Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   14   15   16   17   18   19   20   21   22

26 

 

Gümüş  bilərziyin  şəkli  qaldığı  üçün  haqqında  müəyyən  məlumat  vermək  imkanı  yaranır.  Bu  gümüş 



bilərzik eynilə yuxarıda bəhs etdiyimiz burma üsulu ilə hazırlanan mis bilərzik kimi düzəldilmişdir (XIV tablo, 

4).  Lakin  gümüş  bilərzik  dairəvi  formada  bütöv  saxlanılmışdır.  Arxeoloji  tapıntılardan  məlumdur  ki,  metal 

bilərziklər  həm  bütöv  dairə  formasında,  həm  də  ucları  bir-birindən  xeyli  aralı  şəkildə  hazırlanır

142


.  Metal 

bilərziklər  elə  ustalıqla  hazırlanmışdır  ki,  ilk  baxışda  onların  bir-birinə  lehimlə  yapışdırıldığı  güman  olunur. 

Burma texnikası ilə düzəldilmiş bilərziklər Beyləqan

143


 və Qəbələ

144


 qazıntılarından da tapılmışdır. Qeyd etmək 

maraqlı  olar  ki,  orta  əsr  şəhərlərindən  burma  texnikası  ilə  hazırlanmış  çoxlu  şüşə  bilərziklər  də  aşkar 

olunmuşdur

145


. Ümumiyyətlə metaldan burma üsulu ilə düzəldilmiş bəzək şeylərinin mənşəyi qədimdir

146


. Məhz 

buna əsaslanaraq burma şüşə bilərziklərin də bu texnika əsasında hazırlandığını söyləmək olar. 

Qeyd  etməliyik  ki,  bilərzik,  üzük  və  başqa  metal  bəzəklərin  hazırlanmasında  məftildən  çox  istifadə 

olunmuşdur. Məftilçəkmənin mənşəyi qədimdir. 

Getdikcə  öz  sənətlərini  təkmilləşdirən  mahir  ustalar  gümüş  və  qızıldan  metal  saplar  da  düzəltmişlər. 

Bakıda Şirvanşahlar sarayının məqbərəsindəki qazıntı zamanı XV əsrə aid uşaq qəbrində belə saplarla toxunmuş 

nəbati təsvirli ipək parça tapılmışdır

147


. Arxeoloji materiallar orta əsr ustalarının məharətlə hazırladığı metaldan 

bəzək  əşyalarına  əsasən  həmin  dövrdə  məftilçəkmənin  dövrün  texniki  tələbləri  səviyyəsində  inkişaf  etdiyini 

göstərir.  Müxtəlif  diametrli  məftillərdən  ibarət  arxeoloji  materiallara  və  etnoqrafik  müşahidələrə  əsasən  orta 

əsrlərdə məftilçəkmə əməliyyatı bərpa edilmişdir

148



Tədqiqatçı Ö. Ş. İsmizadə Albaniya ərazisindən tapılan məftildən hazırlanmış bəzəklərə əsaslanaraq, hələ 



eramızın əvvəllərindən məftilçəkmə texnikasının mövcud olduğunu göstərir

149




Sırğalar. İçərişəhərdəki arxeoloji qazıntılar zamanı sırğalara az təsadüf olunmuşdur. Adətən nazik metal 

məftillərdən hazırlanan  sırğalar  güclü korroziya nəticəsində, uzun müddət torpaqda qaldığından tez parçalanır. 

Öyrəndiyimiz dövrə aid qazıntılardan formasını saxlayan sırğalar az tapılmışdır. Lakin qazıntılardan əldə edilən 

halqaların bəzilərinin üzük, bəzilərinin isə sırğa kimi istifadə edildiyi şübhə oyatmır. Belə ki, halqa formasında 

hazırlanıb  ucları  bitişdirilməyənlərin  sırğa  kimi  işlənilməsi  güman  olunur.  Belə  sırğalar  Qəbələdən  və 

Beyləqandan  da  tapılmışdır

150

.  İstər  son  orta  əsrlər,  istərsə  də  müasir  dövrdə  bu  cür  sırğalardan  çox  istifadə 



olunur.  1970-ci  ildə  İçərişəhərdən  en  kəsiyi  lentvarı  formada  bir  mis  sırğa  tapılmışdır.  Dairəvi  formalı  bu 

sırğanın bir tərəfində qulaqcıq vardır. Çıxıntı şəklində olan həmin qulaqcığın orta hissəsində kiçik dairəvi deşik 

açılmışdır (XIV tablo, 5). Sırğanın bir tərəfində isə zərb üsulu ilə vurulmuş xətlərin yeri bilinir. 

1967-ci ildə tapılan məftildən düzəldilmiş halqa formalı sırğanın isə üstündə iki ədəd muncuq qalmışdır 

(XIV  tablo,  6).  Metaldan  şarvarı  muncuqlar  keçirilmiş  bu  sırğanın  oxşarları  başqa  orta  əsr  şəhərlərindən  də 

məlumdur


151

Qeyd  etməliyik  ki,  Bakıda  Şirvanşahlar  sarayının  məqbərəsində  1946-cı  ildə  aparılan  qazıntılar  zamanı 



bir  cüt  qızıl  sırğa  tapılmışdır

152


.  Sırğaların  asqı  hissəsi  halqa  formasında  olub,  en  kəsiyi  dairəvidir.  Məftildən 

düzəldilmiş halqanın aşağı tərəfinə romb formalı asma taxılmışdır. Onun ortasına yaxşı cilalanmış çəhrayı rəngli 

qiymətli  daş  qoyulmuşdur  (XIV  tablo,  7).  Sırğanın  bir  tayının  daşı  tapılmamışdır.  Sırğanın  halqa  hissəsinin 

diametri 1,1 sm-dir. Həmin sırğalar XV əsrə aid edilir

153

.  Qızıl sırğanın halqa hissələri yuxarıda qeyd etdiyimiz 



qazıntıdan tapılan mis halqalara formaca tam oxşardır. 

Bakıda qədim müsəlman qəbiristanlığından tapılan bəzəklər içərisində iki ədəd gümüş və bir ədəd qızıl 

sırğanın da adı çəkilir

154


. Hesabatda onlar haqqında çox qısa məlumat vardır. Müəllifin yazdığına görə iki ədəd 

gümüş  sırğanın  muncuqlardan  ibarət  asmaları  olmuşdur.  Gümüş  sırğalar  barədə  bundan  başqa  nə  məlumat 

verilir,  nə  də  onların  rəsmi  göstərilir.  Lakin  yuxarıda  verilən  məlumatdan  bəlli  olduğu  kimi  sırğa  Bakı 

qazıntılarından da tapılmışdır. Təəssüflə deməliyik ki, gümüş sırğanın təsviri geniş verilmədiyi üçün onun dəqiq 

oxşarını  da  araşdırmaq  çətindir.  Lakin  bir  ümumi  cəhəti  qeyd  etməliyik  ki,  həm  gümüş,  həm  də  arxeoloji 

                                                           

142

 Bartold V. V. Göstərilən əsəri, s. 118. 



 

143


 İbrahimov  F.  Ə.  Göstərilən  əsəri, s.  99,  tablo  5,  7. 

144


 İbrahimov F. Ə. Örənqaladan tapılmış metal bilərziklər və onların texnologiyasına dair. «Azərb. SSR EA Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası).  

1967, № 2. s. 97. tablo 5, 7, 9, 10. 

145

 Osmanov F.L. Qəbələnin metal məmulatı. Azərbaycan tarixi məsələləri, Bakı.1966, s.45, IV tablo, 4. 



146

  Джафарзаде  И.  М.  Историко-археологический  очерк  Старой  Гянджи.  Баку,  1949.  с.  81;  Osmanov  F.  L.  Qəbələdən  tapılan  şüşə  bilərziklər 

haqqında «Azərb. SSR EA Məruzələri», 1963. № 1. s. 63—65; Фоменко В. П. Стеклянные изделия VIII—X вв. городища Оренкала. Azərb.   SSR   

EA   Xəbərləri» (ictimai elmlər   seriyası), . № 7.   1962 s. 38. 

147

 Minkeviç-Mustafayeva N. V. Göstərilən əsəri; Aslanov Q. M. Qolubkina T. İ., Sadıqzadə Ş. Q. Göstərilən əsər, s. 6. 



148

 İbrahimov F. Ə. Göstərilən əsəri. s. 98. 

149

 İsmizadə Ö. Ş. Qədim Qafqaz Albaniyasında zərgərlik sənəti haqqında. AMM. VII cild, Bakı, 1973, s. 277. 



150

 Osmanov F. L. Göstərilən əsəri, s. 42. IV tablo, 13. İbrahimov F.  Ə. Göstərilən əsəri. s. 186, XXVIII tablo.   12 - 16. 

 

151


 Якобсон А.  Л.  Раскопки  на Орен-Кала  в  1953—1955 гг.. МИА СССР № 67. М.—Л., 1959, с. 140,  113-cü şəkil «j»; Osmanov F.L. Göstərilən 

əsəri, s. 42. 

152

 Aslanov Q.  M., Qolubkina T.  İ., Sadıqzadə  Ş. Q.    Göstərilən əsəri, s. 23, IV tablo, 10.  



153

 Yenə orada, s. 23. 

154

 Bartold V. V. Göstərilən əsəri, s. 119. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə