Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Adi xərclərin ümumi məbləği: 415.000.000



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə33/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   29   30   31   32   33   34   35   36   ...   115
kitab20111201125922638

Adi xərclərin ümumi məbləği: 415.000.000 
Fövqəladə xərclər 
1. Şəhər və kəndlərin bərpası. Kənd təsərrüfatı üçün sair xərclər 130.000.000 
2. Epidemiyalara qarşı mübarizə 10.000.000 
3. Ordunun illik təchizatı 80.000.000 
4. Təhsil üçün müvəqqəti xərclər 30.000.000
Fövqəladə xərclərin məbləği - 250.000.000
Smetanın ümumi məbləği - 665.000.000 
 
 


51 
XII 
 
AZƏRBAYCANIN MÜSTƏQİL SİYASİ MÖVCUDLUQ HÜQUQU 
 
QAFQAZ RESPUBLİKALARI İLƏ MÜNASİBƏTLƏR 
 
İctimai və siyasi muxtariyyət hüququ 
Azərbaycanın maddi sərvətləri və intellektual qüvvələri, onun iqtisadi 
baxımdan əlverişli mövqeyi, Avropa bazarlarını Qafqaz, Türküstan, Xivə, Buxara, 
İran, Əfqanıstan, Mərkəzi Asiya və Hindistanla birləşdirən tranzit yolun üzərində 
yerləşməsi, əhalisinin zəhmətsevərliyi, müxtəlif peşə və sənətlərə qabiliyyəti, 
sivilizasiya və ictimai tərəqqiyə məhəbbəti nəticəsində öz xalqının milli və siyasi 
azadlıqlarına nail olması və bunun məntiqi yekunu olaraq bir il ərzində möhkəm 
dövlət qurması - bütün bunlar şübhəsiz, millətlərin öz müqəddəratını təyin etməsi 
hüququnun şərtlərinə və prezident Vilsonun tələblərinə tam uyğun gəlir. Və bütün 
bunlar bizə Qafqaz azərbaycanlılarının da digər azsaylı xalqlar kimi Antanta 
dövlətləri tərəfindən Sülh konfransında elan olunmuş azadlıq və milli müstəqillik 
hüquqlarına haqqı çatdığını düşünməyə əsas verir. Burada deyilənləri daha yaxşı 
aydınlaşdırmaq üçün, təbii olaraq, iki suala da cavab tapmaq zərurəti yaranır: 
I. Son vaxtlara qədər Rusiya imperiyasının bir hissəsi olmuş Azərbaycan 
Rusiyanın keçmiş və indiki təhəddüdlərinə necə münasibət bəsləyir? 
II.Azərbaycanın öz qonşuları - digər Qafqaz respublikaları ilə münasibəti 
nccə olmalıdır? 
 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə