Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə30/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   26   27   28   29   30   31   32   33   ...   115
kitab20111201125922638

    Bu səhifədəki naviqasiya:
  • Pambıq
XI 
 
AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİ 
Azərbaycanın ərazisi təbii sərvətlərlə o dərəcədə zəngindir ki, əmin-amanlıq 
şəraitində gənc Respublika dövləti yaşatmağa və əhalisini öz məhsulları ilə tam 
şəkildə təmin etməyə qadirdir. 
Neft 
Dövlətin illik gəlirini təşkil edən sahələr içərisində Bakının neft istehsalı ilk 
yeri tutur. Azərbaycan paytaxtı öz nefti ilə bütün dünyada şöhrət qazanmışdır. 
Bizim neftli torpaqlarımızın ümumi sahəsi 1500 desyatindən çoxdur. İndiki 
neft sənayesi mövcud mədənlərin istismarı nəticəsində hər il 550 milyon puddan 600 
milyon puda qədər neft verir. Bu da Pensilvaniya və Limada çıxarılan neftin ümumi 
miqdarından 50 faizi çoxdur. 
Bu neftin mühüm bir hissəsi Azərbaycan dövlətinə mənsub olan ərazilərdən 
hasil edilir. Bakı regionundan başqa neftli torpaqlar Şamaxı, Cavad bölgələrində də 
mövcuddur. Burada neft istismarı müəyyən çətinliklərlə bağlı olduğundan həmin 
ərazilər hələlik dövlət ehtiyatı kimi saxlanılmaqdadır. İstehsal olunan neftin 76 faizi 
dövlət torpaqlarından çıxarılır. Bakının yüzdən çox zavodunda 230 milyon puddan 
çox neft emal olunurdu. Həmin məhsulun 70 milyon pudu Mərkəzi Rusiyaya, qalanı - 
160 milyon pudu isə Avropaya ixrac edilirdi. Avropaya ixrac olunan bütün neft 
məhsullarının üçdə bir hissəsi Bakının payına düşür. 
Əgər biz bura neftdən alınan və əsas ixrac məhsullarını təşkil edən yüz 
milyon pudlarla məhsulları, habelə on milyonlarla pud alışqan mayeləri (benzin, 
benzolin, ağır neft, sürtkü yağları) əlavə etsək, bu sahənin dövlət büdcəsi üçün nə 
qədər vacib və əhəmiyyətli olduğu aydınlaşar. Azərbaycan hökuməti tərəfindən 
neftdən alınan qeyri-müstəqim vergi 1919-cu ilin büdcəsində 125 milyon manat təşkil 
etmişdir. 
Pambıq
 
Ölkə büdcəsindəki ikinci gəlir sahəsi Muğanda və başqa bölgələrdə yayılan 
və ümumi sahəsi 130.000 desyatinə çatan pambıq plantasiyalarıdır. Bu sahələrdən hər 
il 5 milyon puddan çox xam pambıq məhsulu toplanır. 
İpəkçilik


47 
Azərbaycanda qədim vaxtlardan geniş yayılmış ipək istehsalı indi 200 000 
pud barama bəsləməyə imkan verir. Yüzdən çox ipəkçilik müəssisəsi həmin 
baramadan hər il 5 və ya 6 milyon rubl dəyərində ipək sap istehsal edir. 
Balıqçılıq
Balıqçılıq Xəzər dənizində, Samurdan tutmuş Astaraya qədər 600 verstlik bir 
sahədə geniş yayılmışdır. Bundan əlavə Kür və Araz hövzələrində müxtəlif növlərdən 
olan on milyonlarla pud balıq tutulur. Həmin balıq məhsulundan 100 900 pud bahalı 
kürü istehsal olunur. Balıqçılıq sənayesinin məhsulları sırasına qurudulmuş və 
duzlanmış balıq, balıq yağı və s. də daxildir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə