Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   7   8   9   10   11   12   13   14   ...   115
kitab20111201125922638

Vilayət Quliyev


22 
QAFQAZ AZƏRBAYCANI CÜMHURİYYƏTİ 
SÜLH HEYƏTİNİN PARİS SÜLH KONFRANSINDAN TƏLƏBLƏRİ 
 
(Paris, 1919) 
 
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN SƏRHƏDLƏRİ 
 
1. Şimal sərhəddi
 
Azərbaycanın şimal sərhədləri Solak çayının Qara dənizə töküldüyü 
nöqtədən (Gürcüstan sərhəddindən) başlanır. Sərhəd xətti çay boyunca Acar dağlarına 
qədər uzanır. 
Bu dağların zirvəsi ilə irəliləyən sərhəd xətti Kino (8522 fut yüksəkliyində), 
Taşnaur (8735 fut), Qotimeriya (8769 fut) zirvələrinə, Zekar keçidinə, Naqueva 
dağlarına və Sağalotlobaçi zirvəsinə çatır. 
Buradan sərhəd xətti cənub-şərqə yönəlir, Kürün qolu olan Keyda-su 
boyunca gedir. Çayı keçdikdən sonra o, Tusselbaya tərəf, Çitis-Kibey (8554 fut) 
zirvəsinə doğru irəliləyir, Kür çayının qollara ayrıldığı istiqamətdə uzanır, sonra 
Axaşen kəndinin yanında Kürün axını istiqamətində cənuba dönür, daha sonra Kür 
boyunca üzüaşağı, Kurtanakev kəndinə qədər düz cənuba gedir. 
Sonra sərhəd xətti keçmiş Rusiya imperiyasının inzibati bölgüləri əsasında 
mövcud olan sinirlər boyunca şərqə dönür (Axalkələk vilayəti, Qars ərazisi
Aleksandropol (Gümrü) vilayəti, İrəvan quberniyası.) və Çəri dağın (9152 fut), Üç 
təpənin (9783 fut), Örtülü dağın (8030 fut), Öküz dağın (8018 fut), Akçalanın (10500 
fut) zirvələrindəni keçir. 
Bu nöqtədən sərhəd xətti Axalkələk və Borçalı vilayətləri arasındakı keçmiş 
inzibati sərhəd boyunca cənuba gedir, sonra Yemlikli (10017 fut), Ağrıkar (9765 fut) 
dağ zirvələrindən, Pavakaran dağ silsiləsindən keçir və Dəlidağın (8624 fut) zirvəsinə 
qədər gəlib çatır. 
Bu nöqtədən sərhəd xətti şərqə istiqamət götürür, İnardağın (6636 fut), Bulaq 
dağın (6317 fut) zirvələrindən keçir və Aleksanderhiff kəndinə qədər uzanır. 
Bu kəndin arxasından sərhəd xətti Xramçayın boyunca şimal-şərq 
istiqamətində Arixli kəndinə və Böyük Tkiatam təpəsinə tərəf yönəlir, Aleksandropol-
Tiflis dəmir yolu xəttinə paralel olaraq üç verst qərb istiqamətinə irəliləyir, Naftuluq 
dəmir yolu stansiyasının 6 kilometrliyində Yelizavetpol-Tiflis dəmir yol xəttini bir 
qədər keçir. 
Buradan sərhəd xətti yenidən şərqə tərəf dönür, Qara dərə, Sarıyer, Karvan 
təpə, Naomeri (3185 fut) dağ zirvələrindən, Muğanlı və Tullar kəndlərindən, Ləmbəli 
(2537 fut) zirvəsindən, Katari aşırımından, Milatis, nəhayət, Bilenta (3052 fut) və 
Nikoratcixa (3290) zirvələrindən keçir. Sonra yenidən şimal səmtinə dönərək Qara-
Ağac kəndini keçdikdən sonra Taran-Qobu çaylarının qovuşduğu yerə çatır. Sərhəd 


23 
xətti eyni istiqamətdə Taran-Qobu, Abcit, Məzəmçay çaylarmm yatağı boyunca 
Tinov-Rosso (11104 fut) dağ zirvəsi istiqamətində irəliləyir. 
Sonra sərhəd xətti yenidən Şərqə dönür (Şimali Qafqaz Respublikasının 
sərhəddi) və Qafqaz sıra dağları boyunca Quton (12500 fut) zirvəsinə qədər uzanır. 
Daha sonra sərhəd xətti dağ yüksəkliklərindən şimal-şərq istiqamətində aşağı enir, bir 
tərəfdən Avar-Koysu, Qara-Koysu, Qazıqumuq-Koysu, o biri tərəfdən isə Samur, 
Çirançay və Uluçay çaylarının suayrıcını formalaşdıran ikinci sıra dağların boyunca 
gedir və Kalanker-Katz (11488 fut), Kaşkharva (13083) Lakazani (11961 fut) 
dağlarından, Dolti dağ aşırımından keçərək Viralqu (12611 fut), Nusadağ (12270 fut) 
Alahundağ (12629 fut) istiqamətində uzanır. 
Sonda sərhəd xətti İtsari kəndinin 2 km-də Taran-Qobu çayını keçir və 
yuxarıda adları çəkilən çayların ayrıldığı yerdə 3 nömrəli zirvəyə doğru gedir, burada 
şərqə dönür və Bakı-Petrovsk dəmir yolunun Buynak stansiyasından 20 km. cənubda 
Xəzər dənizinə çatır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə