Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI 



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU 

 

 

 

 

 

FƏRHAD İBRAHİMOV 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKIDA  

METALİŞLƏMƏ  

TARİXİ 

 

(IX – XVII əsrlər) 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – ELM – 1995 

 

 



 

 



 

 



 

Redaktorları: tarix elmləri doktoru Q. M. Əhmədov

                      tarix elmləri namizədi F. L. Osmanov 

 

 

 

 

 

 

 

 

İbrahimov F. Bakıda metalişləmə tarixi  (IX—XVII əsrlər). —  

Bakı: Elm, 1995.— 88 s. 

 

ISBN  5—8066—0625—2 



 

 

Monoqrafiya  sənətkarlığın  aparıcı  sahələrindən  biri  olan  metalişləməyə  həsr  olunmuşdur.  Bu  əsərdə 



qədim Bakı ərazisindən tapılan şəhər əhalisinin məişət və təsərrüfatında geniş istifadə olunmuş çoxlu miqdarda 

müxtəlif  metal  əşyalar,  o  cümlədən  əmək  alətləri,  silahlar  və  s.  öz  əksini  tapmışdır.  Monoqrafiyada 

İçərişəhərdən əldə edilən metal məmulatından hazırlanmış əşyaların geniş çeşidli olması, onların təsərrüfat və 

məişət həyatında böyük rol oynaması müəyyən edilmişdir. 

Klassiklər  insanın  həyat  və  fəaliyyətində  əmək  alətlərinin  aparıcı  rolunu  xüsusilə  qeyd  etmişlər.  Bu 

cəhətdən  monoqrafiyada  haqqında  danışılan  dəmirdən  düzəldilmiş  əmək  alətlərinin  orta  əsrlərdəki  əməli 

əhəmiyyəti nəzəri cəlb edir. 

Bununla  yanaşı  arxeoloji  tədqiqatlar  nəticəsində  əldə  olunan  əlvan  və  qiymətli  metallardan  hazırlanmış 

bədii tərtibatlı bəzək əşyaları haqqında da əsərdə ətraflı məlumat verilir. 

 

 



 

 

İ 0504000000—393   Sifarişlə 



  55 (07)-95 

© «Elm» nəşriyyatı,1995. 

 

 

 



 

MÜNDƏRİCAT



 

 

G İ R İ Ş 



ƏMƏK ALƏTLƏRİ 

Sənətkar alətləri 

Təsərrüfat və məişət alətləri 

SİLAHLAR 

Hücum silahları 

Müdafiə silahları 

MƏİŞƏT TƏSƏRRÜFAT ƏŞYALARI VƏ İNŞAAT MATERİALLARI 

Məişət və  təsərrüfat əşyaları 

İnşaat  materialları 

BƏZƏK ƏŞYALARI 

METALIN BƏDİİ İŞLƏNMƏSİ VƏ SƏNƏTKARLIQ TƏŞKİLATLARI 

NƏTİCƏ 


QƏBUL OLUNMUŞ İXTİSARLAR 

TABLOLAR 

 

 

 



 

 


 

Görkəmli tədqiqatçı, hörmətli alim,  



gözəl insan, xeyirxah müəllimim  

Ömər Şirəli oğlu İsmizadənin  

əziz xatirəsinə ithaf edirəm. 

 

G İ R İ Ş 

 

Azərbaycanda  xalq  sənətkarlığının  qədim  bir  tarixi  vardır.  Zəmanəmizə  qədər  gəlib  çatmış  sənət 

nümunələri bunu bir daha təsdiq edir. Xalqın içərisindən çıxmış mahir ustalar müxtəlif yüzilliklərdə çoxlu sənət 

növlərini  davam  etdirməklə  hamını  heyran  edən  sənət  nümunələri  yaratmış,  onları  təkmilləşdirib  nəsilbənəsil 

davam etdirmiş və  əsrlərdən-əsrlərə ötürmüşlər. 

Qədim  daş  dövründən  başlamış  son  orta  əsrlərə  qədərki  dövrün  sənət  əsərlərini  yalnız  arxeoloji 

qazıntıların sayəsində öyrənmək mümkün olur. Bu əsərdə oxucular qazıntı nəticəsində aşkar olunan IX — XVII 

yüzilliklərdə qədim Bakının şəhər həyatı və xalq sənətkarlığı nümunələri ilə tanış olacaqlar. 

Azərbaycanın paytaxtı Bakı şəhərinin zəngin bir tarixi vardır. Abşeron yarımadasının cənubunda yerləşən 

bu  şəhər  qərbdən  Qobustan  coğrafi  rayonu,  şərq,  şimal  və  cənubdan  isə  zəngin  balıq  sərvətlərinə  malik  olan 

Xəzər  dənizi  ilə  həmsərhəddir.  Quru  subtropik  iqlimi  olan  Abşeron  və  onu  əhatə  edən  Xəzər  dənizinin  sahil 

zolağı neft və təbii qaz ehtiyatları ilə zəngindir

1



Xəzərdə  ən  böyük  liman  sayılan  Bakı  daim  dənizlə  əlaqəli  olmuşdur.  Şəhərin  iqtisadi  həyatının 



canlanmasına səbəb olan amillərdən biri də məhz onun liman şəhəri kimi əhəmiyyətinin yüksəlməsidir. 

Bakı hələ qədim zamanlardan Yaxın Şərq, Orta Asiya və digər qonşu ölkələrlə həm dəniz, həm də karvan 

yolu  vasitəsilə  iqtisadi,  mədəni  və  ticarət  əlaqələri  saxlamışdır.  Bakı  xüsusilə  özünün  zəngin  nefti  və  duzuna 

görə  məşhurlaşmışdır.  Alban  tarixçisi  Moisey  Kaqankaytuklu  (VII  əsr)  ölkənin  təbii  zənginliklərindən 

danışarkən  Albaniyada  taxılın  bolluğundan,  ipək,  pambıq,  neft,  duz  və  digər  sərvətlərdən  söhbət  açır, 

dağlarından qızıl, gümüş, mis və s. çıxarılması haqqında məlumat verir

2



Bakı  və  onun  təbii  zənginlikləri  haqqında  ərəb  alim  və  səyyahlarının  əsərlərində  xeyli  məlumatlara 



təsadüf  olunur.  Ərəb  müəlliflərindən  X  əsrdə  yaşamış  Məsudi  yazır:  «Bakıda  ağ  və  başqa  növ  neft  vardır,  ağ 

neft heç bir yerdə deyil, yalnız Bakıdadır. Bu zəngin neft olan torpaqda yerin altından vulkan şəklində heç vaxt 

sönməyən od püskürmələri çıxaraq yuxarı qalxır».

3

 



Bakının  zəngin  neft  və  duzundan  ilk  növbədə  ölkənin  daxilində  geniş  istifadə  olunurdu.  Mənbələrin 

məlumatına görə Beyləqanda satılan neft və duz Bakıdan gətirilirdi.

4

 

Orta əsrlər Bakısının müasir dövrə qədər əzəmətini saxlamış qala divarları, tarixi memarlıq abidələri onun 



orta  əsrlərdə  inkişaf  etmiş  ticarət,  sənətkarlıq  və  mədəniyyət  mərkəzlərindən  biri  olmasına  dəlalət  edir. 

Möhtəşəm  Qız  qalası  şəhərin  qala  divarları  ilə  birlikdə  Bakının  müdafiəsində  uzun  müddət  mühüm  rol 

oynamışdı.  Orta  əsrlərdə  nəinki  Azərbaycanda,  hətta  Yaxın  Şərqdə  ticarət  və  sənətkarlıq  mərkəzlərindən  biri 

kimi  məşhur  olan  Bakı  XV  əsrdə  Şirvanşahların  paytaxtı  buraya  köçürüldükdən  sonra  daha  böyük  siyasi, 

iqtisadi  və  mədəni  əhəmiyyət  kəsb  etmişdir.  Şəhərin  beynəlxalq  ticarət  yolları  üstündə  yerləşməsi  də  onun 

yüksəlməsinə təsir göstərən amillərdən olmuşdur. 

Şəhər  ərazisində  orta  əsrlərin  müxtəlif  dövrlərinə  aid  çoxlu  yerüstü  zəngin  memarlıq  abidələri—Qız 

qalası, Şirvanşahlar sarayı kompleksi, çoxlu məscidlər, karvansaralar, hamamlar və s. bakılıların yaratdığı nadir 

sənət abidələrindəndir. 

Bakının  dənizə  və  quruya  açılan  beş  darvazasının  olması  haqqında  da  mənbələrdə  məlumat  vardır. 

Şəhərin  şimal  tərəfdən  Şamaxı,  qərbdən  isə  Salyan  darvazaları  quru  ilə  əlaqə  üçün  əsas  yol  olmuşdur. 

Darvazalar tağbənd formada tikilmişdir. Şamaxı darvazasının tağbəndi, üstündə isə ərəb əlifbası ilə inşaat yazısı 

və qabarıq şəkildə şəhərin rəmzi olan öküz başı, şir rəsmləri həkk olunmuşdur. 

Qala divarlarının  şimal tərəfində 1954-cü ildə aparılan bərpa işləri zamanı tapılan yazılı daşdan məlum 

olmuşdur  ki,  Bakının  qala divarı  1120—1149-cu  illərdə  hakimlik  etmiş  Şirvanşah  II  Mənuçöhrün  göstərişi ilə 

tikilmişdir

5



Əhəng  daşından  hörülmüş  nəhəng  qala  divarlarının  üstü  diş-diş  şəkildə  çıxıntılar  və  mazqallarla 



tamamlanır. Tarixi mənbələrin məlumatına görə şəhərin vaxtilə üç cərgə qala divarı olmuşdur. Son dəfə bərpa 

edilən  müasir  divar,  tədqiqatçıların  fikrincə,  qalanın  ikinci  divarıdır.  İçərişəhərin  qala  divarlarının  xarici 

                                                           

1

 Gül. Q. Azərbaycan SSR fiziki coğrafiyası, Bakı. 1976. s. 29. 44. 



2

 Моисей Каганкатвации. История Агван, пер. К.Патканова, СПб, 1961, с.5. 

3

 Масуди. Луга золота и рудники драгоценных камней. Перевод Н.Н.Караулова. СМОМПК, вып. XXXVIII,Тифлис, 1908.  



4

Миклухо-Маклай Н.Д. Географическое сочинение XIII века. Учение записки Ин-та востоковедения. М – Л., 1954, с. 236; Müq. et. Буниятов З.М. 

Государство Атабеков Азербайджана. 1978, с. 199.  

5

Hüseynov Ə. Bakı şəhərinin tarixinə dair qiymətli sənəd. Azərbaycan tarixinə dair materiallar. Azərbaycan Tarixi Muzeyinin əsərləri, V c., 1962, s. 68 — 



72. 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə