Azərbaycan və gələcək Rusiya Burada deyilənlər gələcək Rusiya dövləti ilə necə münasibət qurmalı
olduğumuzu müəyyənləşdirir. Bir ölkə daxilindəki bir əsrlik birgə həyatın ağrı-acıları
üzərində dayanmadan biz rus millətinə öz ərazilərində, öz yeni dövlətlərində səadət
arzulayırıq. Azərbaycana gəldikdə isə, o, daha Rusiyanın bir hissəsi olmaq istəmir, o,
yalnız öz parlamentini və hökumətini tanıyır.
Lakin bununla yanaşı onu da bildirməliyik ki, azərbaycanlılar ümumilikdə
rus xalqı deyilən bu topluma səmimi duyğularını yetirir, Transqafqazda rus
hakimiyyəti dövründə dövlət məmurları da daxil olmaqla bütün rus sakinlərin
Azərbaycanda necə hörmətlə, hər cür diqqətlə qarşılandığını, hətta ortodoks rus
kilsəsinin də bu ümumi diqqətdən kənarda qalmadığını yada salır.
Keçmiş Rusiyanın ümumi borclarında Azəvbaycanın payı Mayın 28-də Sülh konfransına gəlmiş Azərbaycan Sülh nümayəndə heyəti
prezident Vilson tərəfindən qəbul edilərkən verdiyimiz bəyanatda da bildirildiyi kimi,
gənc Azərbaycan cumhuriyyəti keçmiş Rusiyanın borclarının bir hissəsini ödəməyi
uzərinə götürür. Həmin borclar köhnə imperiyanın digər hissələri arasında ədalətli
şəkildə bölündükdən sonra Sülh Konfransının maliyyə komissiyasının
müəyyənləşdirdiyi şərtlərə uyğun şəkildə ödəniləcəkdir.
Qonşu respublikalarla münasibətlər Azərbaycanın qonşu Qafqaz respublikaları ilə münasibəti məsələsinə
gəldikdə biz həmin münasibəti hələ 1918-ci ilin noyabrında, Azərbaycan diplomatik
heyətinin İstanbulda Antantanın səlahiyyətli komissarlığına verdiyi xüsusi
memorandumunda ifadə etmişik.
Digər
məsələlərlə
birlikdə
həmin
memorandumda
Azərbaycan
Cümhuriyyətinin belə bir istəyi də ifadə olunmuşdu ki, Azərbaycan “öz
respublikalarını elan etmiş digər qədim qonşulan - ermənilər, gürcülər və Şimali
Qafqaz dağlıları ilə eyni prinsiplərə əsaslanan dostluq əlaqələri qurmağa hazırdır.
54
Azərbaycanın Sülh konfransındakı nümayəndə heyəti bütün yerli Qafqaz xalqlarını
bir-biri ilə müxtəlif sahələrdə, ilk növbədə iqtisadiyyat sahəsində ümumi maraqların
birləşdirməsi məsələsinə xüsusi diqqət yetirir”.