Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   14   15   16   17   18   19   20   21   22

29 

 

Mənbələrin  məlumatına  görə  orta  əsrlərdə  Xəzər  dənizi  balıq  sərvətlərilə  zəngin  olmuşdur



171

.  Burada 

çoxlu nərə, uzunburun, bölgə, qızılbalıq, siyənək, ziyad, külmə, sazan və s. qiymətli balıqlar vardır

172


Balıqçılıq şəhər əhalisinin iqtisadiyyatında əsas yerlərdən birini tutduğu kimi, xalqın təsviri incəsənətində 

də  öz  əksini tapmışdır.  Heç  də təsadüfi  deyildir  ki, tədqiq  olunan  dövrdə  Bakının  saxsı  qabları  üzərində balıq 

rəsmləri  incəsənət  motivi  kimi  geniş  yayılmışdır.

173

  Onlardan  biri  diqqəti  daha  çox  cəlb  edir.  Altına  möhür 



vurulmuş  bu  şirli  qabın  içəridən  mərkəzi  hissəsində  bir-birinin  ardınca  üzən  qızılbalığa  oxşar  üç  balıq  rəsmi 

təsvir  olunmuşdur  (XVI  tablo,  3),  Beləliklə,  Bakı  sənətkarları  öz  əsərlərində  balıq  rəsmlərindən  həm  tək-tək, 

həm də qrup şəklində bəzək elementi kimi istifadə etmişlər. Ümumiyyətlə, balıq təsvirlərinə Azərbaycanın orta 

əsr  maddi  mədəniyyət  nümunələri  üzərində  də  çox  tez-tez  təsadüf  olunur.

174

    Balıqların  bəziləri  motiv 



yaxınlığına  görə  Bakı  materialları  ilə  oxşarlıq  təşkil  edir.  Bu  cəhətdən  Qəbələ  və  Mingəçevir  tapıntıları  da 

maraqlıdır. Onlardan Qəbələdən

175

 əldə edilmiş mis medalyonun üzərində sağdan sola, saat əqrəbinin əksinə bir-



birinin  ardınca  üzən  səkkiz  balıq,  Mingəçevirdən

176


  aşkar  olunan  gümüş  qab  içərisində  isə  ardıcıl  üzən  qızıl 

suyuna çəkilmiş beş balıq rəsmləri təsvir olunmuşdur. Göründüyü kimi, balıqların sayını nəzərə almasaq, həm 

Bakı, həm Qəbələ, həm də Mingəçevir materialları üzərindəki süjet bir-birini təkrar edir. Hər üç tapıntı XII — 

XIV əsrlərə aid edilir. 

Bütün  bunlar  isə  orta  əsrlərdə  təsərrüfat  həyatı  ilə  əlaqədar  olaraq  balıq  rəsminin  Azərbaycan 

incəsənətində geniş istifadə olunan əsas motivlərdən biri olduğunu göstərir. Ümumiyyətlə balıq rəsmi Qafqazın 

təsviri incəsənətində mənşə etibarilə qədimdən  məlumdur.

177


 

İ.  M.  Cəfərzadənin  apardığı  tədqiqatlar  nəticəsində  hələ  e.  ə.  III  minillikdə  Qobustanın  qaya  rəsmləri 

içərisində  balıq  təsvirlərinin  olduğu  müəyyən  edilmişdir.

178


  Qobustanın  qaya  rəsmlərindəki  balıq  təsvirləri  və 

müasir dövrdə Abşeron əhalisinin balığı var-dövlət əlaməti kimi qiymətləndirməsi onu söyləməyə əsas verir ki, 

bu ərazidə balıq lap qədimlərdən totem kimi yayılaraq ona bolluq rəmzi kimi sitayiş edilmişdir. 

Bakıdan tapılan miniatür balıq fiquruna gəldikdə isə onun  simvolik məna daşıdığını güman edirik. 

Balıqçılıqla  əlaqədar  olaraq  İçərişəhərdən  1975-ci  il  qazıntısı  zamanı  2,8  m  dərinlikdən  aşkar  edilmiş 

miniatür formalı dəmir lövbər də böyük maraq doğurur (XVI tablo, 6). Onun üzərini qalın pas örtdüyündən bir 

qədər  kobud  şəklə  düşmüşdür.  Lövbərin  buynuzları  ox  ucu  formasındadır.  Məlum  olduğu  kimi,  dənizdə 

gəmilərin suda saxlanılmasında əsas vasitə olan lövbər gəmiçilik təsərrüfatında xüsusi yer tutmuşdur. Bizə elə 

gəlir ki, rəmz məqsədilə hazırlanan bu lövbərin sahibi çox ehtimal ki, dənizçi olmuşdur. 

Bakıdan  tapılan  metal  əşyalar  içərisində  çoxlu  miqdarda  mis  və  gümüş  sikkələr  də  vardır.  Pullar  həm 

arxeoloji  qazıntılar,  həm  də  təsadüfi  tapıntılar  nəticəsində  aşkar  edilmişdir.

179


  Həm  tək-tək,  həm  də  dəfinə 

şəklində  tapılan  sikkələr  arxeoloji  qazıntılar  zamanı  mədəni  təbəqələrin  və  oradan  əldə  edilən  materialların 

dövrünü dəqiq təyin etmək cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Maraqlı burasıdır ki, pulların bir çoxu Bakıda 

zərb  olunmuşdur.  Tədqiqatçı  S.  B.  Aşurbəyli  də  bütün  bunlara  əsaslanaraq  Bakıda  orta  əsrlərdə  zərbxananın 

olduğunu qeyd edir.

180


 

Bizə  elə  gəlir  ki,  Bakı  ərazisindən təsadüfən tapılan  ilk  orta  əsrlərə  aid  xeyli  pul  dəfinələri  də  arxeoloji 

tədqiqatların  nəticələri  ilə  birlikdə  şəhərin  qədim  tarixinin  araşdırılması  baxımından  böyük  elmi  əhəmiyyətə 

malikdir


181

Bakıdan tapılan pulların içərisində Şamaxı, Təbriz, Pənahabad, Gəncə, Dərbənd, Şərvan, Mahmudabad, 



İrəvan,  Ani,  Qızıl  Orda,  Kaşan,  Sarayəlcədid,  Buxara,  Qəzvin,  Sultaniyyə  və  s.  şəhərlərdə  zərb  olunanları da 

vardır.  Həmin  şəhərlərdə  zərb  edilən  çoxlu  sikkələrin  Bakıdan  tapılması  isə  orta  əsrlərdə  bu  şəhərlərlə  Bakı 

arasında güclü mədəni və ticarət əlaqələrinin olduğunu göstərir. 

 

METALIN BƏDİİ İŞLƏNMƏSİ VƏ SƏNƏTKARLIQ TƏŞKİLATLARI 

 

Bədii  metalişləmə  xalq  yaradıcılığında  əsas  yer  tutan  sənətkarlıq  sahələrindən  biridir.  Azərbaycanda  bu 



sənətin qədim bir tarixi vardır. 

                                                           

171

 Ал-Истахри. Из книги путей и царств, СМОМПК, вып. 29, Тифлис, 1901, с. 25. 



172

 Gül Q. Göstərilən əsəri, s. 29, 44. 

173

 Bakı, İçərişəhər çöl qeydi, № 81 (1964). 21 (1968), 216  (1967). 



174

 Əhmədov Q.M. Azərbycanın şirsiz... с. 77, XIII tablo, 3, 4, 5, 11; Якобсон А. Л. Художественная керамика... с. 249, XX tablo, 2; Исмизаде О. Ш. О 

раскопках в Кабеле... с. 106, XIV tablo, I; Якобсон А. Л. Археологические исследования... с. 14, 7-ci şəkil, а. 

175


 İsmizadə Ö. Ş. Göstərilən əsəri. 

176


 Aslanov Q. A.,    Qolubkina  T.  İ.,    Sadıqzadə Ş.  Q.    Göstərilən əsər, s. 43, IX tablo, 1. 

 

177



 Мешшаников И. И. Каменные статуи рыб-вишапы на Кавказе и Северной Монголии, ЗКВ,   I cild, 1925. 

178


 Джафарзаде И. М. Наскальные изображения Кобыстана. Тр. Ин-та истории АН Азерб. ССР, т. XIII, Бакы, 1958, с. 75, 

179


  Рагимов  А.  В.  Бакинский  клад  (находка  1948  г.)  МКА,  т.  III,  Баку,  1953,  с.  98—126;  Исмизаде  О.  Ш.  Отчет  о  раскопках  на  террит  , 

Ичеришехер, 1969, Азэрб. ЕА ТИЕА, инв. № 7498, fond 1, siyahı 17; Rizvan Əliyev. Gümüş pullar dəfinəsi. «Kommunist» qəzeti, 3 fevral  1972-ci il. 

180

 Ашурбейли С. Б. Очерк истории средневекового Баку, 1964, с. 96. 



181

 Пахомов Е. А. Клады Азербайджана и других республик и краев Кавказа, вып. I, Баку, 1959, с. 12. 

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə