37
Azərbaycan şəhəri Şamaxıya od vurulub yandırılması aydın göstərir ki, bütün bunlar
yalnız erməni fitnəkarların işi idi. Burada bolşevik barmağı yox idi.
O da həqiqətdir ki, əsl bolşeviklər ermənilərin arxasında gizlənmirdilər,
əksinə, onlar müsəlmanlara nifrətlərini bütün qüvvəsi ilə üzə çıxaran
erməni
“bolşeviklərinin” qəddarlıqlarına qarşı etiraz səslərini ucaldırdılar.
Bakı komissarları sovetinin sədri olan erməni Şaumyanın rəhbərliyi altında
bolşevik təşkilatlan millətçi-şovinist daşnakların hesabına daha da qüvvətləndirilirdi.
Bu sonuncular isə artıq bolşevizm adı altında azərbaycanlılarla öz milli haqq-
hesablarını çürütməyə başladılar.
İstisnasız olaraq yalnız müsəlmanlara münasibətdə özünü göstərən nifrət və
qəddarlıq əhalinin qeyri-müsəlman təbəqələri və həqiqi bolşeviklər tərəfindən ədalətli
tənqid və sərt etirazlarla qarşılanırdı. Misal üçün, Bakı
təyyarəçilik məktəbinin
başdan-başa ruslardan ibarət olan şəxsi heyəti erməni bolşeviklərin əməlləri
qarşısında keçirdikləri dəhşət hissini gizlətməmişdilər.
Keçmiş Rusiya ordusunun tərkibinə daxil olan Türküstan piyada alayı daha
çox dəhşətə gəlmişdi. Mart hadisələri zamanı bu alayın Bakıda yerləşən əsgər və
zabitləri bir polkovnikin rəhbərliyi altında yerli müsəlmanlara qarşı
çevrilmiş bütün
millətçi xarakterli təcavüzkarlıq hərəkətlərinin dərhal dayandırılmasını tələb
etmişdilər. Onlar bu müraciətə əməl edilməyəcəyi təqdirdə silahlarını cinayətkarlara
qarşı çevirəcəklərini bildirmişdilər. “Bolşevik” erməni təşkilatları adı çəkilən alayı
şəhərdən çıxarmağa tələsmiş və onları dərhal gəmiyə dolduraraq öz vətənlərinə
göndərmək üçün tədbirlər görülmüşdü.
Bir çox digər ictimai-siyasi qurumlar kimi bütün bolşevik mətbuatı da
ermənilərin əlində cəmləşmişdi. “Bakı fəhləsi”, “Bakı fəhlə,
əsgər və matros
deputatları sovetinin xəbərləri” bu sıraya daxildir. Bütün bunların nəticəsində yalnız
orta təbəqənin nümayəndələri deyil, müsəlman ziyalıları da hər gün təqiblərə məruz
qalırdılar və onlara qarşı əksinqilabi partiyalara mənsubluqları ilə bağlı ittihamlar irəli
sürülürdü. Onların əmlakları müsadirə edilirdi,
müsəlman əhali bütün mümkün
yollarla qarət olunurdular. Bunun nəticəsində bir çox azərbaycanlılar Bakını və onun
neft mədənlərini tərk edib getdilər Erməni millətçilərinin (bolşeviklərin)
qəddarlıqlarından və dəhşətli əməllərindən xilas olmağın başqa yolu yox idi.
Heç şübhəsiz, azərbaycanlıları - Bakının həqiqi sahiblərini doğma
şəhərlərindən
didərgin salmaq, onun bütün təbii sərvətlərini ələ keçirmək və bu
yerlərdə ağalıq etmək ideyası ermənilənn millətçi planlarının bir hissəsi idi.
Bütün sərsəmliyinə baxmayaraq həqiqətən də belə bir plan mövcud olmuş və
onun həyata keçirilməsi istiqamətində fəaliyyət göstərilmişdir.
Müsəlmanlara qarşı vəhşiliklər törədilməsində Erməni Milli Şurası (Bakı
bölməsi) tərəfindən idarə olunan erməni hərbi birləşmələri də iştirak etmişdilər.
Bu qoşunlara bədnam ad çıxarmış Amazasp, Stepan Lalayan və b. başçılıq
edirdilər. Onlar şəraitin tələblərindən yararlanaraq özlərini Qırmızı Orduya məxsus
bolşeviklər kimi qələmə verirdilər.
38
Lakin
bununla belə, erməni alayları da daxil olmaqla bütün milli hərbi
birləşmələrin Qırmızı Ordunun sıralarma daxil edilməsi, habelə onlarm hamısmın
Bakmı və ətraf rayonları tərk etməsi əmri veriləndə erməni əsgərləri artıq torpağın öz
ayaqları altından qaçmaqda olduğunu başa düşərək həyəcanlandılar. Həmin vaxtdan
etibarən biz ermənilər arasındada Bakının həqiqi bolşeviklərinə necə vəhşi bir nifrət
bəsləndiyini görürük. Həmin bolşeviklər tezliklə Bakıda bütün hakimiyyəti zorakı
yolla ələ keçirən ermənilər tərəfindən devrildilər. Azərbaycan ordusu Bakını azad
edənə qədər bu vəziyyət davam etdi.