Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə18/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   14   15   16   17   18   19   20   21   ...   115
kitab20111201125922638

 


30 
III 
 
TRANSQAFQAZ SEYMİ VƏ HÖKUMƏT -ONLARIN ZƏİFLİYİ VƏ 
SÜQUTU 
 
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ELAN EDİLMƏSİ 
 
Transqafqaz hökuməti
 
Öz zehni və maddi qüdrətini hiss edən Milli Şura 1918-ci il mayın 28-də 
müstəqil Azərbaycan Cümhuriyyətinin yaradıldığını elan etdi... 
Qafqaz Azərbaycanı üçün son dərəcə əhəmiyyətli olan bu proseslərin baş 
verməsində Rusiyanın ictimai və siyasi tənəzzülü, habelə bolşeviklərin hakimiyyəti 
zorla ələ keçirmələri mühüm rol oynadı. Digər tərəfdən, bütün bu proseslər Qafqazın, 
xüsusən də Transqafqazın düşdüyü vəziyyətin nəticəsi idi. Həmin vaxta qədər 
regionda hakimiyyəti əlində saxlayan rus dövlətinin gözlənilmədən Transqafqazdan 
çıxarılması da öz rolunu oynadı. 
1917-ci il Fevral inqilabının birinci günündən ali hakimiyyətin bolşeviklərin 
əlinə keçdiyi 25-27 oktyabra qədər bu region xüsusi Transqafqaz Komitəsi 
(mənbələrdə Osobıy Zakavkazskiy Komitet - OZAKOM adlandırılır - tərc.) 
tərəfindən idarə olunurdu. Həmin Komitənin üzvlərini Lvov və Kerenskinin 
Müvəqqəti hökuməti təyin etmişdi. Komitə üzvlərinin hərəsi bir milləti təmsil edirdi 
(rus, Azərbaycan, gürcü və erməni). Onların hamısı IV Dövlət Dumasının üzvləri 
idilər. Oktyabrda bolşeviklər hakimiyyətə gəldilər. Onların fəaliyyəti Rusiyadakı 
qanunsuzluqları daha da artırdı. Bolşevik hakimiyyətinin mövcudluğu bütün ölkə 
üçün məşum nəticələr verdi. Həmin nəticə özünü ilk növbədə Rusiyanın mərkəzi ilə 
ucqarları arasında hər cür əlaqələrin kəsilməsində göstərdi. Qafqaz və Transqafqaz 
nəinki Petroqrad və Moskvadan, hətta bütün Rusiyadan təcrid olundu. 
Taleyin 
öhdəsinə 
buraxılmış Transqafqaz millətləri öz seçkili 
nümayəndələrinin vasitəsi ilə bütün regionda vahid dövlət halında birləşdilər. Bu 
dövlətin tam qanunvericilik, hüquqi, inzibati və maliyyə qüdrəti var idi. 
Həmin dövrdə Tiflisdə təşəkkül tapan hökumət kabinetində Transqafqaz 
xalqlarının nümayəndələri - (gürcülər, Azərbaycanlılar, ermənilər) hakimiyyəti öz 
aralarında bölüşdürdülər. Onlar komissarlar adlanırdılar. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə