|
Azərbaycan Paris Sülh Konfransında (1918-1920)kitab20111201125922638Ermənilər və bolşeviklər
Müsəlmanlar üçün məşum nəticələri olan bu qanlı hadisələrin baş
verməsində hər yerdə olduğu kimi Bakıda da öz millətçi partiyalarının
(Daşnaksütyun) ətrafında birləşmiş ermənilər fəal iştirak edirdilər.
Daşnaksütyunun və digər erməni siyasi partiyalarının nümayəndələri erməni
Milli Şurası yaradaraq 18-21 mart hadisələrindən az əvvəl Transqafqaz
müsəlmanlarının Mərkəzi Komitəsinin nümayəndələri ilə danışıqlar aparmağa
başladılar. Danışıqların məqsədi iki qonşu millət arasındada siyasi və milli
münasibətləri nizama salmaq kimi qələmə verilirdi. Lakin sözdə bu cür vədlər
verilməsinə baxmayaraq, nəinki Daşnaksütyun, hətta mühafizəkar Milli Demokratik
Partiya da bolşeviklərin cərgələrinə daxil olmuşdular. Daşnaklar bu partiya ilə sıx
əməkdaşlıq edir, hətta ehtimal ki, onlara yol göstərirdilər. Təxminən 7000 nəfər
erməni əsgər Qərb cəbhəsindən qayıtdıqdan sonra Transqafqaz dəmir yolunun
işləməməsi adı altında Bakıda saxlanılmışdı.
Sonralar sübuta yetirildiyi kimi, həmin erməni əsgərlər Bakıdakı qanlı
vətəndaş müharibəsində fəal iştirak etmişdilər. Bolşeviklərin hakimiyyəti ələ
keçirmək üçün qızışdırdıqları bu vətəndaş müharibəsindən Bakıdakı erməni liderləri
yerli azərbaycanlı əhaliyə amansızcasma divan tutmaq üçün yararlanmışdılar.
Bu qanlı cinayətlərə səbəb nə idi? Bolşeviklərin hakimiyyəti bölüşdürmək
planları, yoxsa milli intiqam hissi, məlumat dövriyyəsinin dayanması nəticəsində
meydana çıxan nifaq duyğuları, yoxsa ərzaq məhsullarının qəhətə çəkilməsi? Həqiqət
budur ki, ermənilər bolşeviklərin himayəsi altında müsəlmanların üzərinə kütləvi
hücuma keçdilər və həmin dəhşətli günlərdə 12000-dən çox azərbaycanlı qətlə
yetirildi. Öldürülənlərin çoxu qocalar, qadınlar və uşaqlar idi. Yəqin ki, gələcək
tarixçilər bu hadisələrin üzərindən sükutla ötüb keçməyəcəklər. İndiki şəraitdə isə
ümidvar olduğumuzu bildiririk ki, digər regionlarda yaşayan ermənilər öz
soydaşlarının törətdikləri qanlı cinayətlərə haqq qazandırmamalıdırlar.
Dostları ilə paylaş: |
|
|