Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə27/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   23   24   25   26   27   28   29   30   ...   115
kitab20111201125922638

 
 


43 
IX 
 
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ƏRAZİSİ 
 
Müxtəlif inzibati bölgülər 
 
Qafqaz Azərbaycanı öz müstəqilliklərini 1813-1828-ci ilə qədər qoruyub 
saxlamış yuxarıda adları çəkilən xanlıqların ərazisini əhatə edir. Rus hakimiyyəti 
dövründə Qafqazın digər yerləri kimi Azərbaycan da hökumətin mənafeyinə uyğun 
şəkildə quberniyalara, vilayətlərə (oblast), bu sonuncular isə öz növbəsində qəzalara 
bölünmüşdür. 
Qafqaz Azərbaycanını formalaşdıran inzibati bölgü aşağıdakı şəkildədir: 
1. Bütün Bakı quberniyası. Bura bütün Bakı şəhəri, habelə Cavad, Göyçay, 
Şamaxı, Quba, Lənkəran qəzaları daxildir. 
2. 
Yelizavetpol 
(Gəncə) 
quberniyası. 
Bu 
quberniyaya 
Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur və Qazax qəzaları daxildir. 
Gəncə quberniyasının dağlıq hissəsi Azərbaycan və Ermənistan respublikaları 
arasında mübahisə obyekti olaraq qalır. 
3. İrəvan quberniyası. Bura Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, 
habelə Yeni Bəyazid, Eçmiadzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi 
daxildir. 
4. Tiflis quberniyasında Borçalı, Tiflis və Sığnaq qəzalarının müəyyən bir 
hissəsi də Azərbaycan ərazisidir. 
5. Zaqatala qəzası. 
6. Dağıstan regionunda Kürə və Samur nahiyələrini əhatə edən ərazinin bir 
hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq-Tabasaran 
qəzasının bir hissəsi.
7. Yuxarıda adları çəkilən İrəvan və Tiflis quberniyalarında, habelə Zaqatala 
qəzasında mənsubluğu Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqaz 
respublikaları tərəfindən iddialar doğuran sahəcə çox kiçik ərazilər də mövcuddur. 
Dağıstan quberniyasının əhalisi Azərbaycanlılardan ibarət olan hissəsi 
həmişə Azərbaycana birləşmək meylində olmuşdur. Həmin regionun iqtisadi 
mənafeləri Quba və Bakı şəhərləri ilə o dərəcədə qüvvətli şəkildə bağlıdır ki, 
Dağıstanı bu siyasi və iqtisadi əlaqələrdən kənarda təsəvvürə gətirmək qeyri-
mümkündür. Yerli əhali Azərbaycan dövlətinə çoxlu vətəndaşların imzaladığı 
petitsiyalar göndərir və Sulak çayı boyunca Dağıstanın Azərbaycana birləşdirilməsini 
tələb edirlər. 
Əlbəttə, Azərbaycan hökuməti taleyi onun öz taleyi ilə sıx bağlı olan və biri-
birinə qaynayıb-qovuşan qan qardaşlarının haqlı tələblərini eşitməzliyə vura bilməz. 
Azərbaycan hökuməti bu iki ölkəni birləşdirən qardaşlıq hisslərinin siyasi və iqtisadi 


44 
təşkilatlanma baxımından son dərəcə xüsusi diqqət tələb edən bir məsələ olduğunu 
nəzərə alaraq Dağıstanın iradəsinə hörmət etməyi özünə borc bilir. 
Beləliklə, gündəliyə çıxarıla bilən bütün ərazi və sərhəd məsələləri, habelə 
Dağıstanın siyasi taleyi ilə bağlı problemlər Şimali Qafqaz Respublikası ilə ümumi 
razılıq nəticəsində həll edilə bilər. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə