41
VIII
AZƏRBAYCAN HÖKUMƏTİ BOLŞEVİKLƏRİN BƏRBAD HALA
SALDIQLARI ÖLKƏDƏ QAYDA-QANUNU BƏRPA EDİR
AZƏRBAYCAN PARLAMENTİ
Bərpa
Bakının süqutu Azərbaycan hökumətinə ölkədə
qayda-qanunu daha sərbəst
və asan şəkildə bərpa etmək imkanı verdı. Ən vacib problem qanunvericilik
orqanlarını yenidən yaratmaq idi. Çünki, siyasi və hərbi özbaşınalıqlar
nəticəsində
Azərbaycan Milli Şurasının iclaslarının keçirilməsi dayandırılmışdı. Təbii ki, bu da öz
növbəsində Müəssislər Məclisi çağırmağa imkan vermirdi.
Bu arada barışığın əldə edilməsi Azərbaycan hökumətinə özünün bütün
qüvvələrini dinc quruculuq işlərinə yönəltməyə şərait yaratdı.
Dostları ilə paylaş: