Azərbaycan Paris Sülh Konfransında (1918-1920)


Köhnə Rusiya ilə münasibətlər



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə34/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   30   31   32   33   34   35   36   37   ...   115
kitab20111201125922638

Köhnə Rusiya ilə münasibətlər
 
Biz çar hökumətinin Azərbaycan əhalisinə münasibətdə necə hərəkət etməsi 
barəsində yuxarıda söz açmışdıq. Hökumətin ruslaşdırma siyasəti Azərbaycanlılara 
inamsızlıqla yanaşmağın nəticəsi olaraq meydana çıxmışdı. Bu şübhə və inamsızlıq 
özünü hərbi sahədə xüsusilə aydın göstərirdi. Elə buna görə də müsəlmanlar hərbi 
qulluğa çağırılmır, əvəzində isə xüsusi vergi ödəyirdilər. Bununla bir sırada, yenə də 
özünün həmin rəsmi sənədlərində də dövlət bəyan edirdi ki, müsəlmanlar sülhsevər, 
etibarlı, ziyansız adamlardır. Aydındır ki, burnundan uzağı görməyən çar hökuməti 
hər dəfə dövlət təhlükə qarşısında qalanda Azərbaycanlıların könüllü şəkildə həyata 
keçirilən müxtəlif aksiyalarda iştirakını tamamilə dana bilməzdi. Burada rus-yapon 
savaşını və digər müharibələri xatırlatmaq yerinə düşərdi. Şübhə və inamsızlığa görə 
rus ordusu sıralarına yaxın buraxılmayan azərbaycanlılar həmin müharibələr zamanı 
xüsusi könüllülər hissəsində birləşdilər və hərbi əməliyyatlarda yaxından iştirak 
etdilər. Onların bir hissəsi əbədilik olaraq Mancuriya çöllərində qaldılar. 
Azərbaycanın Rusiyaya yardımı bu son müharibədə (Birinci Dünya müharibəsi 


52 
nəzərdə tutulur - tərc.) də kifayət qədər əhəmiyyətli idi. Müharibə başlayan kimi, 
istisnasız olaraq azərbaycanlılardan təşkil edilmiş iki könüllülər alayı yaradıldı. 
Məşhur “vəhşi diviziyanın” tərkibində vuruşan həmin alaylar Qalitsiyada qeyri-adi 
qəhrəmanlıqlar göstərdilər. Bundan əlavə, inqilaba qədərki rus ordusunda bir sıra son 
dərəcə mühüm və məsuliyyətli vəzifələri böyük şücaətləri ilə tanınmış azərbaycanlı 
generallar tuturdular. Onların sırasında Şərqi Prussiyanı ələ kcçirmiş süvari 
qoşunlarına komandanlıq edən general Xan Naxçıvanskinin adını çəkmək olar. 
Azərbaycan ordusunun indiki baş komandanı general Mehmandarov Riqaya, 
almanların üzərinə göndərilən ordu korpusuna rəhbərlik edirdi. General Şıxlinski 
Rusiya ordusunun ali baş komandanının Qərargahının sərəncamına göndərilmiş, sonra 
isə Müvəqqəti hökumət tərəfindən 9-cu ordunun komandanı vəzifəsinə təyin 
edilmişdi. Bunlardan əlavə, briqada generalı Yusubovun və müxtəlif rütbəli iki 
yüzdən artıq zabitin adlarını çəkmək olar. Onlardan bəziləri döyüş meydanında 
qəhrəmanlıqla həlak olmuş, bir çoxları göstərdikləri sədaqət və şücaətə görə Georgi 
xaçı və fəxri silahla təltif edilmişdilər. 
Azərbaycan əhalisi öz növbəsində yaralı və xəstə əsgərlər üçün maddi vəsait 
toplamış, səhra qospitalları təşkil etmiş, xüsusi ilə Bakıda və Gəncədə müharibənin 
sahibsiz qoyduğu uşaqlar üçün çoxlu yetimxanalar açmışdı. 
Bunların hamısı könüllü şəkildə edilirdi və azərbaycanlılar böyük azadlıq 
uğrunda birgə mübarizədə bu yardımı özlərinin borcu sayırdılar. 
Keçmiş Rusiyanın bütün xalqlarını əzilən insanların azadlığa çıxarılması 
coşqusu və yeni həyatlarını öz müqəddəratını təyin etmə prinsipi əsasında qurmaq 
ümidləri bürüdüyü bir dövrdə azərbaycanlılar bu mübarizədən kənarda qala 
bilməzdilər. Az qala yadelli hesab edilmələrinə, milli hisslərinin, dini 
mənsubiyyətlərinin və mədəni ehtiyaclarının nəzərə alınmamasına, vergi 
ödəmələrinin və hökumətin qayda-qanunlarına itaət etmələrinin müqabilində heç bir 
hüquqa malik olmamalarına baxmayaraq, son müharibədə onlar Rusiya dövlətinə öz 
ctimadlarını qoruyub saxlamışdılar. 
Milli varlığı tapdanan, yalnız milli mənsubiyyətinə görə nifrətlə yad olunan, 
sıxışdırılan, gündəlik və zəruri ehtiyacları nəzərə alınmayan bir xalq nə qədər 
dözümlü olsa da, özünə qarşı yol verilmiş təhqirləri heç vaxt unutmayacaq. 
Nifrətlə xatırlanan Rusiya hakimiyyəti və onun bədnam dövləti artıq 
devrilmişdir. İndi azərbaycanlılar hər şeydən daha çox özlərinin ictimai və siyasi 
muxtariyyətləri haqqında düşünürlər. Belə bir şəraitdə milli hisslərin yenidən 
dirçəldilməsi Azərbaycan xalqının milli özünəməxsusluğunun, mövcudluq 
fəaliyyətinin tamamilə yox edilməsinin qarşısını almaq üçün kütlələrin nəzərində 
yeganə yoldur. Yüz ilə yaxın Rusiya əsarəti altında qalmış Azərbaycanda hakim rus 
şovinistlərinin bu xalqın düşüncə tərzini, siyasi və mədəni ideallarını, ruhunu 
dəyişmək, onu slavyan irqinin təsiri altına salmaq cəhdləri azərbaycanlılar tərəfindən 
hər zaman barışmaz şəkildə qarşılanmış və həmişə
ciddi müqavimətlə üzləşmişdir. 
Mənşə müxtəlifliyi xalqlarımız arasındakı anlaşılmazlığın və qarşılıqlı 


53 
məlumatsızlığın əsas mənbəyi olmuşdur. Bu xalqlar bir-birlərini başa düşmürdülər və 
elə faktın özü aydın göstərir ki, iki millətin yolu tamamilə fərqli idi. 
Azərbaycanlılar ümumbəşəri tərəqqiyə mövcud bazisin hər hansı bir 
sıçrayışsız təkamülü prosesi kimi, burada siyasi və ictimai həyatla, əxlaq normaları ilə 
ziddiyyət təşkil edən amillərin rol oynamadığı məntiqi inkişafı kimi baxırlar. Ruslarla 
azərbaycanlıların fikirləri, yaşayış tərzləri, milli mənşələri arasındakı əsaslı fərqlər də 
iqlim şəraitinin, coğrafi, etnik və tarixi şəraitin, davranış və din müxtəlifliyinin zəruri 
yekunu kimi bu baxış müxtəlifliyindən irəli gəlir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə