Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Bolşeviklərə qarşı türklərin köməyə çağrılması



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə38/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   34   35   36   37   38   39   40   41   ...   115
kitab20111201125922638

Bolşeviklərə qarşı türklərin köməyə çağrılması 
Biz əvvəlki bölmələrdə Azərbaycanlıların Rusiyanın apardığı keçmiş 
müharibələrdə iştiraklarından, habelə bu yaxınlarda başa çatmış müharibəyə könüllü 
alaylar göndərmələrindən bəhs etmişdik. 
Türkiyə hərbi qüvvələrini bolşeviklərə qarşı mübarizədə köməyə 
çağırdıqlarına görə Azərbaycanlıları günahlandırmaq doğru olmazdı. 
Belə bir addımın zəruriliyini başa düşmək üçün həmin dövr-Qafqazda, 
xüsusən də Azərbaycanda yaranmış vəziyyət üzərində düşünmək lazımdır. 
Bu həmin dövr idi ki, Transqafqaz hökuməti tənəzzülə uğramışdı. Rus 
orduları Qafqaz cəbhəsini tamamilə tərk etmişdilər, xarici qoşunlar Transqafqazı 
doldurmuşdular. Azərbaycanın paytaxtı Bakı və Respublikanın bir sıra əraziləri 
bolşeviklərin hakimiyyəti altında idi, onlar ağıllarına gələn cürbəcür kommunist 
eksperimentləri apararaq Azərbaycanın təbii sərvətlərini dağıdıb talan edir, əllərinə 
keçən hər şeyi daşıyıb aparırdılar. Bu talançılıqda canlı insanlar - azərbaycanlılar 
özləri də istisna deyildilər. Onları zorla Qırmızı Ordu sıralarına səfərbərliyə alırdılar. 
Bolşevik qoşunları artıq Kürdəmir və Ucar dəmiryol stansiyalarına 
çatmışdılar. Şamaxı, Lənkəran, Salyan və Göyçay şəhərləri ələ keçirilmişdi, 
qırmızılar yenicə təşkil olunmuş Azərbaycan hökumətinin müvəqqəti iqamətgahının 
yerləşdiyi Gəncəni (Yelizavetpol) təhdid edirdi. 
Yaxın qonşulardan – ermənilərdən, gürcülərdən və Şimali qafqazlılardan 
kömək gözləmək olmazdı; onların hamısının başı öz torpaqlarındakı problemlərə 
qarışmışdı. 
Belə bir vəziyyətdə azərbaycanlılar həm də dəniz səmtindən - Həştərxandan 
və Transkaspi bolşevikləri tərəfindən hədələnirdilər. Hələlik mütəşəkkil ordusu 
olmayan Azərbaycan rus hərbi birləşmələrinin Qafqazı tərk etməsindəndən sonra 
tamamilə silahsız qalmışdı, bütün silah ehtiyatlarını ermənilər və gürcülər əllərinə 
keçirərək öz aralarında bölüşdürmüşdülər. Heç bir dövlətlər qrupuna daxil olmayan 
Azərbaycan türk qoşunlarını çağırmaq məcburiyyəti qarşısında qaldı. Türk hərbi 
birliklərinin gəlişi azərbaycanlılara tez bir zamanda öz qüvvələrini səfərbər edərək 
Bakı şəhərini işğaldan azad edilməsinə imkan verdi. Bakının bolşeviklərdən 
təmizlənməsi zəngin neft və balıq sərvətləri olan, ən gur əhalini və məhsuldar ərazini 
Azərbaycan Respublikasının hakimiyyəti altına qaytardı. 
Bu hər iki tərəf üçün ölüm-dirim məsələsi idi. Azərbaycanlılar Türkiyənin 
yardımına yalnız özlərini müdafiə məqsədi ilə müraciət etmişdilər. Türkiyə isə öz 
növbəsində Azərbaycanın daxili işlərinə qarışmırdı. O, Qafqaz millətlərinin 


57 
konfederasiyasının yaradılması ideyasına xeyirxahlıqla yanaşırdı. Antanta dövlətləri 
sülh müqaviləsi imzalayan kimi türk qoşunları Azərbaycanı tərk etdilər. 


58 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə