Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Üzümçülük və təvəvəzçilik



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə31/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   27   28   29   30   31   32   33   34   ...   115
kitab20111201125922638

Üzümçülük və təvəvəzçilik 
Üzümlüklər və tərəvəz məhsulları Yelizavetpol, Şamaxı, Nuxa, Bakı, Quba 
ərazilərində yayılıb və ümumilikdə 50000 desyatin sahəni əhatə edir. Hər il bu 
sahələrdən 8 milyon puda qədər üzüm istehsal olunur və həmin məhsuldan da 7 
milyon vedrəyə qədər şərab çəkilir. 
Taxılçılıq
 
Bütün əyalətlərdə - Bakıda, Gəncədə, habelə Azərbaycanın digər 
bölgələrində 1,5 milyon desyatin əkinə yararlı torpaq müxtəlif növ dənli bitkilər üçün 
ayrılmışdır. Bu torpaqlardan toplanan taxıl məhsulları Azərbaycan əhalisinin çörəyə 
olan tələbatını tam şəkildə ödəyir. 
Biyan
 
Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz bir sıra ərazilərində hər il çoxlu 
biyan kökü çıxarılır. Bu məhsulun yarıdan çoxu Qərbi Avropaya və Amerikaya ixrac 
edilir, qalan hissəsi isə Rusiyaya aparılırdı. 
Cins heyvandarlıq
 
Əvvəlki dövrlərdə milli təsərrüfatın mühüm sahələrindən biri olan 
heyvandarlığın inkişafı Rusiyada yaranmış əlverişsiz şərait nəticəsində aşağı 
düşmüşdür. Hətta bu əlverişsiz şəraitə baxmayaraq, Rusiya statistikasının məlumatına 
görə Azərbaycanda iri buynuzlu mal-qaranın sayı 1.000000, atların sayı 150.000, 
camışların sayı 300.000, dəvələrin sayı 12 000, qoyunların və keçilərin sayı 1,6 
milyona çatırdı. 


48 
Neft yataqları ilə bir sırada Azərbaycanın ərazisi digər təbii sərvətlərlə də 
zəngindir. Lakin təəssüf ki, indiyə qədər yalnız az sayda faydalı qazıntı yataqları 
istifadəyə verilmişdir. Bir neçə metaləritmə zavodu hər il 300 000 puda qədər mis 
istehsal edir. 
Azərbaycan ərazisində, həmçinin dəmir, sulfat, əhəng, gümüş, maqnezium
kobalt və s. yataqları mövcuddur. Ölkə mineral su, xüsusən də sulfatlı və kobaltlı 
sularla zəngindir. Burada geniş meşələr var. 
Yalnız kəndlərdə deyil, şəhərlərdə də daşınmaz əmlak əsasən 
azərbaycanlılara məxsusdur və demək olar ki, bütün sənaye və istehsal sahələri 
onların əlində cəmləşmişdir. Bakı şəhəri ən mühüm mərkəz - İran və Mərkəzi Asiya 
ilə tranzitin əsas nöqtəsidir. Şübhəsiz, bütün bu sahələrdən əldə olunan qazanc da 
dövlətin illik gəlirinin əsasını təşkil edir. Əgər biz buraya gəlir vergisi verməyə qadir 
olan 4 milyon nəfərdən çox ölkə vətəndaşını da əlavə etsək, aydın olur ki, Azərbaycan 
Cümhuriyyətinin illik gəliri onun bütün zəruri məsrəflərini ödəmək üçün lazım 
olduğundan da artıqdır. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə