Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

15 

 

MÜDAFİƏ SİLAHLARI 



 

Qeyd etməliyik ki, Bakıdakı arxeoloji qazıntılar zamanı hücum silahlarından savayı, müdafiə silahlarına 

aid xeyli qırıqlar da tapılmışdır. Müdafiə silahları nazik təbəqəli materialdan hazırlandığı üçün tez paslanaraq 

formasını dəyişmişdir. 

Ümumiyyətlə, Azərbaycanın orta  əsr şəhərlərindəki arxeoloji qazıntılar nəticəsində müdafiə silahlarının 

qalıqlarına az təsadüf olunur. Bu da, şübhəsiz, həmin materialların torpaqda pis qalması ilə əlaqədardır. Lakin 

bunlar  orta  əsrlərdə  Bakıda  müdafiə  silahları haqqında  faktik  material  əsasında danışmağa  imkan  verməsə  də, 

belə  silahların  varlığını  inkar etmir.  Şübhəsiz,  şəhərdə  gələcəkdə aparılacaq arxeoloji tədqiqatların  nəticəsində 

müdafiə silahları da aşkar ediləcəkdir. 

Hazırda  isə  müxtəlif  mənbə  və  materiallara  əsaslanaraq,  Bakının  orta  əsr  müdafiə  silahları  haqqında 

ümumi fikir söyləmək mümkündür. Müdafiə silahlarına zireh, qalxan, dəbilqə və s. daxildir. 

Zireh. Döyüşçünü hücum silahlarının zərbəsindən qoruyan bu geyim kiçik dəmir təbəqələrdən düzəldilir. 

Məftil vasitəsilə bir-birinə bağlanmış təbəqələr torpaqda uzun müddət qala bilmir, korroziya nəticəsində ovulub 

parçalanır. Buna görə də arxeoloji qazıntılardan tapılan belə xırda qalıqlar onların formalarını müəyyən etməyə 

çətinlik törədir. Belə zireh qalığının qismən yaxşı saxlanılmış bir parçası Örənqaladan tapılmışdır

66

. Bunun nadir 



tapıntı kimi böyük əhəmiyyəti vardır. 

Maraqlıdır  ki,  Beyləqandan  tapılan  bir  şirli  qab  üzərində  atlı  döyüşçünün  əynində  də  zireh  təsvir 

olunmuşdur

67

.  Şübhəsiz,  bütün  bunlar  orta  əsrlərdə  başqa  şəhərlərdə  olduğu  kimi,  Bakıda  da  istifadə  olunmuş 



belə silahların formasını aydınlaşdırır. 

Qalxan.  Bakıdan  tapılan  məzar  daşları  üzərindəki  təsvirlərə  əsasən  qalxan  haqqında  da  müəyyən  fikir 

söyləmək olar. Qeyd edildiyi kimi, XIV—XVII əsrlərə aid edilən bir başdaşı üzərində silahlar içərisində qalxan 

da  təsvir  edilmişdir.  Qalxan  rəsmi  pis  saxlandığına  görə  forması  yaxşı  bilinmir.  Lakin  bu  təsvir  orta  əsrlərdə 

həmin növ silahdan Bakıda istifadə olunduğunu söyləməyə əsas verən faktik dəlildir. 



Dəbilqə.  Arxeoloji  qazıntılar  nəticəsində  Bakıdan  dəbilqə  tapılmamışdır.  Lakin  tarixi  mənbələrin 

məlumatına görə orta əsrlərdə müdafiə silahı kimi dəbilqədən istifadə edilməsi məlumdur. Azərbaycanın inkişaf 

etmiş  orta  əsr  şəhərlərindən  olan  Beyləqanın  mustofisi  Məsud  ibn  Namdarın  əsərində  döyüş  səhnələri  təsvir 

edilirkən  qılınc,  xəncər,  ox-kaman,  nizə  və  s.  hücum  silahları  ilə  yanaşı,  müdafiə  silahlarından  qalxan  və 

dəbilqənin də adı çəkilir

68



XVI əsrə aid bir məxəzdə 1580-ci ildə Bakıda olmuş ingilis səyyahının yerli əsgərlərin əynində polad və 

gümüşlə bəzədilmiş zirehli paltarlara valeh olması haqqında məlumat vardır

69



Ümumiyyətlə, Azərbaycanda müdafiə silahı kimi dəbilqə çox qədimlərdən məlumdur



70

. Bizə elə gəlir ki, 

inkişaf  etmiş  orta  əsr  sənətkarlıq  şəhəri  olan  Bakıda  da  müdafiə  silahı  kimi  dəbilqədən  geniş  istifadə 

olunmuşdur. 

 

                                                           



66

 Ибрагимов Ф. А. Металлообрабатывающее ремесло в средневековых городов Азербайджана в IX — XIII вв. Автореф. Bakı, 1969, s. 12, müq. 

et. Əhmədov Q. M. Orta əsr Beyləqan şəhəri. Bakı, 1979, s. 53. 

67

 Əhmədov Q. M. Göstərilən əsəri, s. 53, 19-cu şəkil «a», Örənqala çöl qeydi, № 25, 1959-cu il. 



68

 Masud ibn Namdar. Göstərilən əsəri, s. 174 a/42, 175 a/43, 177  a/45, 176  b/45;  müq.  et:  Əhmədov Q. M. Göstərilən əsəri. 

69

 Rasim Əfəndi. Azərbaycan dekorativ-tətbiqi   sənətləri. Bakı, 1976, s. 65. 



70

 Osmanov F. L., İbrahimov F. Ə. Nüydidən tapılmış antik dövr alban silahları. «Azərb. SSR EA Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası), 1976, № 4, 

s. 56 — 57. 



16 

 

MƏİŞƏT TƏSƏRRÜFAT ƏŞYALARI VƏ İNŞAAT MATERİALLARI 



 

Bakıdakı  arxeoloji  qazıntılar  nəticəsində  məişət,  təsərrüfat  və  inşaatda  işlədilən  bir  sıra  avadanlıq 

tapılmışdır. Torpaqda uzun müddət qalmasına baxmayaraq, bu materiallar öz formalarını saxlamışdır ki, bu da 

onların  orta  əsrlərdə  məişət,  təsərrüfat  və  inşaatın  hansı  sahəsində  işlədilməsini  müəyyən  etməyə  kömək 

göstərir.  Təsərrüfat  və  məişət  ehtiyaclarının  ödənilməsi  üçün  xalqın  yaratdığı  bu  sənət  nümunələri  dövrün 

insəsənət və mədəniyyətinin  səviyyəsini öyrənmək cəhətdən də qiymətlidir. 

Etnoqrafik  materiallarla  müqayisədə  həmin  avadanlığın  çoxu  özünə  analoji  paralellər  tapır  ki,  bu  da 

həmin  maddi  mədəniyyət  qalıqlarının  xalqın  məişətində,  təsərrüfat  və  tikinti  texnikasında  uzun  əsrlər  istifadə 

olunduğunu  göstərir.  Məhz  bu  vəziyyət  arxeoloji  yadigarların  xalqın  həyatında  əsrlər  boyu  tutduğu  mövqeyi 

daha geniş və ətraflı işıqlandırmağa kömək edir. 

 

MƏİŞƏT VƏ  TƏSƏRRÜFAT ƏŞYALARI 

 

Çıraqlar.  Xalqın  məişətində  işlədilən  əşyaların  bir  qrupunu  çıraqlar  təşkil  edir.  Orta  əsr  abidələrindən 

arxeoloji  qazıntılar  nəticəsində  tapılan  çıraqların  əksəriyyəti  gildən  hazırlanmışdır

71

.  Bu  da  gil  çıraqların 



məişətdə  geniş  yer  tutduğunu  göstərən  əsas  əlamətlərdən  biridir.  Bununla  yanaşı  arxeoloji  qazıntılar  zamanı 

xeyli metal çıraqlara da təsadüf olunur. Metal çıraqların az tapılmasını nəzərə alaraq onların hər biri haqqında 

ayrıca məlumat verməyi lazım bilirik. 

Bakıda Şirvanşahlar sarayının həyətində 1938—1939-cu illərdə aparılan arxeoloji qazıntılar zamanı 3,5 

metr dərinlikdən bir ədəd bədii formalı metal çıraq tapılmışdır

72

. Onun ümumi uzunluğu 18, hündürlüyü isə 8,5 



sm-dir.  Çırağın  şarvarı  formaya  yaxın  olan  gövdəsinin  bir  tərəfində  boru  şəklində  lüləsi  vardır  (VI  tablo,  1). 

Lülə gövdədən başlayıb uca doğru getdikcə daralaraq tədricən yuxarı qaldırılmış və qurtaracağında fitil üçün en 

kəsiyi  dairəvi  olan  deşik  düzəldilmişdir.  Çırağın  şarvarı  gövdəsi  üzərində  düzəldilən  boğazı  isə  silindr 

formasındadır. Boğazı yuxarı qalxdıqca azca yana doğru genişlənir. Onun qulpunun bir ucu  gövdəsinə, digəri 

isə  ağzının  qırağına  yapışdırılmışdır.  Çırağın  çıxıntılardan  ibarət  dörd  ayağı  vardır.  Onların  ikisi  gövdəsinin, 

ikisi isə boru formalı lüləsinin ortasına birləşdirilmişdir. 

Çırağın  belə  düzəldilməsi  onu  bir  növ  zoomorf  şəklə  salmışdır.  Bu  tunc  çırağın  həm  gövdəsi,  həm  də 

lüləsinin üzərində başdan-başa müxtəlif heyvan fiqurları düzəldilmişdir. Burada iki at, iki öküz, pişik cinsindən 

olan on dörd heyvan başı və iki insan sifəti təsvir olunmuşdur. Fiqurlar çırağın gövdəsi üzərində qeyri-münasib 

şəkildə  yerləşdirilmişdir.  Çıraq  mum  qəlibdən  istifadə  olunmaqla  tökmə  üsulu  ilə  hazırlanmışdır.  Əvvəl 

mumdan əşyanın modeli düzəldilir, sonra həmin modelin əsasında tunc tökmək üçün gil forma hazırlanır. Mum 

əridilərək  formadan  çıxarılır  və  yerinə  ərinmiş  halda  olan  tunc  tökülür.  Əşyanı  qəlibdən  çıxarmaq  mümkün 

olmadığından qəlib hər dəfə sındırılır. Beləliklə, hər dəfə yeni əşya üçün yeni model və qəlib düzəldilir. Məhz 

buna  görə  də  belə  əşyalar  baha  qiymətləndirilir  və  şübhəsiz,  həmin  dövrdə  belə  əşyalardan  yalnız  yüksək 

təbəqəyə mənsub adamlar istifadə edirdilər. 

Çırağın  tam  oxşarı  hələlik  tapılmamışdır.  Lakin  bəhs  etdiyimiz  formada  bir  metal  çıraq  Azərbaycan 

Dövlət Tarix  Muzeyinin arxeoloji fondunda saxlanılır

73

.  Bəzi detallarını nəzərə almasaq, quruluşuna görə bir-



birinə oxşardır (VI tablo, 2). Çıraq tökmə yolu ilə hazırlanmışdır. Zoomorf tipdə olan bu çırağın da dörd ayağı 

vardır. Onlardan ikisi gövdənin, ikisi isə lülənin orta hissəsinə bərkidilmişdir. Bu çırağın gövdəsi, lüləsi, qulpu 

və  boğazı  birincidə  olduğu  kimidir.  Onlar  yalnız  üstündəki  bəzəklərinə  görə  fərqlənirlər.  Əvvəlki  çırağın 

üstündə çoxlu müxtəlif heyvan fiqurları olduğu halda, bu çırağın gövdəsi üzərində nəbati naxışlar, lüləsində isə 

təkə rəsmi təsvir edilmişdir. Birinci çıraq ilə oxşar cəhətlərini nəzərə alaraq onun əvvəlki çıraqla eyni dövrə aid 

olduğunu ehtimal edirik. 

Metal çıraqlar  həm  Azərbaycanın  orta  əsr  şəhərlərindən

74

,  həm  də  qonşu  ölkələrdən



75

  məlumdur.  Qeyd 

etməliyik ki, quruluşuna görə Bakı çırağından fərqlənən Qəbələ və Taraz şəhərlərindən tapılan çıraqlar həm də 

çoxlüləlidir.  Tədqiqatçı  T.  N.  Seniqova  Taraz  çıraqlarını  X—XIII  əsrlərə  aid  edərək,  onların  bir  hissəsini 

atəşpərəstliklə əlaqələndirir. S. M. Qazıyev isə beşlüləli Qəbələ çırağının buxurdan olduğunu söyləyir

76

. Bizim 



fikrimizcə, hər iki çıraqdan çilçıraq kimi istifadə olunmuşdur. 

                                                           

71

 Əhmədov Q. M. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959. s. 97. 



72

 Leviatov V. N. Göstərilən əsəri, s. 136. 

 

73

 Azərbaycan Dövlət Tarix Muzeyinin arxeoloji fondu, inv. № 1102. Bu çıraq haqqında R. Əfəndiyevin «Azərbaycanın bədii sənətkarlığı» (Bakı, 1966-cı 



il) adlı kitabında məlumat verilmişdir. Müəllif bu çırağın XII əsrə aib olub, Bakıdan tapıldığını söyləyir. 

74

 Osmanov F. L. Qəbələnin metal məmulatı haqqında. Azərbaycan tarixi məsələləri. Bakı. 1966, s. 41; İbrahimov F. Ə. Göstərilən əsəri, s. 153; Əhmədov 



Q. M. Orta əsr Beyləqan şəhəri, Bakı, 1979, s. 55, 33-cü şəkil, «i». 

75

 Сенигова Т. Н. Осветительные приборы Тараза и их связь с культом огня. СА, № 1, 1968, с. 208; Pope A. Survey of Persian Art, III, London and 



Nou-Jork, 1936, s. 2487.  

76

 Qazıyev S. M. Qəbələdə aparılmış arxeoloji tədqiqat və qazıntıların yekunları. AMM VI cild, 1965. s.153, III tablo,  1. 



 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə