Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Ermənilərin təcavüzkar hərəkətləri



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə23/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   19   20   21   22   23   24   25   26   ...   115
kitab20111201125922638

Ermənilərin təcavüzkar hərəkətləri 
Ermənilərin müsəlman əhaliyə qarşı ən təcavüzkar hərəkətləri Şamaxı 
bölgəsində baş vermişdir. Müsəlmanların kütləvi surətdə məhv edilməsi, onların 
bələkdəki körpələrə qədər güllələnməsi, yüzlərlə azərbaycanlı kəndinə və qədim 


37 
Azərbaycan şəhəri Şamaxıya od vurulub yandırılması aydın göstərir ki, bütün bunlar 
yalnız erməni fitnəkarların işi idi. Burada bolşevik barmağı yox idi. 
O da həqiqətdir ki, əsl bolşeviklər ermənilərin arxasında gizlənmirdilər, 
əksinə, onlar müsəlmanlara nifrətlərini bütün qüvvəsi ilə üzə çıxaran erməni 
“bolşeviklərinin” qəddarlıqlarına qarşı etiraz səslərini ucaldırdılar. 
Bakı komissarları sovetinin sədri olan erməni Şaumyanın rəhbərliyi altında 
bolşevik təşkilatlan millətçi-şovinist daşnakların hesabına daha da qüvvətləndirilirdi. 
Bu sonuncular isə artıq bolşevizm adı altında azərbaycanlılarla öz milli haqq-
hesablarını çürütməyə başladılar. 
İstisnasız olaraq yalnız müsəlmanlara münasibətdə özünü göstərən nifrət və 
qəddarlıq əhalinin qeyri-müsəlman təbəqələri və həqiqi bolşeviklər tərəfindən ədalətli 
tənqid və sərt etirazlarla qarşılanırdı. Misal üçün, Bakı təyyarəçilik məktəbinin 
başdan-başa ruslardan ibarət olan şəxsi heyəti erməni bolşeviklərin əməlləri 
qarşısında keçirdikləri dəhşət hissini gizlətməmişdilər. 
Keçmiş Rusiya ordusunun tərkibinə daxil olan Türküstan piyada alayı daha 
çox dəhşətə gəlmişdi. Mart hadisələri zamanı bu alayın Bakıda yerləşən əsgər və 
zabitləri bir polkovnikin rəhbərliyi altında yerli müsəlmanlara qarşı çevrilmiş bütün 
millətçi xarakterli təcavüzkarlıq hərəkətlərinin dərhal dayandırılmasını tələb 
etmişdilər. Onlar bu müraciətə əməl edilməyəcəyi təqdirdə silahlarını cinayətkarlara 
qarşı çevirəcəklərini bildirmişdilər. “Bolşevik” erməni təşkilatları adı çəkilən alayı 
şəhərdən çıxarmağa tələsmiş və onları dərhal gəmiyə dolduraraq öz vətənlərinə 
göndərmək üçün tədbirlər görülmüşdü. 
Bir çox digər ictimai-siyasi qurumlar kimi bütün bolşevik mətbuatı da 
ermənilərin əlində cəmləşmişdi. “Bakı fəhləsi”, “Bakı fəhlə, əsgər və matros 
deputatları sovetinin xəbərləri” bu sıraya daxildir. Bütün bunların nəticəsində yalnız 
orta təbəqənin nümayəndələri deyil, müsəlman ziyalıları da hər gün təqiblərə məruz 
qalırdılar və onlara qarşı əksinqilabi partiyalara mənsubluqları ilə bağlı ittihamlar irəli 
sürülürdü. Onların əmlakları müsadirə edilirdi, müsəlman əhali bütün mümkün 
yollarla qarət olunurdular. Bunun nəticəsində bir çox azərbaycanlılar Bakını və onun 
neft mədənlərini tərk edib getdilər Erməni millətçilərinin (bolşeviklərin) 
qəddarlıqlarından və dəhşətli əməllərindən xilas olmağın başqa yolu yox idi. 
Heç şübhəsiz, azərbaycanlıları - Bakının həqiqi sahiblərini doğma 
şəhərlərindən didərgin salmaq, onun bütün təbii sərvətlərini ələ keçirmək və bu 
yerlərdə ağalıq etmək ideyası ermənilənn millətçi planlarının bir hissəsi idi. 
Bütün sərsəmliyinə baxmayaraq həqiqətən də belə bir plan mövcud olmuş və 
onun həyata keçirilməsi istiqamətində fəaliyyət göstərilmişdir. 
Müsəlmanlara qarşı vəhşiliklər törədilməsində Erməni Milli Şurası (Bakı 
bölməsi) tərəfindən idarə olunan erməni hərbi birləşmələri də iştirak etmişdilər. 
Bu qoşunlara bədnam ad çıxarmış Amazasp, Stepan Lalayan və b. başçılıq 
edirdilər. Onlar şəraitin tələblərindən yararlanaraq özlərini Qırmızı Orduya məxsus 
bolşeviklər kimi qələmə verirdilər. 


38 
Lakin bununla belə, erməni alayları da daxil olmaqla bütün milli hərbi 
birləşmələrin Qırmızı Ordunun sıralarma daxil edilməsi, habelə onlarm hamısmın 
Bakmı və ətraf rayonları tərk etməsi əmri veriləndə erməni əsgərləri artıq torpağın öz 
ayaqları altından qaçmaqda olduğunu başa düşərək həyəcanlandılar. Həmin vaxtdan 
etibarən biz ermənilər arasındada Bakının həqiqi bolşeviklərinə necə vəhşi bir nifrət 
bəsləndiyini görürük. Həmin bolşeviklər tezliklə Bakıda bütün hakimiyyəti zorakı 
yolla ələ keçirən ermənilər tərəfindən devrildilər. Azərbaycan ordusu Bakını azad 
edənə qədər bu vəziyyət davam etdi. 


39 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə