10
Daha ayrı bir məsələ ilə əlaqədar qəzetlər Bakı haqqında dünyaya yanlış məlumat vermişlər.
"Şəhərin başı üzərində qatı, qara tüstü buludu dayanıb, şəhərə hələ çox qalmış adamın burnuna tünd neft
qoxusu gəlir, hər yer neft iylənir, hər şey Bakıda neft dadı verir".
Bu sətirlərin müəllifi Bakının həddindən artıq tutqun və qara pərdəyə bürünmüş bir mənzərəsini yarat-
mışdır. XIX əsrin sonunda Bibiheybət mədənləri öz şöhrətinin zirvəsinə çatanda, yəni həmin vaxt kiçik bir
sahədə üç quyunun eyni vaxtda fontan vurması adi hal olanda, külək həmin neft fəvvarələrindən damlaları Bayıl
burnundan qədim şəhərin üzərinə yağış kimi səpələyirdi. Bakıda yeganə qara rəngə boyanmış yerlər Bibiheybət
və Qara şəhər idi. Balaxanı Bakıdan doqquz mil aralıdadır. Qala divarları içərisində Bakı bizim öz adi
şəhərlərimizdən də təmizdir, onun neftli, natəmiz olması barədə yazılar, Bakıya gəlişi küləkli günlərdə neft
fəvvarələrindən damlaların şəhərin üzərinə səpələnməsinin adi hal aldığı, taxta buruqların neft mədənlərində
yanğın üçün ciddi təhlükə yaratdığı vaxtlarla eyni zamana təsadüf etmiş əcnəbilərin fikirlərinin təkrarından
başqa bir şey deyil. Belə yanğınların qarşısını almaq üçün taxta buruqlar dəmir təbəqələrlə, yaxud odadavamlı
kipsolitlə üzlənirdi. Bakının dünya ictimaiyyətinə yanlış şəkildə təqdim olunması ideyasının uydurma olduğunu
məşhur rus səyyahı Karl Marvin hələ XIX əsrin sonunda yazmışdı, özü də elə bir vaxtda ki, memarlıqda bir
metamorfoza baş vermiş şəhər yeni neft sənayesinin tələblərinə cavab vermək üçün böyük bir sürətlə
müasirləşdirilmişdi. Yol qeydlərini "Bakı doğrudan da məni heyrətə gətirdi..." sözləri ilə başlayan Marvin bu
cür etiraflardan sonra öz fikrini belə davam etdirir:"... Son illərdə Bakını təsvir edən və onun tərəqqisini bol-bol
tərifləyən Rus mətbuatında dərc olunmuş saysız-hesabsız məlumatlar məndə elə bir qənaət yaratmışdır ki,
sürətlə inkişaf edən bir mənzərənin şahidi olacağam, ancaq etiraf etməliyəm ki, Bakının belə böyük bir şəhər
olduğunu heç ağlıma da gətirməzdim. Əksər ingilislər Xəzər dənizini "ölü" dəniz kimi qələmə alıb təbliğ
etmişlər. Onlar belə hesab edirlər ki, Xəzərdə ya çox az bir fəaliyyət var, ya da tamamilə heç bir fəaliyyət
yoxdur. Lakin onlar unudurlar ki, Xəzər əsl təbii həyat mənbəyi, ticarət yoludur, Rus imperiyasının ən nəhəng
çayı Volqa ilə tərəqqi üçün zəmin yaradan dənizdir. Belə adamlar üçün Bakını bir an görmək Dik Svivellərin
təbirincə desək "insanı riqtətə gətirən əsl mənzərəni" görmək kimi bir şeydir. Yüz illər bundan qabaq sanki
yuxuya dalmış bir Azərbaycan şəhəri olan Bakı indi XX əsrin başlanğıcında çiçəklənən bir şəhərdir. Rus
imperiyasının bütün yerlərindən çox Bakıda tikinti işləri getməkdədir... Bakı füsunkar bir körfəzdə yerləşir, bu
körfəz ayparaya bənzəyir, ayparanın bir ucundan o biri uçuna məsafə yeddi mil, orbitinin uzunluğu isə on beş
mildir. Körfəzin ağzından dənizə çıxan yerdə bir ada var, düz Plimutdakı dalğaqıran kimi. Bu ada körfəzi tərs
küləklərdən qoruyur, minlərlə gəmi və qayıqlara lövbər salıb rahat dayanmağa imkan verir. Körfəzdə
gəmiçiliyin bu cür inkişafı məni heyrətə saldı. Şahid olduq ki, şəhərin bu başından o başınadək hər yerdə
Bakının görnüşü dəyişir. Hər yerdə köhnə evlər sökülür, yeniləri tikilirdi; küçələr hamarlanır və düzlənirdi,
asfalt və daşla döşənirdi; iranlıların miskin dükanları iri Avropa mağazaları ilə əvəzlənirdi; qədim və böyük Qız
qalasının ətrafı binalardan və torpaqdan təmizlənib üzə çıxarılmış və sanki hamının tamaşa etməsi üçün
qoyulmuşdur. İki, yaxud üç ildən sonra Bakı bütün rahatlığı və sivilizasiyaya məxsus təmtərağı ilə, o cümlədən
hazırda inşası ilə Rusiyada yaradılmış bir sindikatın məşğul olduğu tramvay xətti ilə tamamilə təzə bir şəhərə
çevriləcək. Şəhər abadlaşıb inkişaf etdikcə, onun narahatlıq doğuran istilik, toz, içməli suyun yoxluğu, yağışın
yağmasına, yaşıllığa ehtiyac kimi şeylər tədricən və kəskin şəkildə azalacaq".
Zaman neftlə bağlı yazan pamfletçi, məşhur rus səyyahı və aliminin peyğəmbəryana fikirlərinin doğru-
luğunu sübut etdi. Bakı şübhəsiz ki, yeni şəhərdir. XIX əsrin sonunda aparılmış siyahıyaalma nəticəsində Bakı,
Bayıl, Ağ şəhər, Keşlə və Əhmədli kəndləri, Bibiheybət-Balaxanı-Sabunçu-Ramana neft mədənləri ərazisi,
Balaxanı, Sabunçu, Ramana və Zabrat kəndlərinin əhalisi hamısı birlikdə götürüldükdə, 206757 nəfər olmuşdur.
Siyahıyaalma burda 44 millətin nümayəndəsinin yaşadığını qeydə almışdır. Burada təxminən bütün Avropa,
Orta Asiya, Kiçik Asiya, İran, Ərəbistan və hətta Həbəşistanda yaşayan millətlərin nümayəndələri
məskunlaşmışdılar. Əsasən 13 millətin nümayəndələri çoxluq təşkil edir, onların hər birindən burda
yaşayanların sayı 500 nəfərdən çox idi. Bunların içərisində birinci yeri ruslar (74254 nəfər), sonrakı yerləri isə
azərbaycanlılar (53827), ermənilər (34259), farslar (18572), yəhudilər (5859), almanlar (5025), Cənub- Şərqi
Rusiyadan gələn tatarlar (burada onlara Qazan tatarları deyirlər, 4157), ləzgilər (3857), gürcülər (2614),
polyaklar (1548), yunanlar (617) tuturdular. Burada yaşayan daha səkkiz millətin — isveç, osetin, latış, slovak,
fransız, litvalı, ingilis və türklərin nümayəndələrinin hər birinin sayı 100 nəfərdən azdır, sonrakı on yeddi
millətin nümayəndələrinin hər birinin sayı 25 nəfərdən azdır.
Kişi və qadın cinsindən
olanlar
Şəhərdə
Şəhər
Neft
Cəmi
Kişi cinsi
78863
11144
38080
128087
Qadın cinsi
59748
6121
12795
78664
Cəmi:
138611
17265
50875
206751