Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Azərbaycan və gələcək Rusiya



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə35/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   31   32   33   34   35   36   37   38   ...   115
kitab20111201125922638

Azərbaycan və gələcək Rusiya 
Burada deyilənlər gələcək Rusiya dövləti ilə necə münasibət qurmalı 
olduğumuzu müəyyənləşdirir. Bir ölkə daxilindəki bir əsrlik birgə həyatın ağrı-acıları 
üzərində dayanmadan biz rus millətinə öz ərazilərində, öz yeni dövlətlərində səadət 
arzulayırıq. Azərbaycana gəldikdə isə, o, daha Rusiyanın bir hissəsi olmaq istəmir, o, 
yalnız öz parlamentini və hökumətini tanıyır. 
Lakin bununla yanaşı onu da bildirməliyik ki, azərbaycanlılar ümumilikdə 
rus xalqı deyilən bu topluma səmimi duyğularını yetirir, Transqafqazda rus 
hakimiyyəti dövründə dövlət məmurları da daxil olmaqla bütün rus sakinlərin 
Azərbaycanda necə hörmətlə, hər cür diqqətlə qarşılandığını, hətta ortodoks rus 
kilsəsinin də bu ümumi diqqətdən kənarda qalmadığını yada salır. 
Keçmiş Rusiyanın ümumi borclarında Azəvbaycanın payı 
Mayın 28-də Sülh konfransına gəlmiş Azərbaycan Sülh nümayəndə heyəti 
prezident Vilson tərəfindən qəbul edilərkən verdiyimiz bəyanatda da bildirildiyi kimi, 
gənc Azərbaycan cumhuriyyəti keçmiş Rusiyanın borclarının bir hissəsini ödəməyi 
uzərinə götürür. Həmin borclar köhnə imperiyanın digər hissələri arasında ədalətli 
şəkildə bölündükdən sonra Sülh Konfransının maliyyə komissiyasının 
müəyyənləşdirdiyi şərtlərə uyğun şəkildə ödəniləcəkdir. 
Qonşu respublikalarla münasibətlər 
Azərbaycanın qonşu Qafqaz respublikaları ilə münasibəti məsələsinə 
gəldikdə biz həmin münasibəti hələ 1918-ci ilin noyabrında, Azərbaycan diplomatik 
heyətinin İstanbulda Antantanın səlahiyyətli komissarlığına verdiyi xüsusi 
memorandumunda ifadə etmişik. 
Digər 
məsələlərlə 
birlikdə 
həmin 
memorandumda 
Azərbaycan 
Cümhuriyyətinin belə bir istəyi də ifadə olunmuşdu ki, Azərbaycan “öz 
respublikalarını elan etmiş digər qədim qonşulan - ermənilər, gürcülər və Şimali 
Qafqaz dağlıları ilə eyni prinsiplərə əsaslanan dostluq əlaqələri qurmağa hazırdır. 


54 
Azərbaycanın Sülh konfransındakı nümayəndə heyəti bütün yerli Qafqaz xalqlarını 
bir-biri ilə müxtəlif sahələrdə, ilk növbədə iqtisadiyyat sahəsində ümumi maraqların 
birləşdirməsi məsələsinə xüsusi diqqət yetirir”. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə