Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə39/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   35   36   37   38   39   40   41   42   ...   115
kitab20111201125922638

XIV 
 
AZƏRBAYCANIN SÜLH NÜMAYƏNDƏLİYİ 
SİYASİ MÜSTƏQİLLİK TƏMAYÜLLƏRİ VƏ 
AZƏRBAYCANLILARIN ÜMİDLƏRİ 
Toxunduğumuz məsələlərin hamısı ilə bağlı fıkirlərimizi səmimi şəkildə 
açıqlayaraq bütün Azərbaycanlıların düşüncələrini ifadə edirik. 
Bizi hər şeydən daha çox bir məsələ maraqlandırır və Azərbaycan 
nümayəndə heyəti həmin məsələni Sülh konfransında aydınlaşdırmağı özünün borcu 
hesab edir. Biz Parisə gəlib Sülh konfransının işində iştirak edənə qədər nümayəndə 
heyətimizin başına açılan oyunlar haqqında danışmaq istəyirik. 
Azərbaycan nümayəndə heyəti bu il yanvar ayının 20-də İstanbula gəlmişdi. 
Fransaya isə yalnız aprelin 22-də yetişə bildik. Bu üç ay ərzində nümayəndə heyəti 
Parisə viza almaq üçün əbəs yerə əlləşib-vuruşurdu. Yanvar ayından aprelə kimi biz 
müttəfiq dövlətlərin siyasi və texniki nümayəndələrinə pasport və vizalar haqqında 
dəfələrlə müraciət etmiş, lakin heç vaxt qaneedici cavab almamışdıq. Biz bunu yalnız 
hazırladığımız memorandumun Sülh konfransına nə üçün gec təqdim edildiyini 
aydınlaşdırmaq üçün yazırıq. Lakin bu gecikməyə baxmayaraq ümid edirik ki, Böyük 
Antanta dövlətləri, eləcə də Sülh konfransı Prezident Vilsonun nəcib prinsipləri ilə 
siyasi mövcudluq hüququ qazanmış kiçik millətlərin bu yeganə himayəçiləri Qafqaz 
Azərbaycanı Cümhuriyyətinin gətirdiyi dəlil-sübutları diqqətlə öyrənəcəklər. 
Biz inanırıq ki, Sülh konfransı və onun yaratdığı Millətlər Liqası öz diqqətini 
bu memorandumdan əsirgəməyəcək və azərbaycanlıların tələblərini yetərincə öyrənib 
onlara əməl edəcəkdir. İnanırıq ki, azərbaycanlıların sülhsevər xalq olduqları, onların 
neytrallığa tam zəmanət vermələri, Qafqazdakı qonşuları ilə uzunmüddətli və dinc 
əməkdaşlıq şəraitindəki mövcudluqları nəzərə alınacaqdır. 
Bu bizim üçün ideal ictimai və siyasi həyat olardı. Uzunmüddətli narahatlıq 
və həyəcanlardan sonra həyatın demokratik prinsiplər əsasında öz məcrasına düşdüyü 
indiki şəraitdə öz respublika tipli dövlətini quran Azərbaycana hədsiz məhəbbət və 
sədaqət bütün azərbaycanlıların şüurlarına və qəlblərinə hakim kəsilmiş ən munis 
duyğulardır. 
Bu duyğular o qədər güclüdür ki, azərbaycanlılar xarakterlərinin 
sülhsevərliyinə baxmayaraq əldə silah ölkələrinin müstəqilliyini qorumağa, 
Azərbaycanı yeni Rusiya dövlətinin tərkibinə qatmağa çalışan sovet qüvvələrinə
yaxud Rusiyanı “vahid və bölünməz” imperiya kimi bərpa etməyə səy göstərən 
dairələrə hər cür müqavimət göstərməyə hazırdırlar. 
Federativ Respublika, yaxud Müəssislər Məclisi (burada ruslar mütləq 
əksəriyyət təşkil edəcəklər) bayrağı altında meydana çıxmasından asılı olmayaraq bu 
hökumətlərin ikisi də öz xüsusiyyətləri və süni quruluşları baxımından bizim üçün 
yad və qəbuledilməzdir. Onlara bağlanmaq bizi sadəcə özümüzə yad olan siyasi 


59 
həyatda yanlış yola salar və anlaşılmazlıqlar yaradar, ölkənin Rusiya hissəsi üçün 
səciyyəvi olan keçmiş və indiki anarxiyaya, sağçılığa və solçuluğa rəvac verər, bir 
sözlə, aradan qaldırılması hələ uzun illər tələb edən məşum nəticələrə gətirib 
çıxarardı. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə