Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   2   3   4   5   6   7   8   9   10   ...   22

11 

 

qatlanmışdır.  Oymaqlardan  bir  neçəsinin  oturacağı  oval,  qalanlarınınkı  isə  konusvarı  formada  düzəldilmişdir. 



Oturacağı  ovalvarı  olanlardan  birinin  həm  gövdəsi,  həm  də  üzəri  batıq  nöqtələrlə  (III  tablo,  5),  digərinin  isə 

gövdəsi rombvarı, oturacağı isə batıq nöqtələrlə naxışlanmışdır (III tablo, 6). 

Ucluğu  konusvarı  formada  düzəldilən iki  ədədinin üzəri  nisbətən  səliqəsiz  nöqtələnmişdir  (III  tablo,  8). 

Belə ucluqlu bir oymaq seçilir. Bunun yalnız orta hissəsi batıq nöqtələrlə simmetrik şəkildə düzəldilmişdir (III 

tablo, 9). Oymağın həm oturacağı, həm də ağzının qırağı hamardır. 

Mis oymaqlar Azərbaycanın başqa orta əsr abidələrindən də tapılmışdır

37



 



 

                                                           

37

 Örənqala, çöl qeyd siyahısı № 23, 1960-cı il.  




12 

 

SİLAHLAR 

 

Orta  əsrlərdə  tez-tez  baş  verən  xarici  basqınlar  və  daxili  feodal  ara  müharibələri  şəhər  sənətkarlığında 



silah istehsalının  xüsusi  yer  tutmasına  səbəb  olmuşdur.  Silahların  hazırlanmasına  mahir ustalar  cəlb  olunur  və 

kütləvi  şəkildə  müxtəlif  növ  silahlar  istehsal  edilirdi.  Ona  görə  də  orta  əsr  abidələrindən  arxeoloji  qazıntılar 

nəticəsində başqa maddi mədəniyyət qalıqları ilə birlikdə xeyli silah növləri də aşkar edilir. 

Bakı  qazıntılarından  tapılan  silah  nümunələri  şəhər  sənətkarlığı  və  həmin  dövrün  döyüş  texnikası 

haqqında  müəyyən  təsəvvür  yaratmağa  imkan  verir.  Bakı  silahlarını  əsasən  iki qrupa  bölmək  olar:  hücum  və 

müdafiə silahları. 

Məlum  olduğu  kimi  orta  əsrlərdə  hücum  silahlarından  ox-yay,  nizə,  xəncər,  qılınc,  hərbi  bıçaq,  döyüş 

yabası, toppuz; müdafiə silahlarından isə zireh, dəbilqə, qalxan və s. geniş yayılmışdır. 



 

HÜCUM SİLAHLARI 

 

Bu  silah  növünə  aid  olan  ox-yay  hələ  ibtidai  icma  dövründə  geniş  yayılmışdır.  Bəlli  olduğu  kimi, 

qədimdə ovçuluqda istifadə olunan bu silah sonralar əsl döyüş alətinə çevrilmişdir. 

Klassiklər  ox  və  kamanın  ixtirasını  yüksək  qiymətləndirmişlər.  F.  Engels  yazır:  «Barbarlıq  üçün  dəmir 

qılınc və mədəniyyət üçün odlu silah nə idisə, vəhşilik dövrü üçün də kaman və ox eyni şey idi»

38



Məlum  olduğu  kimi,  bu  silahın  metal  ucluğundan  başqa  qalan  hissəsi  ağacdan  düzəldildiyi  üçün  uzun 

müddət torpaqda qaldıqda çürüyür. Beyləqandan tapılan XII—XIII əsrin əvvəllərinə aid şirli qablar üzərindəki 

ox-yayla ov səhnələri bu cəhətdən diqqəti cəlb edir

39

. Təsvirdə kaman və ox qabı aydın seçilir. 



Arxeoloji  qazıntılar  zamanı  Bakıdan  tapılan  ox  uclarının  çoxunun  formasının  saxlanılması  onların 

haqqında  müəyyən  fikir  söyləmək  işini  asanlaşdırır.  Lakin  əksər  hallarda  tiyəsi  və  bəzən  isə  sulğuncunun  uc 

tərəfi  qırılmış  olur.  Görünür,  bu  hissələr  nazik  olduğu  üçün  və  uzun  müddət  torpaqda  qaldığından  güclü 

paslanma nəticəsində ovulub tökülür. Belə vəziyyət Bakıdan tapılan ox uclarının bütöv ölçüsünü söyləmək işini 

çətinləşdirir. 

Ox  ucları  formalarına  və  ölçülərinə  görə  müxtəlifdirlər.  Onların  bir  qrupunun  ucluğu  yarpaqvarı  (IV 

tablo, 2—8), digərininki isə rombvarıdır (IV tablo, 10—12). Yarpaqvarı formalar çoxluğu təşkil edir. Onların en 

kəsiyi  ovaldır.  Sulğunclarının  en  kəsiyi  isə  dairəvi  olub  uca  doğru  getdikcə  sivriləşir.  Lakin  yarpaqvarı 

formaların bir qrupunun sulğuncu əvvəlkilərdən fərqli olaraq qısadır (IV tablo, 3, 4, 5). Tiyəsi rombvarı formalı 

olanların  da  en  kəsiyi  ovaldır.  Yarpaq  və  rombvarı  formalı  ox  uclarının  ən  kiçiyi  4,  5,  ən  böyüyü  isə  9  sm 

uzunluğundadır. 

Bəhs  etdiyimiz  ox  uclarının  oxşarları  həm  Azərbaycanın  orta  əsr  şəhərlərindən

40

  və  həm  də  qonşu 



Ermənistan

41

, Gürcüstan



42

 və Orta Asiyadan

43

 da məlumdur. 



Bakıdan  tapılan  silahların  içərisində  bir  qrup  ox  ucları  da  vardır  ki,  onlar  öz  quruluşlarına  görə 

əvvəlkilərdən  fərqlənirlər  (IV  tablo,  13—15).  Bu  növ  ox  uclarının  sulğuncu  uzundur.  Tiyəsi  isə  yumru  olub 

konusvarı formada uca doğru getdikcə sivriləşir. Onların bir neçəsinin həm tiyəsi, həm də sulğuncunun en kəsiyi 

dairəvidir.  İçərisində  sulğuncu  tilli  olanlar  da  vardır  ki,  bu  da  müasir  tüfəng  süngüsünün  formasını  xatırladır. 

Bəhs  etdiyimiz  bu  ox  uclarının  uzunluğu  8,5—14  sm-dir.  Qeyd  etməliyik  ki,  sulğuncu  uzun  olan  belə  ox 

uclarının mənşəyi qədimdir

44



Bakıdakı  arxeoloji  qazıntılar  zamanı  qalın  göndən  iki  ədəd—yarpaqvarı  (IV  tablo,  1)  və  rombvarı  (IV 



tablo,  11)  şəkildə  kəsilib düzəldilmiş  ox  ucu  formaları  aşkar  edilmişdir.  Bu tapıntılar  çox  ehtimal  ki,  sənətkar 

tərəfindən  əvvəlcədən  nəzərdə  tutulmuş  şəkildə  ox  ucu  forması  hazırlamaq  üçün  ülgü  rolunu  oynamışdır. 

Qazıntı  zamanı  ox  ucu  ülgülərinin  tapılması  isə  həmin  dövrdə  Bakıda  bu  növ  silahların  kütləvi  hazırlandığını 

təsdiq edir. 

Maraqlı cəhətlərdən biri yuxarıdakı təsvirdən aydın olduğu kimi, Bakıdan tapılan ox uclarının göstərilən 

ülgülər  formasında—yarpaqvarı  və  rombvarı  şəkildə  olmasıdır.  Bu  fakt  həmin  növ  ox  uclarının  Bakıda 

hazırlanmasını  söyləməklə  bərabər  orta  əsrlərdə  geniş  yayıldığını  da  ehtimal  etməyə  əsas  verir.  Bakı 

                                                           

38

 Marks K., Engels F. Seçilmiş əsərləri, II c., Bakı., 1953. s.184. 



39

 Якобсон А. Л. Художественная  керамика  Байлакана, МИА СССР, № 67, М.—Л., 1959, с. 262, IX табло; Иессен А. А. Пять чаш из Байлакана. 

Исследования по истории культуры народов Востока. М.—Л., 1960, с. 94, рис. 5. 

 

 



40

 İbrahimov F. Ə. Göstərilən əsəri. s. 11. Müq. et. Əhmədov Q. M. Göstərilən əsəri, s. 54. 

41

 Абрамян В. А. Ремесла в Армении в IV — XVIII вв. Ереван, 1956, рис. 23. 



42

 Gürcüstan materialları ilə Gürcüstan Dövlət Tarix Muzeyində "XI-XIII əsrlərə aid Dmanisi və Qudarexi materialları nümayiş etdirilən zalda tanış olduq. 

43

 Литвинский Б. А. Среднеазиатские железны, наконец, стрел, СА № 2. 1965. 



44

  Qazıyev S. M. Mingəçevirdən tapılmış bəzi silahlardan. AMM. II cild. 1951, s. 13, III tablo, 14, 15. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə