2
"Azərbaycan nefti dünya siyasətində"
Çoxcildliyi Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin
1994-cü ildə verdiyi tapşırığa əsasən
nəşr olunur
İlham Əliyev
Akif Muradverdiyev
Zəngin tarixi materiallar əsasında yazılmış "Azərbaycan nefti dünya siyasətində" çoxcildliyinin ikinci
cildi əsasən XIX əsrin ikinci yarısından başlayaraq Bakı neftinin sənayeləşməsindən, neftin əsrin yanacağına
çevrilməsindən, neft emalı və neft kimyasının inkişafından, neft ticarətinin və onun nəqlinin müasir tələblərə
çatdırılmasından, Bakı neft sənayesinə xarici kapitalın axınından, onun transmilli şirkətlərlə birgə
fəaliyyətlərindən və nəhayət Azərbaycanda milli sahibkarlığın təşəkkülündən bəhs edir.
Kitab geniş oxucu kütləsi uçun nəzərdə tutulmuşdur.
© "Azərbaycan" nəşriyyatı — 1997
4
OXUCULARA
Üç min ildən çox tarixi olan Bakı XIX əsrin əvvəlində kiçik bir liman şəhəri idi. Ərəb və İran
tarixçilərinin dövrümüzədək gəlib çatmış yazılı məlumatları isə IX-XI əsrlərə aiddir. Bu mənbələrdə Bakının adı
ilk növbədə Abşeronun neft və qaz fontanları, mineral su bulaqları və palçıq vulkanları ilə bağlı xatırlanır. Artıq
X əsrdə bir çox səyyahların əsərlərində Bakının adına rast gəlinirdi. Əlverişli coğrafi mövqeyi, rahat limanı
onun Yaxın və Orta Şərq ölkələri, Avropa və Asiya ilə ticarət əlaqələrinin inkişafı üçün imkan yaratdığından,
Bakı getdikcə Xəzər dənizinin əsas liman şəhərinə və mühüm yükboşaltma məntəqəsinə çevrilirdi.
Bakının tarixi uzaq əsrlərin dərinliklərinə gedib çıxır. Biz isə oxucuya bu qədim şəhərin XIX əsrdən
başlayaraq sürətli inkişafına və çiçəklənməsinə, onun dünyanın neft paytaxtına çevrilməsinə təkan verən, misli-
bərabəri olmayan məşhur Bakı neftinin sənaye istehsalına başlanıldığı dövrdən danışacağıq.
"Azərbaycan nefti dünya siyasətində" adlanan bu kitabın ikinci cildində o vaxtkı Bakının müfəssəl dəqiq
təsvirini verməyə cəhd edilməmişdir. Əsas məqsədimiz köhnə, doğma Bakının əsl obrazlı simasını, həmin
dövrün ən iri neft sənaye mərkəzi kimi əhəmiyyətini, onun XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərindəki
neft hasilatındakı sıçrayışının təsiri ilə dəyişməsi və abadlaşdırılmasını əks etdirməkdir. Kitabda o dövrdə
Azərbaycanın və xüsusilə Bakının bütün Avropa və Yaxın Şərq üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi
əyani surətdə açıqlanır.
Bakıda neft mədənlərinin və onlarla birlikdə ticarət və sənayenin, gəmiçilik və dəmir yolu nəqliyyatının
möcüzəli inkişafı nəticəsində 1897-ci ildə Bakıda artıq 150 min artıq əhali yaşayırdı. Bu dövrdə Bakı sürətlə
böyüyərək, neft mədənlərinin, zavodların yerləşdiyi "Qara şəhər"i və "Ağ şəhər"i də əhatə edirdi.
Tanınmış ingilis səyyahı Karl Marvin Bakı neft sənayesinin canlı təsvirini özünün "Bakı—Avropanın
nefti" (1886-cı il) və "Əbədi odlar ölkəsi" adlı kitablarında yüksək bədii bacarıq və sənətkarlıqla qələmə alaraq
Avropa oxucularına çatdırmışdır. Doğrudur, hər iki kitab əsasən texniki və iqtisadi məsələlərə həsr olunsa da,
Bakının gözəlliyi və onun insanlarının mehribanlığı haqda heç vaxt yazılmamışdı.
Sonradan daha bir jurnalistin, İngiltərənin "Petroleum Uorld" jurnalının redaktoru C. Henrinin Bakıya
səfəri zamanı o da əvvəlki müəlliflər kimi gördüklərindən müqəssir olmuş və görülmüş nəhəng işlərin
həcmindən, Bakının gözəlliyindən, şəhərin çoxmillətli əhalisinin tarixindən maraqlı kitab yazmışdır.
Son bir neçə qərinə idi ki, Bakının müasir sənayesi, qədim adət və ənənələrində qeyri-təbii qüvvələr bir-
biri ilə culğalaşmışdı, bu da gec-tez bəşəriyyəti lərzəyə salmalı idi.
XIX əsrin sonunda Bakıda yaranmış şərait öz inkişafı ilə hələ zirvəsinə çatmamış, sənaye öz vüsətini
almamışdı.
Bu kitabda toplanmış istər tarixi, istərsə də statik məlumatlar dünyanın hər yerində neft sənayeçiləri üçün
maraq doğura bilər. Çünki yazılan məlumatlar əsasən yeni ilə köhnənin, milli antaqonizm və iqtisadi rəqabətin
toqquşması nəticəsində mürəkkəb bir qabarmanın məhsuludur.
Bakı neft sənayesində baş vermiş texniki tərəqqi mədənlərin mənzərəsini dəyişərək, Avropada və
Amerikadakı maliyyə və ticarət tarazlığını pozub alt-üst etmişdi. Ədəbi və elmi qaynaqlarda Bakı haqqında,
onun əsas sənaye sahəsi olan neft sənayesinin mənşəyi, inkişafı, keçmiş vəziyyəti barədə məlumat qismən az
olduğundan, belə bir kitabın yazılması əhəmiyyətlidir.
Kitabın tarixi aspekti ilə yanaşı, burada Bakı neft sənayesinin romantik tərzdə inkişafından bəhs edən
maraqlı məlumatları da oxuya bilərsiniz. Kitabda qeyd olunur ki, XIX əsrin sonuna yaxın Azərbaycan neft
sənayesinin texniki tərəqqisi nəticəsində, 1872-ci ildə 1,4 milyon pud neft çıxarıldığı halda, 1894-cü ildə neft
hasilatı 340 milyon puda, yəni ABŞ-dakı səviyyəyə çatmışdı. Sonralar (1901-çn ilədək) Azərbaycan neft
hasilatına görə dünyada birinci yerə çıxmışdı. Lakin dünya bazarında birincilik xammalın həcmi ilə deyil, bu
bazarda başlıca məhsul sayılan kerosinin həcmi ilə müəyyən edilirdi. Bu cəhətdən üstünlük Amerika sənayesinə
məxsus olaraq qalırdı. Bakı neftayırma sənayesində müvəffəqiyyətlərin ən böyük göstəricisi burada istehsal
edilən kerosinin xaricə daşınması (1883-cü il) oldu. Artıq 1885-ci ildə Amerika kerosini Rusiyanın
bazarlarından sıxışdırılıb çıxarıldı.
Beləliklə, qısa müddət ərzində Bakıda misli görünməmiş iqtisadi yüksəliş baş verdi. Şəhərdə güclü sənaye
potensialı yaradıldı, neft hasilatı, emalı və satışı üzrə yüzlərlə iri və xırda şirkətlər açıldı. Bu cür kəskin sıçrayış
həmin dövr üçün çox diqqətə layiqdir. Belə ki, neft sahəsində qabaqcıl texnika və texnologiyaya malik olan
inkişaf etmiş ölkələr Azərbaycanın neftçıxarma sənayesindən xeyli geridə qalmışdı. Dünya neft hasilatının
yarıdan çoxunu verməklə Bakı hətta Amerika Birləşmiş Ştatları kimi qabaqcıl ölkəni çox-çox geridə qoymuşdu.
Kitabda Bakının məşhur neft fontanlarından da maraqlı faktlar verilmişdir. Bilavasitə həmin fontanların
fəvvarə verdiyinin şahidi olmuş K.Marvin yazır ki, avqustun 19-da başlayan fontan ram edilmədən dekabrın
10-dək vurmaqda davam etdi. Buradan gün ərzində çıxan neftin miqdarını müxtəlif adamlar müxtəlif şəkildə,
biri— 400000-500000 pud arasında olduğunu, qonşu mədən sahibinin hesablanmasına görə quyudan yüz on
dörd gün ərzində 13640000 pud, yaxud 220000 ton neft çıxdığını söyləyirdilər. Bəziləri isə iddia edirdilər ki, ən
azı 30000000 pud neft hədər getmişdi.