Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

23 

 

Siyirtmə. 1971-ci ildə İçərişəhərin Qoşaqala qapıları  yanında abadlıq işləri aparılarkən bir ədəd iri dəmir 

siyirtmə—qapı dalı aşkar edilmişdir

123


. Çox güman ki, ondan vaxtilə böyük qala darvazasını arxadan bağlamaq 

üçün istifadə olunmuşdur. Siyirtmənin uzunluğu 80, eni 10, qalınlığı isə 7 sm-dir. Şəhərin tədqiqat dövründəki 

dəmir darvazası haqqında müəyyən təsəvvür yaratmaq üçün onun böyük əhəmiyyəti vardır. Məlum olduğu kimi

orta  əsr  şəhərlərinin  qala  darvazalarının  qapıları  möhkəm  dəmirdən  hazırlanırdı.  1683-cü  ildə  alman  səyyahı 

Kempfer  Bakıda  olarkən  şəhərin  şimal  divarındakı  qoşa  qapıların  da  dəmirdən  olduğunu  qeyd  edir

124


Mənbələrdə  Yəzidiyyə—Şamaxı  şəhərinin  ətrafına  yonulmuş  daşdan  hasar  çəkilərək  ona  dəmir  qapılar 

qoyulduğu haqqında məlumat vardır

125


Orta əsr Gəncə şəhərinin son zamanlara qədər saxlanılmış darvazası da bu cəhətdən maraqlıdır. 1138-ci 

ildə  gürcü  çarı  I  Demetrenin  Gəncədən  hərbi  qənimət  kimi  apardığı  bu  darvaza  hazırda  Helat  monastırında 

saxlanılır

126



Üzərində ərəb dilində kufi xətlə yazılmış kitabədən aydın olur ki, darvaza 1063-cü ildə dəmirçi İbrahim 



Osman  oğlu  tərəfindən  düzəldilmişdir

127


.  XI  əsrin  dəmirçilik  sənətinin  inkişaf  səviyyəsini  öyrənmək  üçün  bu 

darvazanın  böyük  əhəmiyyəti  vardır.  Darvazanın  iri  dəmir  çərçivəsi  içərisində  yerləşdirilmiş  qalın  dəmir 

təbəqələri böyük başlıqlı, papaqlı dəmir mismarlarla bir-birinə rəbt edilmişdir. Belə başı qabarıq iri  mıxlardan 

darvazanın çərçivəsinin  bəzədilməsində  də  geniş istifadə  olunmuşdur.  Orta  əsr şəhərlərindən  olan  Beyləqanın 

şimal-qərb darvazasındakı qazıntılar zamanı qapı yerindən tapılan çoxlu iribaşlıqlı mıxlar da bunu təsdiq edir.

128


 

Qeyd etməliyik ki, iribaşlıqlı mıxlar Bakı qazıntıları zamanı da xeyli miqdarda tapılmışdır. Çox güman ki

onlardan inşaat işi ilə yanaşı tikintidə və yeri gəldikdə bəzək işlərində istifadə edilmişdir. 

 

 



 

                                                                                                                                                                                                      

 

123


 Azərbaycan EA Tarix İnstitutunun elmi işçisi Rauf Əhmədov 1971-ci ildə həmin aləti Şirvanşahlar sarayına  təhvil vermişdir. 

124


 Шеблыкин И. П. Краткий очерк истории дворца Ширваншахов в Баку. Баку, 1939, с. 4. 

125


  Münəccimbaşı  Tarix-e  əl-Bab  və  Şirvan.  V.  F.  Minorskinin  tərtib  etdiyi  mətn.  M.,  1963,  s.  14;  Müq.  et:  Şərifli  M.  X.  IX  əsrin  ikinci  yarısı  —  XI 

əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978, s. 289; Джидди Г. А. Средневековый город Шемаха IX — XVII в. Баку, 1981, с. 27. 41. 

126

 Френ X. М. Железные (Ганджинские) ворота. Изв. Азерб. АК, вып. II, Баку, 1926; Еникалопов И. Железные ворота XI вв. Гелати. Изв. АН. 



Азерб. ССР (сер, общ, наук), № 5, 1948. 

127


 Алескерзадe А. А. Подписи  архитектурных    памятников    Азербайджана эпохи Низами. ААЭН, М.—Б., 1947. 

128


 İbrahimov  F.   Ə.  Göstərilən əsəri,s. 107-108.  


24 

 

BƏZƏK ƏŞYALARI 



 

Xalqın mənəvi zövqünü oxşayan, onun estetik təsəvvürlərini əks etdirən bədii sənətkarlıq nümunələri həm 

də  dövrün  iqtisadi,  ictimai  münasibətlərinin  öyrənilməsində  mühüm  amillərdən  biri  sayılır.  Tədqiq  olunan 

dövrün sənətkarlığını, ticarət və mədəni əlaqələrini, habelə sinfi münasibət cəhətdən müxtəlif ictimai məsələləri 

müəyyənləşdirməkdə bəzək məmulatı qiymətli maddi mənbə kimi xüsusi əhəmiyyətə malikdir. Bakıda aparılan 

arxeoloji  qazıntılar  nəticəsində  metaldan  xeyli  bədii  sənətkarlıq  nümunələri—bəzək  şeyləri  əldə  olunmuşdur. 

Həmin metal bəzəkləri üzüklər, bilərziklər, sırğalar, asmalar, sancaqlar, toqqa  bəzəkləri  və s. qruplara  bölmək 

olar. 


Üzüklər. Bakının zərgərlik məmulatı içərisində böyük bir qrup təşkil edən üzüklər əsasən mis, tunc və 

gümüşdən hazırlanmışdır. Doğrudur, İçərişəhərdəki arxeoloji qazıntılar nəticəsində hələlik qiymətli metaldan—

qızıldan olan üzüklərə təsadüf olunmamışdır. Lakin 1904-cü ilin yazında Bakıda aşkar edilmiş qədim müsəlman 

qəbiristanlığından  mis  bəzəklərlə  yanaşı  xeyli  gümüş  və  qızıldan  da  bəzək  əşyaları  tapılmışdır

129

.  Onların 



içərisində iki ədəd mis, üç ədəd isə gümüş üzük vardır

130


. Təəssüflə qeyd etməliyik ki, müəllif tapıntılara həsr 

etdiyi  hesabatında  üzüklər  barədə  məlumat  verməmiş,  yalnız  sadalamaqla  kifayətlənmişdir.  Bəzəklər  qəbir 

abidəsindən tapılan başqa materiallara əsasən XII—XIII əsrlərə aid edilir

131


Bakıdan tapılan üzükləri qaşlı və qaşsız üzüklər kimi qruplaşdırmaq olar. Qeyd etməliyik ki, qaşlı üzüklər 

də öz növbəsində daş-qaşlı və metal qaşlı üzüklərə bölünür. 

Daş-qaşlı  üzüklər.  Bakı  qazıntılarından  tapılan  üzüklərin  xeyli  hissəsinin  qaşı  qiymətli  daşlardandır. 

Lakin onların bəzilərinin daşları tapılmamışdır. Üzərində qaşları qalanlara və tapılan ayrı-ayrı qaşlara əsasən bu 

dövrdə əqiq, firuzə, mirvari, dağ bülluru və s. mineral daşlardan daha çox istifadə olunduğunu göstərmək olar. 

Üzüklərin  hamısı  əsasən  təkqaşlıdır.  Onların  dairəvi  yuva  kimi  düzəldilən  qaş  yerləri  üzüyün  halqası  üzərinə 

lehimlənmişdir.  Belə  üzüklərin  sağanağının  en  kəsiyi  dairəvi,  lentvarı  və  ovalvarı  şəkildədir.  Onlardan  biri 

tökmə  texnikası  ilə  hazırlanmışdır.  En  kəsiyi  yarımdairəvi  olan  bu  üzüyün  üzəri  kəsmə  texnikası  ilə  zəngin 

naxışlanmışdır  (XIII  tablo,  1).  Halqasının  üstü  biri  digərinin  içərisində  yerləşdirilmiş  romb  formalı  naxışlarla, 

onlar  arasındakı  sahə  isə  üçbucaq  fiqurlarla  bəzədilmişdir.  Onun  halqasının  diametri  1,8  sm-dir.  Üzüyün  qaşı 

qırılmışdır.  Hazırlanma  texnikasına  və  üzərinin  zəngin  naxışlanmasına  əsasən  onun  daş-qaşlı  üzük  olduğunu 

güman edirik. 

Daş-qaşlı üzüklərdən ikisi məftildən düzəldilmişdir (XIII tablo, 2—3). Digər ikisinin sağanağı isə lentvarı 

formadadır (XIII tablo, 4—5). Onlar qaşlarının formasına görə də fərqlənirlər. Üzüklərin bəzisinin qaşı əvvəldə 

qeyd  etdiyimiz  kimi  halqaya  lehimlənmişdir.  Bəzisininki  isə  qaş  yerində  qarmaqlar  düzəldilməsi  yolu  ilə 

hazırlanmışdır (XIII tablo, 2). Belə üzüklərin qaşı adətən firuzə rəngli mineral daşdan olur. Arxeoloji qazıntılar 

zamanı üzüyün mineral daşdan olan qaşlarına çox təsadüf olunur. 

Qeyd etməliyik ki, üzüyün qiymətli qaşını qarmaqla saxlama texnikası ilə düzəldilmiş bir ədəd qızıl üzük 

Bakının yaxınlığındakı Qobustandan tapılmışdır

132


. Yazılıtəpə adlı orta əsr yaşayış yerindən əldə edilən bu üzük 

nadir  incəsənət  nümunəsidir  (XIII  tablo,  6).  Üzüyün  halqa  hissəsi  quyruqları  üstə  durmuş  iki  ilan  fiqurundan 

düzəldilmişdir. İlanlar üzüyün tac formalı qaşını açılmış ağızlarında tutmuşlar. Yüksək zövqlə hazırlanmış bu 

üzüyün  qaşı  firuzədəndir.  Onun  qaş  yerləşən  tac  hissəsinin  ortası  qabarıqdır.  Mineral  daşı  saxlamaq  üçün 

düzəldilmiş qarmaqlar qabarıq tərəfdən yuxarıda yerləşir. Onların arası kəsmə naxışlıdır. Qabarıq hissənin alt 

tərəfi  isə  yazını  xatırladan  xətlərlə  bəzənmişdir.  Üzüyün  halqasının  en  kəsiyi  dairəvidir.  Onun  sağanağının 

diametri  1,7,  tac  hissəsininki  isə  1,2X1,3  sm-dir.  Yazılıtəpə  orta  əsr  yaşayış  yerindən  əldə  olunan  maddi 

mədəniyyət  qalıqlarına  əsasən  üzük  X—XIII  əsrlərə  aid  edilir

133

.  Zəngin  naxışlanmış  və  qiymətli  daş-qaşdan 



hazırlanan bu incəsənət əsəri yəqin ki, yüksək zümrədən olan əyanlara—zadəganlara məxsus olmuşdur. 

Haqqında danışdığımız üzüklər orta əsr ustalarının daşların müxtəlif cür işlənməsi, cilalanması və başqa 

üsullarına  yaxından  bələd  olmalarını  göstərməklə  yanaşı,  həm  də  tədqiq  olunan  dövrdə  zərgərlik  sənətinin 

yüksək səviyyədə inkişaf etməsinə dəlalət edir. 



Metalqaşlı  üzüklər.  Bakıdan  tapılan  IX—XIII  əsrlərə  aid  üzüklərin  içərisində  metalqaşlılar  nisbətən 

çoxluğu təşkil edir (XIII tablo, 7—18). Üzüklərin bəzisinin halqa hissəsinin en kəsiyi lentvarı, bəzisininki isə 

dairəvidir.  Onların  bir  hissəsi  məftildən,  bir  hissəsi  isə  ensiz  lentvarı  təbəqədən  hazırlanmışdır.  Bu  üzüklərin 

qaşları  da  müxtəlif  cür  düzəldilmişdir.  Üzüyün  halqasına  nisbətən  xeyli  iri  olan  metal  qaşlar  düzbucaqlı, 

çoxbucaqlı  (ulduzvarı),  dairəvi  və  badamvarıdır.  Qaşların  bəziləri  naxışlanmış,  bəziləri  isə  sadədir.  Naxışlı 

                                                           

129

 Бартольд В. В. Отчет об осмотре древнего мусульманского кладбища в г. Баку. Изв. Императорского археологического комиссии, вып. 16, 



СПб. 1905, с. 110 — 119. 

130


 Yenə orada, s. 119. 

131


 Yenə orada, s. 118—119. 

 

132



 Muradova F. M., Rüstəmov C. N. Yazılıtəpədə  arxeoloji  qazıntılar. AMM, XI c. Bakı, 1993, s. 98. 

133


 Muradova F.  M.,  Rüstəmov C. N. Göstərilən əsər. s. 98. II tablo, 9-cu şəkil 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə