Bolşeviklərə qarşı türklərin köməyə çağrılması
Biz əvvəlki bölmələrdə Azərbaycanlıların Rusiyanın apardığı keçmiş
müharibələrdə iştiraklarından, habelə bu yaxınlarda başa çatmış müharibəyə könüllü
alaylar göndərmələrindən bəhs etmişdik.
Türkiyə hərbi qüvvələrini bolşeviklərə qarşı mübarizədə köməyə
çağırdıqlarına görə Azərbaycanlıları günahlandırmaq doğru olmazdı.
Belə bir addımın zəruriliyini başa düşmək üçün həmin dövr-Qafqazda,
xüsusən də Azərbaycanda yaranmış vəziyyət üzərində düşünmək lazımdır.
Bu həmin dövr idi ki, Transqafqaz hökuməti tənəzzülə uğramışdı. Rus
orduları Qafqaz cəbhəsini tamamilə tərk etmişdilər, xarici qoşunlar Transqafqazı
doldurmuşdular. Azərbaycanın paytaxtı Bakı və Respublikanın bir sıra əraziləri
bolşeviklərin hakimiyyəti altında idi, onlar ağıllarına gələn cürbəcür kommunist
eksperimentləri apararaq Azərbaycanın təbii sərvətlərini dağıdıb talan edir, əllərinə
keçən hər şeyi daşıyıb aparırdılar. Bu talançılıqda canlı insanlar - azərbaycanlılar
özləri də istisna deyildilər. Onları zorla Qırmızı Ordu sıralarına səfərbərliyə alırdılar.
Bolşevik qoşunları artıq Kürdəmir və Ucar dəmiryol stansiyalarına
çatmışdılar. Şamaxı, Lənkəran, Salyan və Göyçay şəhərləri ələ keçirilmişdi,
qırmızılar yenicə təşkil olunmuş Azərbaycan hökumətinin müvəqqəti iqamətgahının
yerləşdiyi Gəncəni (Yelizavetpol) təhdid edirdi.
Yaxın qonşulardan – ermənilərdən, gürcülərdən və Şimali qafqazlılardan
kömək gözləmək olmazdı; onların hamısının başı öz torpaqlarındakı problemlərə
qarışmışdı.
Belə bir vəziyyətdə azərbaycanlılar həm də dəniz səmtindən - Həştərxandan
və Transkaspi bolşevikləri tərəfindən hədələnirdilər. Hələlik mütəşəkkil ordusu
olmayan Azərbaycan rus hərbi birləşmələrinin Qafqazı tərk etməsindəndən sonra
tamamilə silahsız qalmışdı, bütün silah ehtiyatlarını ermənilər və gürcülər əllərinə
keçirərək öz aralarında bölüşdürmüşdülər. Heç bir dövlətlər qrupuna daxil olmayan
Azərbaycan türk qoşunlarını çağırmaq məcburiyyəti qarşısında qaldı. Türk hərbi
birliklərinin gəlişi azərbaycanlılara tez bir zamanda öz qüvvələrini səfərbər edərək
Bakı şəhərini işğaldan azad edilməsinə imkan verdi. Bakının bolşeviklərdən
təmizlənməsi zəngin neft və balıq sərvətləri olan, ən gur əhalini və məhsuldar ərazini
Azərbaycan Respublikasının hakimiyyəti altına qaytardı.
Bu hər iki tərəf üçün ölüm-dirim məsələsi idi. Azərbaycanlılar Türkiyənin
yardımına yalnız özlərini müdafiə məqsədi ilə müraciət etmişdilər. Türkiyə isə öz
növbəsində Azərbaycanın daxili işlərinə qarışmırdı. O, Qafqaz millətlərinin
57
konfederasiyasının yaradılması ideyasına xeyirxahlıqla yanaşırdı. Antanta dövlətləri
sülh müqaviləsi imzalayan kimi türk qoşunları Azərbaycanı tərk etdilər.
|