Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


İqtisadi və siyasi birlik vacibdir



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə36/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   32   33   34   35   36   37   38   39   ...   115
kitab20111201125922638

İqtisadi və siyasi birlik vacibdir 
Bu maraq ümumiliyi o qədər güclü amildir ki, irqlərin, dinlərin və dillərin 
müxtəlifliyi onun qarşısını ala bilmir. Hamıdan təcrid olunmuş şəkildə yaşayan bir 
millətin həyati qüvvələrinin normal mövcudluğunu və inkişafını təsəvvürə gətirmək 
çox çətindir. 
Bu Qafqazın timsalında da aydın görünür. Qara dəniz, Xəzər dənizi və 
Qafqaz dağları ilə hüdudlanan, coğrafi baxımdan bütünlük təşkil edən bu ərazinin hər 
hansı iqtisadi və siyasi ittifaqının yaradılması məqsədəuyğun olardı. Biz həmin ittifaqı 
necə görmək istərdik? Fikrimizcə, Qafqaz millətləri nümayəndələrinin ali məclisi 
Sülh konfransının və Millətlər Liqasının nəzarəti ilə həmin məsələni həll edə bilər. 
Azərbaycan Sülh Nümayəndə heyəti belə qənaətdədir ki, ittifaqın ən yaxşı 
forması Qafqaz respublikalarının - Azərbaycan, Ermənistan, Gürcüstan və Dağlıların 
konfederasiyası ola bilər. 
Qafqaz 
respublikalarının 
konfederativ 
ittifaqının 
tərəfdarı 
olan 
Azərbaycanlılar və Şimali Qafqaz dağlıları həmin ittifaqı milli və ərazi nifaqlarına 
son qoymaq baxımından ən yaxşı forma hesab edirlər. Biz tam əminik ki, belə bir 
ittifaq şəraitində əvvəlki rnünaqişələr öz kəskinliyini itirəcək və ümumi mənafelərə 
doğru istiqamət götürən, Qafqaz xalqlarının hamısının rifahını nəzərdə tutan düşüncə 
və hərəkət tərzi bütün bu qarşıdurmalara birdəfəlik son qoyacaq. 
Əgər həlli qafqazlıların özləri üçün çətin olan məsələlər ortaya çıxarsa, 
Millətlər Liqasının beynəlxalq arbitrajı köməyə gələr və öz nüfuzlu sözü, səyləri ilə 
Qafqazın yerli millətlərinin birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsinə 
kömək edə bilərdi. 


55 
XIII 
 
MİLLƏTLƏR LİQASI AZƏRBAYCANLILARIN MÖVQEYİ, 
BOLŞEVİKLƏRƏ QARŞI MÜBARİZƏDƏ TÜRKLƏRƏ MÜRACİƏT 
Millətlərin belə bir yüksək tribunasından söz deməyin əhəmiyyətini tam 
ciddiliyi ilə dərk edərək biz bütün Azərbaycanlılar adından Millətlər Liqasının 
ideyalarını və təşəbbüslərini səmimiyyətlə salamlayırıq. Biz şübhə etmirik ki, 
azərbaycanlılar da başqa millətlərlə bir sırada Liqanın işində yaxından çalışacaq, 
millətlərin sülhün bərqərar olunmasına yönəldilmiş söylərini bölüşdürəcək və öz 
imkanları daxilində bu mühüm təşkilatın bəşəriyyətin rifahına xidmət göstərən nəcib 
fəaliyyətində iştirak edəcəkdir. 
Biz əminik ki, azərbaycanlılar bu beynəlxalq orqanda yüksək ədalət və əxlaq 
nümunəsi ilə qarşılaşacaq, Millətlər Liqasının simasında, yuxarıda da qeyd edildiyi 
kimi, müstəqil siyasi mövcudluq üçün maddi və mənəvi sərvətlərə malik olan bir 
xalqın hüquqlarının müdafiəçisini görəcək. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə