Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə40/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   36   37   38   39   40   41   42   43   ...   115
kitab20111201125922638

AZƏRBAYCANLILARIN TƏLƏBİ 
Biz öz müqəddəs işimizdə Sülh konfransının və Antanta dövlətlərinin 
mənəvi yardımına güvənirik. 
1.
Qafqazın, xüsusən də Azərbaycanın fiziki, iqtisadi və siyasi inkişaf yolu 
Rusiyanın bizə yad olan və yuxarıda haqqında söz açdığımız anarxiya ilə 
səciyyələnən sosial və siyasi həyatından tamamilə ayrılmışdır. Biz bu mövqeyimizin 
müdafiə olunmasını istəyirik. 
2.
Biz Qafqazda artıq de-fakto mövcud olan dövlətlərin tanınması məsələsini 
müdafiə edirik. Onlardan biri də müstəqil Azərbaycan Cümhuriyyətidir. 
Biz bu memoranduma belə bir inamla yekun vururuq ki, xalqımızın maddi 
qüdrəti və mənəvi keyfiyyətləri, onun əxlaqi sərvətləri, əməyə və təhsilə olan 
məhəbbəti, qayda-qanuna və dövlət prinsiplərinə hörməti, Azərbaycanın müstəqil 
Cümhuriyyət şəklində bundan sonrakı suveren mövcudluğuna ən yaxşı zəmanətdir. 
Buna görə də Azərbaycan Cümhuriyyətinin Sülh Nümayəndə heyəti Sülh 
konfransının qarşısında aşağıdakı tələblərin qoyulmasını təvəqqe edir: 

Sülh konfransı Qafqaz Azərbaycanının keçmiş Rusiya imperiyasından 
ayrılmasını bəyənsin. Azərbaycan sərhədləri memoranduma əlavə olunan xəritədə 
göstərilən və Azərbaycan Xalq Cümhuriyyəti adlanan tam müstəqil dövlət kimi 
tanınsın. 
II 
Azərbaycan Cümhuriyyətinin Sülh Nümayəndə heyətinin üzvləri Sülh 
konfransının və onun komissiyalarının işinə cəlb olunsun. 
III 
Azərbaycan Cümhuriyyəti başqa dövlətlər kimi yüksək himayəsi altında 
olmaq istədiyi Millətlər Liqasının üzvləri sırasına qəbul edilsin. 
İngilis dilindən çevirəni: VİLAYƏT QULİYEV


60 
 
 
 
 
 
 
 
AZERBAIJAN AT PARIS PEACE 
CONFERENCE 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə