Azərbaycan Paris Sülh Konfransında (1918-1920)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə29/115
tarix29.05.2023
ölçüsü1,12 Mb.
#114058
1   ...   25   26   27   28   29   30   31   32   ...   115
kitab20111201125922638


 
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ƏRAZİSİ VƏ ƏHALİSİNİN SAYI 
Ərazinin sahəsi 
Təqdim olunmuş memoranduma əlavədə ərazinin sahəsi, Cümhuriyyətin 
sərhədləri və əhalisi haqqında dəqiq statistik məlumatlar verilmişdir. 
Mcmoranduma əlavə olunmuş xəritədən də göründüyü kimi, indi Respublika 
hökumətinin tabeliyində olan ərazi şərqdə Xəzər dənizi, şimalda Dağıstan, Şimali 
Qafqaz və Gürcüstan, qərbdə Gürcüstan və Ermənistan, cənubda İranla həmsərhəddir. 
Azərbaycan Cümhuriyyəti hökumətinin həqiqi hakimiyyəti altında olan ərazi 
83.278.66 kv. verst
*
, yaxud 94.137.38 kv. km-dir. Bu bütün Transqafqazın 217.408 
kv. verst, yaxud 247.376,15 kv.km. olan ümumi ərazisinin 39 faizini təşkil edir. 
Əgər biz hələlik Azərbaycanın hakimiyyətinin yayılmadığı əraziləri də 
buraya əlavə etsək, onda cümhuriyyətin ümumi ərazisi 132.003.25 kv. verst, yaxud 
150.184.88 kv.km. olar ki, bu da bütün Transqafqazın 60 faizini təşkil edir. 
Əhali 
Azərbaycan Cümhuriyyəti əhalisinin sayı yuxarıda göstərilən ərazilərə 
müvafiqdir. Əhalinin sayı haqqındakı məlumatlar Rusiyanın rəsmi statistikasından 
götürülmüşdür. Bu məlumatlar bir qayda olaraq qeyri-dəqiqliyi ilə seçilir və 
bütünlükdə çox əvvəllər çap olunmuşdur. 
Rusiyada əhalinin axırıncı siyahıya alınması 1897-ci ildə keçirilmişdir. 
Təəssüf ki, biz həmin siyahıyaalmanın nəticələrindən istifadə etməli oluruq, lakin 
daha dəqiq nəticələr əldə etmək üçim aradan keçən iyirmi il müddətində Azərbaycan 
əhalisinin sayını 25% artırırıq. Əgər bütün Transqafqaz ərazisində hər iki cinsdən 
ibarət olan əhalinin sayını götürsək, burada 8.081.668 nəfərin yaşadığını görərik. 
Onların yarıdan çoxu Azərbaycanın payına düşür ki, bu da əhalimizin ümumi sayının 
4.617.671 nəfərə çatdığını
 
göstərir. 
Həmin əhalinin 3.481.889 nəfəri azərbaycanlı - müsəlman, 795,312 nəfəri 
erməni, 26,585 nəfəri gürcü, 310.885 nəfəri başqa millətlərin (ruslar, almanlar, 
yəhudilər və b.) nümayəndələridir. Təfərrüatlı izahlarla müşayiət olunan statistik 
cədvəllər və xəritələr Transqafqazın, xüsusən də Azərbaycanın əhalisinin etnik 
baxımdan yerləşməsi və sayı haqqında aydın təsəvvür yaradacaqdır. Lakin bu 
cədvəllərdə Rusiyanın rəsmi statistikası üçün səciyyəvi olan bir sıra qüsurlar da yox 
deyildir. 
*
1 verst 1067 metrə bərabərdir. 


46 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə