Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə25/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   21   22   23   24   25   26   27   28   ...   115
kitab20111201125922638

VII 
 
BAKINI BOLŞEVİKLƏRDƏN XİLAS ETMƏK ÜÇÜN 
GÖRÜLƏN TƏDBİRLƏR 
 
Bakı azad edilir 
Gəncədə bərqərar olan Azərbaycan hökuməti Bakıda və onun çevrəsində 
yaşayan müsəlmanların düşdüyü dəhşətli vəziyyətdən xəbərsiz deyildi. Bakını tezliklə 
azad etmək hökuməti ən çox narahat edən məsələ idi. Bu məqsədlə hərbi hissələr 
təşkil edildi və kömək üçün Gürcüstana müraciət olundu. Lakin başı öz daxili 
problemlərinə qarışan, vətənlərindəki bolşeviklərlə mübarizə aparmaq məcburiyyəti 
qarşısında qalan gürcülər lazımi yardım göstərə bilmədilər. Elə bu vaxt bolşevik 
qoşunları Bakı yaxınlığında və Göyçayda dəmir yolunu ələ keçirib tezliklə Gəncəni 
tutmaq məqsədi ilə Kürdəmirə doğru irəliləməyə başladılar. 
Türkiyədən kömək 
Digər müsəlman ölkələrindən heç bir yardım və kömək almağa ümid 
olmadığı, Bakı faciəsinin təkrarlanması təhlükəsinin meydana çıxdığı bu çətin 
vəziyyətdə Azərbaycan hökuməti asayişini təmin etməyə borclu olduğu xalqı qırğına 
verməmək üçün türkləri köməyə çağırmaqdan başqa bir yol görmədi. Onların hərbi 
yardımı sayəsində Azərbaycan hökuməti tərəfindən yaradılmış ordu ilk növbədə 
dəmir yolunu azad etdi, sonra isə Şamaxını bolşeviklərdən təmizlədi və Bakını 
mühasirəyə aldı. İki aydan sonra şəhər Azərbaycan qoşunları tərəfindən azad edildi. 
 
 


41 
VIII 
 
AZƏRBAYCAN HÖKUMƏTİ BOLŞEVİKLƏRİN BƏRBAD HALA 
SALDIQLARI ÖLKƏDƏ QAYDA-QANUNU BƏRPA EDİR 
 
AZƏRBAYCAN PARLAMENTİ 
 
Bərpa 
 
Bakının süqutu Azərbaycan hökumətinə ölkədə qayda-qanunu daha sərbəst 
və asan şəkildə bərpa etmək imkanı verdı. Ən vacib problem qanunvericilik 
orqanlarını yenidən yaratmaq idi. Çünki, siyasi və hərbi özbaşınalıqlar nəticəsində 
Azərbaycan Milli Şurasının iclaslarının keçirilməsi dayandırılmışdı. Təbii ki, bu da öz 
növbəsində Müəssislər Məclisi çağırmağa imkan vermirdi. 
Bu arada barışığın əldə edilməsi Azərbaycan hökumətinə özünün bütün 
qüvvələrini dinc quruculuq işlərinə yönəltməyə şərait yaratdı. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə