Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə22/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   18   19   20   21   22   23   24   25   ...   115
kitab20111201125922638

Ermənilər və bolşeviklər
 
Müsəlmanlar üçün məşum nəticələri olan bu qanlı hadisələrin baş 
verməsində hər yerdə olduğu kimi Bakıda da öz millətçi partiyalarının 
(Daşnaksütyun) ətrafında birləşmiş ermənilər fəal iştirak edirdilər. 
Daşnaksütyunun və digər erməni siyasi partiyalarının nümayəndələri erməni 
Milli Şurası yaradaraq 18-21 mart hadisələrindən az əvvəl Transqafqaz 
müsəlmanlarının Mərkəzi Komitəsinin nümayəndələri ilə danışıqlar aparmağa 
başladılar. Danışıqların məqsədi iki qonşu millət arasındada siyasi və milli 
münasibətləri nizama salmaq kimi qələmə verilirdi. Lakin sözdə bu cür vədlər 
verilməsinə baxmayaraq, nəinki Daşnaksütyun, hətta mühafizəkar Milli Demokratik 
Partiya da bolşeviklərin cərgələrinə daxil olmuşdular. Daşnaklar bu partiya ilə sıx 
əməkdaşlıq edir, hətta ehtimal ki, onlara yol göstərirdilər. Təxminən 7000 nəfər 
erməni əsgər Qərb cəbhəsindən qayıtdıqdan sonra Transqafqaz dəmir yolunun 
işləməməsi adı altında Bakıda saxlanılmışdı. 
Sonralar sübuta yetirildiyi kimi, həmin erməni əsgərlər Bakıdakı qanlı 
vətəndaş müharibəsində fəal iştirak etmişdilər. Bolşeviklərin hakimiyyəti ələ 
keçirmək üçün qızışdırdıqları bu vətəndaş müharibəsindən Bakıdakı erməni liderləri 
yerli azərbaycanlı əhaliyə amansızcasma divan tutmaq üçün yararlanmışdılar. 
Bu qanlı cinayətlərə səbəb nə idi? Bolşeviklərin hakimiyyəti bölüşdürmək 
planları, yoxsa milli intiqam hissi, məlumat dövriyyəsinin dayanması nəticəsində 
meydana çıxan nifaq duyğuları, yoxsa ərzaq məhsullarının qəhətə çəkilməsi? Həqiqət 
budur ki, ermənilər bolşeviklərin himayəsi altında müsəlmanların üzərinə kütləvi 
hücuma keçdilər və həmin dəhşətli günlərdə 12000-dən çox azərbaycanlı qətlə 
yetirildi. Öldürülənlərin çoxu qocalar, qadınlar və uşaqlar idi. Yəqin ki, gələcək 
tarixçilər bu hadisələrin üzərindən sükutla ötüb keçməyəcəklər. İndiki şəraitdə isə 
ümidvar olduğumuzu bildiririk ki, digər regionlarda yaşayan ermənilər öz 
soydaşlarının törətdikləri qanlı cinayətlərə haqq qazandırmamalıdırlar. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə