Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə26/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   22   23   24   25   26   27   28   29   ...   115
kitab20111201125922638

Müttəfiq qoşunlar Bakıda
Qarşıda dayanan ilk vəzifə İranın Ənzəli şəhərinə rəsmi nümayəndə heyəti 
göndərib müttəfiq qoşunların baş komandanı, ingilis generalı Tomsonla danışıqlara 
başlamaq və bu hərbi qüvvələrin Bakıya gəlməsini xahiş etmək idi. Həmin iş 1918-ci 
il noyabrın 17-də həyata keçirildi. Müttəfiq qoşunlarını təmsil edən generalın şərəfinə 
təntənəli qəbul düzəldildi. O, hökumət nümayəndələri tərəfindən qəbul edildi. Aradan 
az keçməmiş general Tomsonun bəyanatı çap olundu. Bəyanatda müttəfiq qoşunların 
şəhərə daxil olmasından bəhs edilərək bildirirdi ki, onların yalnız bir məqsədi var - bu 
da Azərbaycan ərazisinin müxtəlif hissələri arasında sülhü bərpa etməkdir. General 
Tomson həmin gündən etibarən bütün sakinlərə Azərbaycan hökumətinin 
hakimiyyətinə tabe olmağın zəruriliyini bildirdi. 
Parlament 
Bundan daha əvvəl isə Müəssislər Məclisini əvəz edən Azərbaycan 
parlamenti çağırılıdı. O, milli azlıqların nümayəndələri də daxil olmaqla ümumi 
səsvermə yolu ilə seçilmişdi
*

Burada əksəriyyət təşkil edən müsəlmanlardan başqa 21 erməni, 10 rus 
deputat, habelə polyakların, yəhudilərin və ölkədəki digər milli azlıqların 
nümayəndələri də təmsil olunmuşdu. Azərbaycan parlamenti 120 nümayəndədən 
*
Qeyd etmək lazımdır ki, bu müsəlman qadınlarının da iştirak etdiyi ilk seçki idi. 


42 
ibarət idi. Parlamentin qanunvericilik sahəsində, habelə idarəçilik fəaliyyəti 
baxımından çox geniş hüquqları vardı. Bu hüquqlar sırasına hökumətə sorğular 
vermək və nazirlərdən izahat tələb etmək də daxil idi. Parlament, həmçinin 
Cümhuriyyətin əsas qanunlarını qəbul etməli olan Müəssislər Məclisini çağıra bilərdi. 
Parlament sədrinin Müəssislər Məclisinə seçkilər keçirilənə qədər Baş nazir 
seçmək və ona hökumət təşkilini tapşırmaq səlahiyyəti vardı. Parlamentin deputatları 
arasında digər millətlərin təmsilçiləri də olduğundan erməni və rusların 
nümayəndələrinin də Nazirlər Şurasına daxil edilməsi nəzərdə tutulmuşdu. 
Xarici İşlər Nazirliyi də daxil olmaqla bütün nazirliklərin, habelə inzibati
hüquqi, maliyyə, maarif, rabitə və s. sahələrindəki bütün dövlət institutlarının 
fəaliyyəti Parlamentin nəzarəti altında həyata keçirilməli idi. Əksəriyyəti yerli 
azərbaycanlılardan ibarət olan və hərbi xidmətin bütün sahələrini əhatə edən 50 min 
nəfərlik son dərəcə mütəşəkkil nizami orduya malik hərbi nazirlik də parlamentin 
nəzarətinə verilmişdi. 
Azərbaycan Cümhuriyyətinin hazırda fəaliyyət göstərən Sülh Nümayəndə 
Heyətinin yaradılması və onun Respublikanın mənafelərini qorumaq, xüsusən də 
Azərbaycanın digər dövlətlər tərəfindən tanınmasını təmin etmək məqsədilə Parisə 
göndərilməsi haqqındakı qərar da Parlament tərəfindən qəbul olunmuşdur. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə