Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə15/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   11   12   13   14   15   16   17   18   ...   115
kitab20111201125922638

Etnoqrafiya
 
Əlbəttə, haqqında söhbət gedən əhali indiyə qədər türk mənşəli millət olaraq 
qalmaqdadır. Qafqaz, xüsusən də Azərbaycan etnoqrafiyasına və tarixinə dair 
ədəbiyyatın azlığı, hətta deyərdik ki, yoxluğu, eləcə də mövcud materialların elm 


27 
aləminə naməlum qalmasının labüd nəticəsi olaraq bu millətin etnik təşəkkülü və 
quruluşu haqqında Rusiya imperiyasının uydurduğu yalanlar rəsmi nöqteyi-nəzər kimi 
qəbul edilmişdir. Qədim türk-müsəlman xanlıqlarının əhalisi əsl mənşələri nəzərə 
alınmadan Qafqaz tatarları adlandırılmışlar və indinin özündə də Qafqaz tatarları kimi 
tanınırlar. Əsl həqiqətdə köklərinin eyniliyi ilə bir sırada azərbaycanlıların və 
tatarların dilləri, adətləri, ənənələri, inamları arasındada da müəyyən yaxınlıq vardır. 
Bu yaxınlıq həm fransız tarixçisi M.Leon-Kahen, həm də məşhur macar alimi 
H.Vamberi tərəfindən sübuta yetrilimişdir. 
Asiyalı fateh Teymurləngin (Teymurləng Avropada Axsaq Teymur 
mənasında istifadə olunan Tamerlan adının qarşılığıdır) Azərbaycana yürüşündən söz 
açan fransız alimi yazır: “Əsrlər boyu türklərin yaşadığı bir ölkə olan Azərbaycan 
könüllü surətdə Teymurləngin hakimiyyətini qəbul etdi”. 
H.Vamberi Azərbaycan xalqının etnik mənşəyindən danışarkən göstərir ki, 
İran ünsürlərinin Azərbaycandan hansı dövrdə sıxışdırılıb çıxarıldığını söyləmək 
çətindir. Bu məsələ hələlik öz həllini tapmamışdır. Buna baxmayaraq, biz bir neçə 
fakta müraciət edəcəyik: 
Azərbaycanın istər İrana aid hissəsində, istərsə də Qafqaz, yaxud 
Transqafqaz hissəsində əhali Azərbaycan dilində danışan türklərdən ibarətdir. Onların 
öz ədəbiyyatı, milli poeziyası, ənənələri və mifləri mövcuddur. İslamın iki təriqəti 
(şiəlik və sünnilik-tərc.) Azərbaycanda geniş yayılmışdır. 
İntellektual mədəniyyət baxımından Azərbaycan, xüsusən də onun İran 
hissəsi qədim İran ədəbiyyatından əsaslı şəkildə təsirlənmişdir. Bu ədəbiyyatın əsas 
nümayəndələri olan Firdovsi, Hafız və Sədi azərbaycanlılar arasındada indi də kifayət 
qədər məşhurdurlar, onların əsərlərinə tez-tez istinad edilir. Bir tərəfdən İranın 
qüdrətinin azalması və onun sosial mədəniyyətinin tənəzzülə uğraması, o biri tərəfdən 
isə Rusiya mədəniyyətinin daha geniş ərazidə yayılması və ümumilikdə milli şüurun 
yüksəlişi nəticəsində Azərbaycanı İranla bağlayan tellərin qırılmaqda olduğu aşkara 
çıxdı. 
İndi isə gəlin Azərbaycanın “Qafqaz Azərbaycanı” adlandırılan hissəsinə 
nəzər salaq. Biz İran Azərbaycanına toxunmaq niyyətində deyilik. Biz qafqazlılar 
onun sakinlərinə ən yaxşı istəklərimizi yetirir, qüdrətli və mədəni İran dövlətinin 
himayəsi altında siyasi və fərdi azadlığa çatmalarını, böyük inkişafa, sosial və siyası 
tərəqqiyə qovuşmalarını arzu edirik. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə