Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

14 

 

adətən dəstəklə birlikdə hazırlanır və dəstəyinin üzərinə ağac və ya sümükdən sap bərkidilir. Belə dəmir dəstək 



Beyləqandan tapılmışdır

56



1938—1939-cu  illərdə  Şirvanşahlar  sarayının  həyətində  Seyid  Yəhya  Bakuvinin  məqbərəsi  yanında 

aparılan  arxeoloji  qazıntılar  zamanı  4  metr  dərinlikdə  aşkar  edilən  quyudan  xeyli  metal  alətlər  tapılmışdır. 

Onların içərisində dəstəyi əqiqdən bəzədilmiş qılınc və ya xəncərə aid dəstək də vardır. Onun üzəri parlaqdır. 

Dəstəyinin üstü qiymətli daşdan olan bu qılınc və ya xəncər çox güman ki, zadəganlara, ümumiyyətlə, yüksək 

rütbəli  hərbçilərə  məxsus  olmuşdur.  Tədqiqatçı  V.  N.  Leviatov  maddi  mədəniyyət  qalıqlarına  əsasən  bu 

tapıntıları XIII—XIV əsrlərə aid edir

57



Azərbaycanda xəncər və qılınc istehsalının son zamanlara qədər davam etdirilməsi xalqın bu silahlardan 



əsrlər boyu geniş istifadə etdiyini göstərir. 

Hərbi bıçaqlar. Bakıda aparılan arxeoloji qazıntılardan çoxlu bıçaq aşkar edilmişdir. Bu, heç də təsadüfi 

deyildir. Məlum olduğu kimi, universal bir alət olan bıçaqlardan müxtəlif məqsədlər üçün geniş istifadə edilir. 

Bakıdan tapılan bıçaqların bir qrupu isə təsərrüfat və məişət bıçaqlarından fərqlənir. Onlar öz formalarına görə 

xəncəri xatırladır. Belə bıçaqlardan biri 1967-ci ildə I qazıntı sahəsindən tapılmışdır. Bıçaq ilk baxışda xəncərin 

formasını xatırladır. Lakin onun bir tərəfi iti, digəri isə nisbətən qalındır. Bıçağın tiyəsi uca doğru getdikcə eyni 

bərabərdə sivriləşir. Onun eni 2,5 sm-dir (V tablo, 3). 

1968-ci ildə əldə olunan digər dəmir bıçaq da əsasən əvvəlkinə oxşardır. Yalnız ölçüsünə və ucunun daha 

iti olmasına görə fərqlənir. Uzunluğu 19, eni isə 2 sm-dir. 

Şəhərdəki 11-ci qazıntı sahəsindən 1969-cu ildə aşkar edilən bıçaq diqqəti xüsusilə cəlb edir (V tablo, 4). 

Onun  həm  tiyəsinin,  həm  də  sulğuncunun  ucu  qırılmışdır.  Əvvəlkilərdə  olduğu  kimi,  bir  tərəfi  iti,  digəri  isə 

qalındır.  Lakin  bıçağın  tiyəsinin  orta  hissəsində  zolaq  şəklində  bir  az  qabarıq  formada  olması  və  uca  yaxın 

tərəfdə  konusvarı  şəkil  alması  onu  əvvəlkilərdən  fərqləndirir.  Onun  qalmış  uzunluğu  16,  eni  2  sm-dir.  Təsvir 

etdiyimiz  bıçaqların  sulğuncunun  en  kəsiyi  dairəvi  olub,  uca  doğru  getdikcə  nazikləşir  ki,  bu  da  onların  sapa 

keçirilməsini asanlaşdırır. Bıçaqların sapı ağac və ya sümükdən olmuşdur. 

Qeyd etməliyik ki, təsvir etdiyimiz bıçaqların forması xəncərə bənzəyir. Bizə elə gəlir ki, onlardan soyuq 

silah kimi istifadə olunmuşdur. Belə bıçaqlar həm Azərbaycanın orta əsr şəhərlərindən

58

, həm də Ermənistanın 



Dvin

59

 şəhərindən tapılmışdır. Tədqiqatçı K. Q. Kafadaryan da onların hərb bıçağı olduğunu ehtimal edir. 



Qeyd  etməliyik  ki,  xəncər  tipli  hərbi  bıçaqların  mənşəyi  qədimdir.  Mingəçevirdən  bu  növ  xeyli  bıçaq 

tapılmışdır

60

. Tədqiqatçılar həmin bıçaqların xəncər rolu oynadığını göstərərək, xəncərin belə bıçaqların sonrakı 



inkişafı ilə əlaqədar olaraq yarandığını göstərirlər

61



Toppuzlar.  Arxeoloji  qazıntılar  nəticəsində  hələlik  Bakıdan  toppuz  tipli  silaha  təsadüf  edilməmişdir. 

Lakin  1964-cü  ildə  Bakıda  Qız  qalası  yaxınlığındakı  arxeoloji  qazıntılar  zamanı  tapılan  başdaşıları

62

  bu 


məsələnin  həllinə  kömək  edir.  Qəbirlərin  yanında  yerləşən  bu  başdaşılarının  üzərində  xeyli  yazı  və  zəngin 

naxışlar  vardır.  Başdaşıları  Abşeronun  əhəng  daşından  hazırlanmışdır.  Müxtəlif  naxış  və  yazılar  həkk  etmək 

üçün bu növ daşlar əlverişli sayılır

63

. Orta əsr ustalarının sənətkarlıq məharətini nümayiş etdirən bu gözəl sənət 



əsərləri abidənin dövrünü aydınlaşdırmaq    cəhətdən də qiymətlidir. 

Qeyd etməliyik ki, haqqında danışılan kişilərə məxsus iki başdaşının üzərində çoxlu, həm də müxtəlif növ 

silah rəsmi vardır. Onlardan yəhərli at rəsmi olan daşda qılınc, xəncər, toppuz, digərində isə ox, kaman, qılınc 

və  qalxan  təsvir  edilmişdir.  Tədqiqatçılar  üzərində  at  və  çoxlu  silah  şəkli  olan  bu  qəbirlərdə  dəfn  edilənlərin 

döyüşçü  olduğunu  güman  edirlər

64

.  Biz  də  belə  hesab  edirik  ki,  başdaşılarından  biri  atlı,  digəri  isə  piyada 



döyüşçüyə aiddir. Silahların içərisində toppuzun olması isə orta əsrlərdə Bakıda bu silah növündən də istifadə 

edildiyini göstərir. Toppuzun yalnız atlı döyüşçüyə aid olan başdaşında təsviri isə maraqlıdır. Görünür, toppuzu 

bütün döyüşçülər deyil, ancaq süvarilər və ya başçılar gəzdirə bilərmiş. 

Arxeoloji qazıntılara əsasən məzar daşları XIV— XVII əsrlərə aid edilir

65



 



                                                           

56

 İbrahimov F. Ə. Göstərilən əsəri s. 94; Örənqala çöl qeydi, №  371, 1961: Əhmədov M, Göstərilən əsəri, s.  53. 



 

57

 Leviatov V. N. Göstərilən əsəri, s. 131. 



58

 İbrahimov F.  Ə. Göstərilən əsəri, s. 97, X tablo,  1, 2, 6; Örənqala çöl siyahısı № 110, 1963-cü il. 

59

 Kafadaryan K. Q. Göstərilən əsəri, s. 290. 



60

 Qazıyev S. M. Göstərilən əsəri, s. 11. 

61

 Yenə orada, s. 12. 



 

62

 İsmizadə  Ö. Ş., Ciddi H.Ə. Göstərilən əsər, s. 187.  



63

  Nemətova  M.  S.    Şirvanın      XIV  —    XVI  əsrlər  tarixinin          öyrənilməsinə  dair,  Bakı,  1959;  yenə  onun:  Nuxa  Xan  qəbiristanlığındakı  başdaşıların 

kitabələri haqqında. «Azərb. SSR EA Xəbərləri», № 6, 1961, s.  19. 

64

 İsmizadə  Ö. Ş.,  Ciddi H. Ə.  Göstərilən əsər, s.196. 



65

 Yenə orada, s. 187, 197. 

 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə