Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Azərbaycanlıların vəziyyətləri və onların gələcəyinin səciyyəsi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə37/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   33   34   35   36   37   38   39   40   ...   115
kitab20111201125922638

Azərbaycanlıların vəziyyətləri və onların gələcəyinin səciyyəsi 
Bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlı indiyə qədər az tanınır, onların 
etnoqrafiyası, tarixi, ədəbiyyatı, həyat tərzlərı indiyə qədər ciddi tədqiqatların 
mövzusu olmayıb. Bu da həqiqətdir ki, həmin vəziyyətin əsl günahkarı Azərbaycanda 
yüz il hakimiyyət sürən rus rejimidir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını 
ruslaşdırmağa, onu öz milli xarakterindən məhrum etməyə çalışırdı. 
Digər tərəfdən, azərbaycanlıların səciyyəvi xüsusiyyəti olan hədsiz 
təvazökarlıq həmişə onları özünüreklama doğru atıla biləcək hər bir addımdan 
saxlamışdır. Azərbaycanlılar özlərini gözə soxmağa, başqalarına nisbətən paylarına 
daha çox düşən dərd fəlakətlər haqqında uca səslə danışmağa, hamıya çatdırmağa 
öyrənməmişlər. Bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat 
vasitəsilə bütün dünyaya car çəkmədən, millətlərə və dövlətlərə müraciətlə ağlayıb-
sıtqımadan öz içərilərində çəkirlər. 
Bu vəziyyət bir neçə nöqteyi-nəzərdən qüsur sayılmalıdır: məhz 
azərbaycanlıların təbiətindəki həmin xüsusiyyət onların bir sıra fəlakətlərinin 
mənbəyinə çevrilmiş və bu xalqa özünün milli simasını bütün dolğunluğu ilə 
göstərməyə mane olmuşdur. Azərbaycanlılar haqqında Avropanın və Amerikanın 
mətbuat orqanlarında bir sıra yalan məlumatların yayılmasına da həmin şərait əsas 
vermişdir. Azərbaycanla bağlı yayılan yanlış fikirlərin müəllifləri bir sıra hallarda 
fantaziyaya güc vermiş, bəzi təsadüflərdə ictimaiyyətin diqqətinə təqdim etmək 
iddiasında olduqları məsələyə nabələdliklərini nümayiş etdirmiş, əksər hallarda isə 
belə materiallar bizim xalqa düşmənçilik məqsədi ilə, onu qəsdən gözdən salmaq 
niyyəti ilə meydana çıxarılmışdır. Belə yazıların müəllifləri öz siyasi korluqları 


56 
ucbatından Azərbaycan xalqına gücləri çatan qədər ziyan vurmaq istəmiş və bu yolla 
da öz millətlərinə fayda gətirəcəklərini düşünmüşlər. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə