Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

17 

 

Arxeoloji  qazıntılar  nəticəsində  tapılan  istər  gil,  istərsə  də  metal  çıraqlarda  yanacağın  hansı  növündən 



istifadə  edilməsi  maraqlıdır.  Bu  cəhətdən  Bakıda  neft  emal  edilməsi  haqqında  ərəb  mənbələrinin  məlumatı 

diqqəti  cəlb  edir.  Tarixi  mənbələrin  məlumatına  görə  hələ  X  əsrdə  Bakıda  neft  çıxarılırmış

77

.  Məhz  bu  fakt 



həmin dövrdə çıraqlarda yanacaq kimi yalnız neftdən istifadə edildiyini göstərir. 

Etnoqrafik məlumatlara görə neftlə yanan lüləli çıraqlardan son zamanlara qədər geniş istifadə edilmişdir 

ki, bu da «qara çırağ»ın xalqın məişətində uzun əsrlər mühüm rol oynadığını göstərir. 

Şamdan. Şirvanşahlar  sarayı həyətindəki qazıntılar zamanı quyunun dibindən 4 metr dərinlikdən metal 

şamdan aşkar edilmişdir

78

 (VI tablo, 3). Bu arxeoloji tapıntı həmin dövrdə metal çıraqlarla yanaşı şamdandan da 



istifadə olunduğunu göstərir. Şamdan mis təbəqədən döymə üsulu ilə düzəldilmişdir. Onun ümumi hündürlüyü 

25 sm-dir. Bu şamdanın gövdəsi dairəvi formanı xatırladır. Oturacaqla gövdə arasındakı  sahə isə xaricə doğru 

qabarıq düzəldilmişdir. Onun oturacağının altı dalğavarıdır.  Şamdanın 10 sm uzunluğunda olan borusunun en 

kəsiyi dairəvidir. Borunun ağzının kənarları yana doğru qatlanmışdır. Onun gövdəyə yaxın hissəsindəki qabarıq 

çıxıntı dilimli şəkildədir. Xarici görünüşü etibarilə çox gözəl hazırlanmış bu şamdan orijinal quruluşa malikdir. 

Maddi mədəniyyət qalıqlarına əsasən şamdan XII—XIII əsrin əvvəllərinə aid edilir

79



Tədqiqatçı Leviatov bu tapıntının vəzifəsini dəqiq aydınlaşdırmamışdır. Onun bir neçə xüsusiyyətlərini—



borusunun  uzunluğunu  və  içərisinin  boşluğunu,  həmçinin  xüsusi  quruluşa  malik  olması  kimi  cəhətlərini  əsas 

götürərək bu alətin şamdan olmasını inkar edir

80



Lakin  təsvir  və  rəsmdən  göründüyü  kimi,  bu  alət  əsl  şamdan  formasındadır.  Bunu  oxşar  arxeoloji 



tapıntılar  da  təsdiq  edir.  Belə  şamdanlardan  üç  ədədi  Türkmənistanın  Şexr-İslam  orta  əsr  şəhərindən 

tapılmışdır

81

.  XII—XIV  əsrlərə  aid  edilən  bu  şamdan  32  sm  hündürlüyündədir.  O,  yalnız  borusunun  girintili-



çıxıntılı və oturacağının üçayaqlı düzəldilməsinə görə Bakı  şamdanından fərqlənir. Tədqiqatçı Y. Ataqarrıyev 

XII—XIV əsrlərdə belə şamdanların Orta Asiyada geniş yayıldığını qeyd edir. Formaca bunlara oxşar olub, X—

XIII  əsrlərə  aid  edilən  bir  mis  şamdan  Ani  qazıntılarından  da  tapılmışdır

82

.  Göründüyü  kimi,  eyni  dövrə  aid 



arxeoloji  qazıntılardan  aşkar  edilən  analoji  materiallar  da  Bakıdan  tapılan  bu  əşyanın  həqiqətən  şamdan 

olduğunu bir daha təsdiq edir. 



Ərsin. İçərişəhərdəki arxeoloji qazıntılar zamanı üç ədəd ərsin aşkar edilmişdir. Dəmirdən düzəldilmiş bu 

alətlərin hər üçünün dəstəyi qırılmışdır. Onlardan biri təndirin içərisindən tapılmışdır (VII tablo, 1). Ərsinin 1,5 

sm uzunluğunda qalmış qulpunun en kəsiyi lentvarıdır. Tiyəsinin eni isə 5,5 sm-dir. Tapılma şəraiti onun təndir 

ərsini olduğunu göstərir. Təndir ərsinlərinin isə qulpu uzun olur. İlk orta əsrlərə aid Mingəçevirdən bütöv tapılan 

ərsinin uzunluğu 63 sm-dir. Bu ərsinin bir başı  qarmaqlıdır. Ərsinin tiyəsinin eni 5,5 sm-dir

83

.  



Böyük ərsin Beyləqan qazıntıları zamanı da tapılmışdır

84

. Onun bir tərəfi qırılmışdır. Qalığının uzunluğu 



31 sm-dir. 

Etnoqrafik  məlumatlara  görə  təndir  ərsininin  dəstəyinin  uzunluğu  70—80  sm  olur

85

.  Belə  ərsinlərdən 



bəzisinin  bir  başı  qarmaqlı  düzəldilir.  Bəzən  isə  ərsin  ayrı,  qarmaq  da  ayrı  hazırlanır.  Bu  cür  ərsin  təndirdən 

çörəyi  qazıb  çıxarmaq  və  təndirin  divarlarındakı  qalıqları  təmizləmək  üçün  işlədildiyinə  görə  təndir  ərsini 

adlanır. 

Digər iki  ədəd ərsinin tiyəsi də əvvəlkinə oxşayır (VII tablo, 2, 3). Onların həm qulpu qırılmış, həm də 

güclü  korroziyaya  uğradığından  tiyəsinin  bir tərəfi  ovxalanıb  tökülmüşdür.  Qulpu  saxlanılmadığından  onların 

təndir  və  ya  xəmir  ərsini  olduğunu  söyləmək  çətindir.  Təndir  və  xəmir  ərsinlərinin  tiyə  hissəsi  eyni  formada 

olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.  

Xəmir ərsininin dəstəyi kiçik olur və onun ucuna asmaq üçün bəzən halqa salınır. Xəmiri yığmaq, kəsmək 

və  s.  məqsədlər  üçün  işlədildiyinə  görə  bu  alətə  xəmir  ərsini  deyilir.  Xəmir  ərsini  Beyləqandan  tapılmışdır

86



Onun dəstəyinin ucu oval formada düzəldilmişdir. Uzunluğu 18 sm-dir.  

Bəhs  etdiyimiz  hər  iki  ərsindən  hal-hazırda  da  geniş  istifadə  olunur  ki,  bu  da  həmin  alətlərin  xalqın 

məişətində uzun müddət işlədildiyini göstərir. 

Həvəngdəstə. 1978-ci il tədqiqatları zamanı 13-cü sahədən bir ədəd həvəng dəstəyi tapılmışdır (VII tablo, 

4).  Bu  alət  tuncdan  tökmə  yolu  ilə  hazırlanmışdır.  Onun  döymək  üçün  olan  hissəsi  enli  olub,  ortası  bir  az 

qabarıqdır. Əks tərəfi ovalvarı formada yumrudur. İş vaxtı əlin sürüşməməsi üçün ortaya yaxın hissəsi qabarıq 

                                                           

77

 Məsudi. Göstərilən əsəri, s. 50-51; Худуд-аль-Алем. Рукопись Туманского с введением В. Бартольда. Л.. 1930, л. 33; Крачковский И. Ю. Вторая 



записка Абу Дулафа в географическом словаре якута. «Azərb. SSR EA Xəbərləri», 1944, № 8. с. 72. 

78

 Leviatov. V. N. Göstərilən əsəri, s. 137. 



79

 Leviatov V. N. Göstərilən əsəri, s. 139.  

80

 Yenə orada, s. 137. 



81

 Атагаррыев   Е.  Материальная   культура  Шехр-Ислама.  Ашхабад 1973. с. 64 — 66. 

82

 Абрамян   В. Л.  Ремесла  в Армении. Ереван,  1956, 18-ci şəkil. 



 

83

 Vahidov R. M. Mingəçevir..., s. 31, I tablo, 4. 



84

 Örənqala çöl qeydi № 3839/95. 1951-ci il. 

85

 Atakişiyeva M. Göstərilən əsəri, s. 174. 



86

 Якобсон А. Л. Археологические исследования на городища Оренкала в 1957 г, МИА СССР, А» 133, М.—Л., 1965, с. 18, 9-cu şəkil ―s‖. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə