Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə12/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   8   9   10   11   12   13   14   15   ...   115
kitab20111201125922638

II Şərq sərhəddi 
 
Buynak stansiyasının 20 kilometrliyindən başlayan sərhəd xətti Xəzər dənizi 
boyunca keçmiş Rusiya-İran sərhəddi yaxınlığındakı Astara (Qafqaz Astarası) 
şəhərinə qədər uzanır. 
III. Cənub sərhəddi 
Astaradan başlanan sərhəd xətti Rusiya, İran və Türkiyə arasındakı keçmiş 
sərhədlərin kəsişmə nöqtəsinə qədər davam edir, sonra keçmiş Rusiya-Türkiyə 
sərhəddinə uyğun şəkildə Qara dənizdəki Kop-Mur burnuna qədər gedir. 
IV. Qərb sərhəddi
 
Azərbaycanın qərb sərhəddi Kop-Murdan Solok çayının mənsəbinə qədər 
Qara dəniz sahilləri boyu müəyyənləşir. 
V. Qafqaz Ermənistanı ilə sərhəd 
Azərbaycan və Ermənistan arasındada sərhəd qərbə doğru Ağlağan dağının 
(6833 fut) zirvəsindən başlanır, Aleksandropol-Axalkələk şosse yolunu Qızıl Qoç
 
stansiyasından (Güllübulaq kəndi) 18 km. cənubda kəsib keçir və Dağ Körpü 
kəndindən Arpaçay istiqamətinə gedir. 
Sonra sərhəd xətti cənuba, Arpa-Fihui boyunca Qarakollu adlı kiçik 
stansiyadan 2 km. şimalda yerləşən Qiyas-Kürdaşı kəndinə doğru gedir, daha sonra 
isə şərqə, Qara Köynək dağının (9917 fut) zirvəsinə tərəf uzanır. 


24 
Buradan sərhəd xətti Aparan çayının qolu istiqamətində şimal-şərqə, Tiflis-
İrəvan dəmir yolunun 5 km-də yerləşən Zeynə kəndinə doğru gedir, sonra şərq 
istiqamətinə dönür, dəmir yol xəttinə paralel şəkildə bu xətdən 7 km. şimalda yerləşən 
Ağbaş kəndinə tərəf uzanır: 
Qarni çayından keçən sərhəd xətti şimal-şərqdə Ağdağ (10906 fut), 
Qaraqaya (11178 fut) Gözəldərə dağlarına qalxır, buradan qərb istiqamətinə burulur 
və Göyçə gölünün şərq sahilində Zağalı kəndinə çatır. 
Qafqaz Ermənistanının sərhəddi Semyonovka kəndi istiqamətində gölün 
səthini düz xətlə keçir, Yelizavetpol və İrəvan quberniyalarının keçmiş inzibati ərazi 
bölgüsü üzrə Beçəkeçməz dağının (Yelizavetpol, İrəvan və Tiflis quberniyalarının 
sərhədlərinin ortaq kəsişmə nöqtəsi) zirvəsinə qalxır, buradan Yelizavetpol və Tiflis 
quberniyalarının inzibati sərhəddi boyunca şimala dönür və Çimal dağının (2465 fut) 
zirvəsinə qalxır. 
Son olaraq sərhəd xətti biri-birinin ardınca Şahəlhəm, Şahtaxtı, Lialvar, 
Lecan dağlarından enir və iki ölkə arasında sərhəd olan Ağlağan dağının zirvəsinə 
çatır. 


25 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə