da 

bilavasitə neftin miqdarından, hərracda təklif edilən pud hesabı ödəncdən asılı idi. Lakin bu sistemin 

tətbiqi də təcrübədə mənfi nəticələrini tezliklə göstərdi. 

Məsələ  ondadır  ki,  hasil  edilən  neftin  bir  pudunun  müəyyən  qiyməti  qeydə  alındığına  görə,  bu  sövdə 

icarəçi üçün böyük risklə bağlı idi. Çünki onun maraqları bilavasitə bazar tərəddüdlərindən asılı vəziyyətə qoyu- 

lurdu. İcarə sisteminin tətbiqi təcrübəsi də bunu sübut etdi. 

İlk  hərraclarda  nisbətən  aşağı  qiymətlər  təklif  edilmişdi  və  sahələr  də  bu  qiymətlərlə  verildi; 

gözlənilmədən  bunun  ardınca  gələn  əlverişli  konyuktura  (bazar  qiymətlərinin  2  dəfə  artması)  icarəçilər  üçün 

böyük gəlir gətirdi. Sonrakı 3-cü və 4-cü hərraclarda, qiymətlərin gələcək artımı ümidi ilə xeyli artıq məbləğdə 

pud  hesabı  ödənc  təklif  olundu.  Özü  də  sövdələşənlərin  bəziləri  hay-küyə  o  qədər  uydular  ki,  hətta  bazar 

qiymətlərindən də yüksək qiymətlər təklif etdilər. Lakin sonra gerçəklik şişirdilmiş ümidləri doğrultmadı, neftin 

qiymətləri  aşağı  düşməyə  başladı  və  3-cü,  4-cü  hərracların  bir  çox  iştirakçıları  qoyduqları  girovu,  həmçinin 

başladıqları qazma işlərinə görə bütün xərcləri itirərək icarəyə götürdükləri  sahələrdən imtina etməyə  məcbur 

oldular. 

v)  Paylı ayırma. Bu sistemin qüsurlarını aradan qaldırmaq üçün icarənin yeni növü işlənib hazırlandı. 

Bu  paylı  ayırma  yolu  ilə  icarə  idi.  Elə  bu  zəmində  1903-cü  il  iyunun  2-də  Balaxanı  və  Bibiheybət 

sahələrindəki dövlət torpaqlarının verilməsi üçün hərrac keçirildi. Dövlət neftli torpaqlarının istifadəyə 

verilməsinin bu üsulu icarənin forması olmasa da, öz çevikliyinə görə daha səmərəli üsul idi. Çünki bu 

halda neft sənayeçisi bazar təsadüflərindən asılılıq risqi qarşısında qalmırdı, digər tərəfdən isə qiymətlər  

artdığı halda sahibkarın mənfəətindən xəzinəyə də pay düşürdü. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə