Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ


AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 174



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
Albom1918 az

AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 174


49
FÖVQƏLADƏ TƏHQIQAT KOMISSIYASININ SƏDRINƏ
BAKI ŞƏHƏRININ MÜSƏLMAN ƏHALISINƏ QARŞI TÖRƏDILMIŞ 
ZORAKILIQLAR HAQQINDA 
HƏMIN KOMISSIYANIN ÜZVÜ A.Y.KLUGE TƏRƏFINDƏN 
MƏRUZƏ
1918-ci  ilin  yanvarında  general  Talışınskinin  başçılığı  ilə  yaradılmaqda 
olan müsəlman korpusunun qərargahı Bakı şəhərinə gəlmişdi. Qərargahın 
rus  zabitləri  arasında  guya  əvvəllər  jandarmeriyada  xidmət  etmiş  şəxslə
-
rin  olduğunu  bəhanə  gətirərək,  müsəlman  korpusunun  bütün  qərargahı 
əksəriyyətini  ermənilər  təşkil  etdiyi  bolşeviklər  tərəfindən  həbs  edilmişdi. 
Ermənilərin “Daşnaksütun” partiyası, Sovet hakimiyyətini tanıyaraq və son
-
rakı  hadisələrdən  də  göründüyü  kimi,  müsəlmanlarla  mübarizə  aparmaq 
məqsədilə  bolşevik  partiyası  ilə  birləşmişdi.  Ermənilər  müsəlman  qərar
-
gahının həbsi ilə müsəlmanları bolşeviklərə və nəticə etibarilə, ermənilərə 
qarşı  silahlı  üsyana  sövq  etməyə  çalışırdılar.  Müsəlmanların  çıxış  etmədi
-
yini  görən  ermənilər  müsəlmanlara  qarşı  zorakılıqlar  törətməyə,  həm  də 
köməksiz  qoca,  qadın  və  uşaqları  qarət  etməyə  və  qətlə  yetirməyə  baş
-
ladılar.  Vəziyyət  o  yerə  çatdı  ki,  müsəlmanlar  hətta  Bakı  vağzalında  belə 
görünə bilmirdilər; dəmir yolu ilə getmək istəyənlər Bakı vağzalında ermə
-
ni  əsgərləri  tərəfindən  öldürülməmək  və  qarət  olunmamaq  üçün  şəhərə 
yaxın dəmir yolu stansiyalarından birinə faytonla getməli olurdular. 
Müsəlmanlar çox gözəl başa düşürdülər ki, ermənilər onları silahlı çıxı
-
şa  təhrik  edirlər,  lakin,  qardaş  xalqların  qırğınına  səbəb  olan  müharibəni 
və onun nəticələrini arzu etməyərək, hər şeyə dözməyə çalışırdılar. Müsəl
-
manların  mitinqlərində  və  məscidlərdə  keçirdikləri  yığıncaqlarında  iştirak 
edən Bakının görkəmli xristian ictimai xadimlərinin sözlərinə görə, müsəl
-
man  natiqlərin  hamısı  müsəlman  xalqını  təmkinli  olmağa,  əziyyətlərə  və 
zorakılıqlara  səbirlə  dözməyə  çağırırdılar.  Natiqlər  xalqa  izah  edirdilər  ki, 
ermənilər  müsəlmanları  açıq  çıxışlara  məcbur  etməyə  çalışırlar  ki,  sonra 
özləri onların üzərinə hücum etsinlər. Müsəlmanların davranışlarından gö
-
rünürdü  ki,  onlar  ermənilərlə  baş  verə  biləcək  böyük  toqquşma  haqqın
-
da  dəhşətlə  düşünürdülər  və  hər  bir  vəcdlə  belə  bir  vəziyyətin  qarşısını 
almağa çalışırdılar. Müsəlmanların nümayəndələri, bolşeviklərə qarşı birgə 
hərəkət etmək məqsədilə dəfələrlə ermənilərlə ittifaq bağlamağa çalışsalar 
da, ermənilər hər dəfə bundan yayınırdılar. (cild I, v. 154) 
Eynə  zamanda,  demək  olar  ki,  bütün  ermənilərin  şəhərin  müsəlman 
hissəsindən  erməni  hissəsinə  köçməsi  nəzərə  çarpırdı;  şəhərin  müsəlman 
hissəsində yalnız ruslar, gürcülər və digər xristianlar qalmışdı ki, ermənilər 
dəfələrlə  onlara  da  buradan  köçməyi  məsləhət  görürdülər.  Belə  hallar  da 
olmuşdu ki, ermənilər Bakıda, mart ayında qarışıqlıqların ola biləcəyi haq
-
da müsəlmanları xəbərdar edərək, onlara ailələrini bağ evlərinə aparmağı 
məsləhət görmüşlər. (c. I, v.1; c. II, v. 3)
Silahla ehtiyatsız davranması səbəbindən həlak olmuş yoldaşları Məm
-
məd  Tağıyevin  cənazəsini  Bakıyadək  müşayiət  etmiş  müsəlman  diviziyası
-
nın  kiçik  dəstəsi  1918-ci  il  martın  17-də  Lənkərana,  geriyə  yola  düşürdü. 
Gəminin getməsinə az qalmış silahlı bolşeviklər limana gəldilər, müsəlman 
diviziyasından tərksilah olunmalarını tələb etdilər və divizion silahları təhvil 
verməkdən  imtina  etdikdə,  tüfənglərdən  və  pulemyotlardan  atəş  açdılar. 
Ertəsi  gün,  bazar  günü,  mart  ayının  18-də  şəhərin  aşağı,  erməni  hissə
-
sində  silahlı  erməni  əsgərləri  görünməyə  başladı;  onlar  bütün  küçələrdə 
səngərlər  qazmağa,  torpaq  və  daşlardan  təpələr  düzəltməyə  başladılar. 
Bunu  görən  müsəlmanlar  da  öz  növbəsində  bəzi  küçələrdə  səngər  qaz
-
mağa başladılar, lakin yenə də ümid edirdilər ki, toqquşma baş verməyə
-
cək və hər şey danışıqlarla yoluna qoyulacaqdır. Elə həmin gün “İsmailiyyə” 
Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlmanların iclası keçirilirdi 
və bu iclasa Bakının keçmiş şəhər rəisi Hayk Ter-Mikaelyans gələrək Ermə
-
ni  Milli  Şurası  və  “Daşnaksütun”  partiyasının  adından  bildirmişdir  ki,  əgər 
müsəlmanlar bolşeviklərə qarşı çıxış edərlərsə, ermənilər də müsəlmanlara 
qoşular  və  bolşeviklərin  Bakıdan  qovulmasında  onlara  kömək  edərlər.  (c.I 
v.44; c.II, v.3,49)
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
50
Ertəsi gün, bazar ertəsi, martın 19-da, sübh tezdən şəhərin müsəlman 
hissəsinə  əsil  hücum  başlandı;  bu  vaxt  ermənilərin  onlara  qarşı  səmimi 
münasibəti  barəsində  yalan  vədlərinə  arxayın  olan  müsəlmanlar  hələ 
yatırdılar;  bu  hücumda  yalnız  erməni  əsgərləri  iştirak  edirdilər.  Eyni  za
-
manda  ermənilərin  təhriki  sayəsində  şəhərin  müsəlman  hissəsini  hərbi 
gəmilər mərmilərlə atəşə tuturdu, çünki ermənilər rus matroslarını inan
-
dırmışdılar ki, müsəlmanlar rus əhalisini qırırlar. Sonradan, müsəlmanların 
ruslara toxunmadığına əmin olanda, matroslar toplardan atəş açmağı da
-
yandırdılar. 
Hücum çoxlu sayda pulemyotların dəstəyi ilə yaxşı silahlanmış, təlim keç
-
miş erməni əsgərləri tərəfindən şəhərin ucqarlarında, əvvəlcə, yalnız müsəl
-
manların  məskunlaşdığı  “Məmmədli”  və  “Poxlu  Dərə”  adlanan  yerlərdə 
aparılırdı;  Şəhərin  adı  çəkilən  yerlərində  ermənilər  müsəlmanların  evlərinə 
soxulur, bu evlərin sahiblərini qətlə yetirir, onları qılınc və xəncərlə doğrayır 
və  bədənlərini  süngülərlə  dəlik-deşik  edir,  uşaqları  yanan  evin  alovuna  atır 
və üç-dörd günlük körpələri süngülərə keçirirdilər. Demək olar ki, qaçan va
-
lideynlərin qoyub getdiyi bütün südəmər körpələri öldürür, valideynlərin öz
-
lərini isə haqlayaraq, küçədə qətlə yetirirdilər. Şəhərin bu hissələrində demək 
olar ki, elə bir ev yoxdur ki, bu evdə ermənilər müsəlmanların hamısını qır
-
masın və çox az sayda müsəlman öz həyatını xilas edə bilmişdir. Ermənilər, 
müsəlmanları  qırmaqla  yanaşı,  onların  əmlakını  da  məhv  edir,  qiymətli  əş
-
yaları  isə  özləri  ilə  aparırdılar.  Sonradan,  təkcə  bir  yerdə,  torpaqda  qulaq
-
sız,  burunsuz,  qarnı  yarılmış  və  uşaqlıq  yolu  kəsilərək  çıxarılmış  57  müsəl
-
man  qadının  cəsədi  aşkar  edilmişdir.  Şahidlər  deyirlər  ki,  ermənilərin  hansı 
səbəbdənsə öldürməyə macal tapmadıqları qadınları hörükləri ilə bir-birinə 
bağlayır  və  başıaçıq,  ayaqyalın  əsir  aparırdılar,  onları  yolboyu  tüfənglərinin 
qundaqları ilə döyürdülər. (c.I v.51,61, 165; c.II, v.3)
Şəhərin  bu  hissələrində  qətlə  yetirilmiş  müsəlmanların  sayını  müəyyən 
etmək  çətindir,  belə  ki,  çoxlu  sayda  evlər  vardır  ki,  sakinlərinin  hamısı  er
-
mənilər tərəfindən ucdantutma qətlə yetirilmişdir və indi bircə nəfər sakin 
qalmamışdır ki, qətlə yetirilənlərin adlarını öyrənmək mümkün olsun. 
Şəhərin  digər  müsəlman  hissələrində  erməni  əsgərləri  pulemyotların 
hesabına sürətli hücuma keçirdilər və müsəlmanları hər hansı bir məhəllə
-
dən sıxışdırıb çıxararaq, evlərə soxulur, müsəlmanları qətlə yetirir, sonra isə 
qarət edirdilər. Bu zaman ermənilər nə yaşı, nə də cinsi nəzərə almırdılar. 
Məsələn, Hacı Əmir Əliyevin evinə soxularaq, onun özünü - 80 yaşlı qoca
-
nı, onun 60 yaşlı bir və 70 yaşlı digər arvadını öldürmüş, üç azyaşlı körpəni 
doğramış və Əliyevin gəlinini, 25 yaşlı qadını diri-diri divara mıxlamışdılar. 
(c. II, v.3)
Hücum  edən  erməni  əsgərlərinə,  əsas  etibarilə,  erməni  ziyalılarının  nü
-
mayəndələri  başçılıq  edirdilər.  Belə  dəstələrdən  biri  Nikolayevskaya  küçə
-
sində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir. 
Başqa  bir  dəstə  Bala  Əhməd  Muxtarovun  Persidskaya  küçəsində  yerləşən 
evinə  girərək,  müsəlman  ziyalılarının  doqquz  nümayəndəsini  küçəyə  çıxar
-
mış və Sobornaya meydanında güllələmişdir. Həmin evdə doktor Tağıyevin 
bolşeviklərin  hakimiyyətini  tanıdığını  sübut  edən  sənədi  çıxararaq  erməni 
əsgərlərinə təqdim etdikdə, əsgərlər daşnaksakan olduqlarını və bolşevikləri 
tanımadıqlarını söyləyərək onu güllələmişdilər.
Bala Əhməd Muxtarovun evində tutulan və sonradan güllələnən şəxslə
-
rin  arasında  bu  binanın  sahibi,  polkovnik  Tabasaranski,  rotmistr  Sultan  bəy 
Əmircanov,  doktor  Kərim  bəy  Sultanov,  Cavad  bəy  Aşurbəyov  və  başqaları 
var idi; Sultanovun və Aşurbəyovun cəsədləri “Dağıstan” mehmanxanasının 
yanan binasının içinə atılmışdı. (c.I, v.45; c.II, v.4)
Mart qırğınlarında yaxşı təşkil edilmiş hərbi hissələrlə yanaşı “Daşnaksü
-
tun”  partiyasının  üzvləri  də  iştirak  edirdilər;  bu  hal  həm  şahidlərin  ifadələri 
ilə, həm də fəhlə, əsgər və matros deputatları Sovetinin iclaslarından birində 
Sovetin sədri Stepan Şaumyanın qırğınlarda daşnaksakanların iştirakını açıq 
etiraf etməsi ilə sübut olunur. Bununla belə, artıq qırğınlar dayandırıldıqdan 
sonra, erməni ziyalı cəmiyyətinin bir çox nümayəndələri qəribə bir inadla id
-
dia edirdilər ki, mart qırğınlarında erməni təşkilatları və erməni ziyalıları çıxış 
etməmişlər, qarətlərlə isə erməni qara camaatı və cəbhədən geri dönərkən 
müsəlmanların onları öz evlərinə, öz kəndlərinə buraxmadığına görə müsəl
-


51
manlardan qisas alan ayrı-ayrı əsgərlər məşğul olmuşlar. (c.I, v.153)
Mart hadisələri zamanı 11 minə yaxın müsəlman qətlə yetirilmişdir; on
-
ların əksəriyyətinin cəsədi aşkar edilməmişdir, çünki ermənilər onları yanan 
evlərin içinə, dənizə və quyulara atmışlar. (c. II, v. 3)
Heydər Qulu Quliyevin dediyinə görə, o, şəhərin bir neçə rayonlarında 
müsəlman  mənzillərinə  baş  çəkərkən  dəhşətli  dərəcədə  eybəcər  hala  sa
-
lınmış meyitlərə rast gəlmişdir. Məsələn, o, öz bacısı oğlu Bəşər Cəfərovun 
cəsədini  başı  bədənindən  ayrılmış,  qolu  kəsilmiş  halda  və  bədənində  üç 
süngü yarası ilə tapmışdı, həm də onun başını harasa aparmışdılar. Sonra 
o,  cinsiyyət  orqanı  kəsilmiş  kişi  cəsədini,  onun  cinsiyyət  orqanının  yaxın
-
lıqda öldürülmüş müsəlman qadının ağzına qoyulmuş vəziyyətdə görmüş
-
dü.  Digər  yerdə  boğazı  kəsilmiş  gənc  müsəlman  qadın  uzanmışdı,  onun 
sinəsi üzərinə isə xəncərlə doğranmış bir yaşlı oğlan uşağı elə vəziyyətdə 
qoyulmuşdu  ki,  uşağın  ağzı  qadının  döşünün  giləsində  olsun.  Bətnindən 
körpələri yarılıb çıxarılmış, döşləri, burnu, qulaqları kəsilmiş, uşaqlıq yoluna 
paya sancılmış müsəlman qadınların cəsədlərinə rast gəlinirdi. Bir yerdə isə 
od pilətəsinin üzərində dəhşətli əzablardan can vermiş körpənin yanıb qa
-
ralmış cəsədi tapılmışdı. Digər yerdə isə ağac paya ilə qarnından torpağa 
mıxlanmış oğlan uşağının cəsədi uzanıb qalmışdı. Bir çox qadınların vəziy
-
yətindən görünürdü ki, onlar ölüm qabağı təcavüzə məruz qalmışlar. (c.II, 
v. 18; c.I, v.12)
Martın  24-də  Fəhlə,  Əsgər  və  Matros  Deputatları  Sovetinin  keçmiş 
üzvü, “Nikolay Bünyadov” gəmisinin komandir köməkçisi Kazım Axundova 
Bakı  şəhərinin  “Çəmbərəkənd”  adlanan  dağlıq  hissəsinin  müdafiəsi  üçün 
təyyarəçi  Rozenblümun  rəhbərliyi  altında  10  silahlı  matros  göndərilmişdi. 
Axundov,  martın  25-dən  Nikolayevskaya  küçəsindən  cəsədlərin  yığışdırıl
-
masına  başlamışdır,  bu  zaman  süngülərlə  dəlik-deşik  edilmiş  və  qılıncla 
doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 qız – gimnaziya 
tələbələri,  bir  rus  qadın,  3  yaşından  5  yaşınadək  üç  müsəlman  oğlan,  8 
nəfər  rus  kişi,  19  nəfər  iranlı  təbəələr  -  müsəlmanın  və  müxtəlif  peşə  sa
-
hibləri olan 67 azərbaycanlı müsəlmanın cəsədlərini yığışdırmışdır.
Sadalanan  cəsədlər  avtomobillərdə  məscidlərə  aparılmışdır.  Bundan 
əlavə,  “Vulkan”  cəmiyyətinin  köhnə  limanına  6748  müsəlman  kişi,  qadın 
və  uşaq  meyitləri  gətirilmişdir.  Şəhərin  “Məmmədli”,  “Poxlu  Dərə”  rayon
-
larından  müsəlmanların  cəsədləri  qəbiristanlığa  daşınmışdır,  bununla  belə 
cəsədlərin yığışdırılması yalnız mart ayının 31-də başa çata bilmişdir. Axun
-
dov  öz  tanışı  texnik  Vladimir  Sokolovu  “Kərpicxana”  adlı  yerə  aparmış  və 
Sokolov burada üç fotoşəkil çəkmişdir. Birinci şəkildə başından güllə yarası 
almış, bədənində beş süngü yarası olan, sağ körpücük sümüyü sındırılmış 
qadın  meyiti  çəkilmişdir;  meyitin  sağ  döşünün  üstündə  ayağından  süngü 
yarası almış, hələ sağ olan körpə uzanmışdır və anasının döşünü əmirdi.
İkinci  şəkildə  7-8  verşok  uzunluğunda  iri  Kazaçkov  mismarı  ilə  divara 
mıxlanmış iki yaşında körpə təsvir olunmuşdur; mismarın papağından gö
-
rünürdü ki, o divara yaxınlıqda yerə atılıb qalmış daşla vurulmuşdur.
Üçüncü şəkildə 13-14 yaşlarında qızın meyiti çəkilmişdir və qızın vəziy
-
yəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı qal
-
mış  ayaqlarının  arasındakı  döşək  qanla  örtülüb;  onun  boynunda  barmaq 
izləri görünür.
Axundov Sokolovla birlikdə dördüncü evə daxil olduqda, onların qarşı
-
sında  aşağıdakı  səhnə  açılmışdı:  böyük  otağın  döşəməsində  22-23  yaşla
-
rında  çılpaq  qadının,  iki  qarının,  altı  yaşında  qızın,  səkkiz  yaşlı  oğlanın  və 
südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi. 
Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoşəkil çək
-
məyə davam etməkdən imtina etmişdir. (c.II, v. 49-52)
“Daşnaksütun”  erməni  inqilabi  partiyasının  Bakı  mərkəzi  komitəsinin 
orqanı  olan  “Vperyod”  qəzetinin  33-cü  nömrəsində  Erməni  milli  şurası, 
mart  hadisələrini  öz  istədiyi  kimi  təsvir  etməyə  çalışaraq,  bəyan  edir  ki, 
“Daşnaksütun”  partiyasının  fəal  dəstəyi  nəticəsində  müsəlmanlar  Erməni 
milli şurasının müdafiəsi altına alınmışlar; guya Şura müsəlman vətəndaş
-
ların müdafiəsi və himayəsi üçün hətta öz səlahiyyətli nümayəndəsini təyin 
etmişdir. Himayə olunan müsəlmanların əksəriyyəti şüurlu əsgər element
-
ləri və erməni partiyalarının nümayəndələri tərəfindən xilas edilmişdir. Sülh 
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
52
və  əmin-amanlıq  bərqərar  olduqdan  sonra  müsəlmanlar  şəhərin  erməni 
hissəsindən müsəlman hissəsinə yola salınmışlar.
Əsir  müsəlmanların  Erməni  milli  şurası  tərəfindən  himayə  olunanların 
saxlanılması üçün ayrılmış Mailov teatrına, “Rekord” teatrına və digər yer
-
lərə necə aparıldığı aşağıdakı faktlardan görünür:
Martın 19-da, günorta saat 3-də, Ağa Hüseyn Babayevin Nikolayevskaya 
və Zavedenskaya küçələrinin kəsişməsində yerləşən evinə 14 erməni əsgəri 
gəlmiş və onların dediyinə görə, bu evdə gizlədilən 11 ədəd tüfəngi axtar
-
mağa  başlamışlar.  Yalnız  bir  tüfəng  tapmış  ermənilər  bu  evdə  yaşayan  Əs
-
həddin Mustafayevi, onun əmisi Məcidulla Osman oğlunu, Rəhim Rəhimxan 
oğlunu,  Ağa  Hüseyn  Babayevi,  doktor  Nərimanovun  qardaşını  və  mühən
-
dis Sərkisyanın bağbanını həbs etmişlər. Mühəndis Sərkisyan mart hadisələri 
başlamazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan 
hissəsinə köçmüş, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində qoy
-
muşdur.  Həbs  olunanları  Nikolayevskaya  küçəsi  ilə  aşağıya  aparmış  və  yo
-
lüstü ağ bayraqla gedən üç nəfər yaşlı müsəlmandan ibarət nümayəndələri 
də  həbs  etmişlər.  Velikoknyajeskaya  prospektinə  çatdıqda,  erməni  əsgərləri 
əsir  götürülənlərin  hamısını  Kələntərov  pasajının  qarşısında  bir  sıraya  düz
-
müş və tüfənglərdən onlara yaylım atəşi açmışlar. Əshəddin Mustafayev və 
Məcidulla Osman oğlundan başqa qalanlar hamısı qətlə yetirilmişlər: onlar
-
dan birincisi partlayan güllə ilə sağ qolundan və sağ böyründən, ikincisi isə 
partlayan  güllə  ilə  sağ  ayağından  yaralanmışdı.  Təsvir  edilən  güllələnməni 
törədən  dəstənin  başçısı  Ofitserskaya  küçəsindəki  ev  sahibinin  oğlu  zabit 
Sergeyev idi. (c. I, v. 42)
Elə həmin günün axşamı silahlı ermənilər Bondarnaya küçəsi, 148 №-li 
evə  girmiş  və  orada  50  nəfər  müsəlman  qadın,  uşaq  və  kişini  yaxalaya
-
raq  onların  hamısını  qarət  etmiş,  sonra  isə  Birja  meydanı  istiqamətində 
əsir aparmışlar. Ermənilər bu meydana gələrək, həmin dəstədən bütün ki
-
şiləri  ayırmış  və  onları  ayrıca  aparmış  və  12-ci  lazaretin  qarşısında  onlara 
tüfənglərdən yaylım atəşi açmış, sonra isə süngülərlə sağ qalanların axırı
-
na çıxmışlar. Əsirlərin bu dəstəsində olan on dörd yaşlı Məmməd İbrahim 
Məşədi Mövlət oğluna 2 güllə və 18 süngü yarası vurulmuşdur; o, ermə
-
nilər getdikdən sonra sanitarlar və şəfqət bacıları tərəfindən 12-ci lazaretə 
aparılmış  və  orada  onun  həyatını  xilas  etmək  mümkün  olmuşdur.  Məm
-
məd İbrahimlə birlikdə gedən Məşədi Əli Cəlalzadənin qoluna və qasığına 
iki güllə vurulmuş və dörd süngü zərbəsi kürəyinə və bir süngü zərbəsi isə 
ayağına endirilmişdir; o da həmçinin 12-ci lazaretə çatdırılmış və onu sa
-
ğaltmaq mümkün olmuşdur. (c. I, v. 35, 48)
Müsəlmanların  bu  cür  əsir  aparılması  Bakı  şəhəri  Azərbaycan-Türk  qo
-
şunları  tərəfindən  alınan  günədək  ermənilər  tərəfindən  həyata  keçirilmiş
-
dir.  Məsələn,  1918-ci  ilin  avqust  ayının  sonunda  Bakı  sakini  Sadıq  bəy 
Məmməd  Rza  bəy  oğlu  Bakıdan  çıxaraq  Pirşağıya  ailəsinin  yanına  gedir
-
miş. Məmmədli kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə 
yaxın  digər  müsəlmanları  əsir  götürmüş  və  onları  Zabrat  kəndinə  apar
-
mışdır. Oradaca onların hamısını kəndirlə bir-birinə bağlayaraq, tüfənglər
-
dən onlara atəş açmışlar. Onların hamısı yerə yıxıldıqdan sonra isə, süngü, 
xəncər və qılıncla axırlarına çıxmışlar. Bir güllə yarası, iki xəncər yarası, 18 
süngü yarası və iki qılıncla vurulmuş yara alan Sadıq bəy Ramana kəndinin 
xəstəxanasına çatdırılmış və orada onu müalicə etmək mümkün olmuşdur. 
(c. I, v. 11)
Erməni  ziyalıları,  köməksiz  müsəlmanları  qırmaqla,  dənizçiləri  və  qızıl 
ordunun əsgərlərini onların üzərinə qaldırmaq istəyirdilər. Məsələn, martın 
19-da  səhər  İran  konsulu  və  dənizçi  Natanson  qalaya  gəlmiş  və  müsəl
-
manların  nümayəndələrinə  bildirmişlər  ki,  şəhərdə  müsəlmanların  Qalada 
olan bütün rusları, habelə erməniləri qırdıqları barədə şayiələr gəzir. Buna 
cavab  olaraq  müsəlmanların  nümayəndələri  onların  hər  ikisini,  aralarında 
ermənilərin də olduğu, 240 xristian kişi, qadın və uşaqların qaldığı Mir Əli 
Nağı  Hüseynovun  evinə  gətirmişlər.  Xristianlarla  yaxşı  rəftar  olunduğuna 
və  yeməklə  təmin  edildiklərinə,  və  onların  mərmilərdən  qorunmaq  üçün 
Hüseynovun  evinə  könüllü  surətdə  gəldiklərinə  əmin  olduqdan  sonra, 
Natanson  və  konsul  çıxıb  getmişlər.  Üç  saatdan  sonra  onlar  yenidən  geri 
qayıtmış  və  bildirmişlər  ki,  erməni  ictimai  xadimlərindən  iki  nəfər  onlara 


53
telefonla belə xəbər vermişdir ki, onlar, yəni konsul və Natanson Qaladan 
çıxıb  getdikdən  sonra,  müsəlmanlar  bütün  xristianları  qırmışlar.  Özlərinin 
qəsdən  aldadıldıqlarına  əmin  olan  konsul  və  Natanson  ermənilərin  hücu
-
munun  qarşısını  almaq  üçün  Qalada  20  matros  saxlamış,  özləri  isə  çıxıb 
getmişlər. (c. II, v.1)
Martın  20-də  üç  erməni  əsgərinin  müşayiət  etdiyi  erməni  zabiti  Tate
-
vos Əmirov “Kaspi” qəzetinin redaksiyasının binası ilə “İsmailiyyə” Müsəlman 
Xeyriyyə  Cəmiyyətinin  binası  arasında  olan  dalana  gəlmiş  və  “İsmailiyyə”nin 
binasına  girmişdir;  bir  müddət  sonra  binanın  pəncərələrindən  tüstü  və  alov 
görünmüşdür, və yalnız Bakı müsəlmanlarının fəxri deyil, həm də bütün şəhə
-
rin bəzəyi olan bu əzəmətli bina yanaraq məhv olmuşdur. Yanğını söndürəcək 
heç kəs yox idi, çünki pulemyotlardan və tüfənglərdən aramsız atəşə tutulan 
müsəlmanlar küçəyə çıxmaq imkanından məhrum idilər. (c. II, v. 2)
Daha  sonra  “Kaspi”  qəzeti  redaksiyasının  binası  və  “Dağıstan”,  “İsgən
-
dəriyyə” və “İslamiyyə” adlı müsəlman mehmanxanaları da yandırılmışdır.
Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük rol 
oynayırdılar: 1. “İsmailiyyə”də bütün Qafqaz müsəlman komitələri yerləşirdi 
və  bu  binada  həmin  komitələrə  məxsus  pul  və  sənədlər  saxlanılırdı;  bun
-
dan  əlavə,  binada  bütün  müsəlman  yığıncaqları  və  qurultayları  keçirilirdi: 
məsələn  1918-ci  ilin  fevral  ayının  15-də  açılmış  Ümumqafqaz  müsəlman
-
larının  qurultayı  ;  2.  “Kaspi”  qəzetinin  redaksiyasında  müsəlman  dilində 
müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zirzəmilərində ərəb 
dilində  yenicə  çapdan  çıxmış  5000  Quran  kitabı  var  idi  və  onların  hamısı 
yanmışdır; 3. “İslamiyyə”, “Dağıstan” və “İsgəndəriyyə” mehmanxanalarında 
Bakıya  gələn  bütün  müsəlmanlar  qalırdılar;  bu  mehmanxanaların  dağıntı
-
ları  arasında  yanıb  qaralmış  xeyli  müsəlman  cəsədi  tapılmışdır:  məsələn, 
“Dağıstan” mehmanxanasının xarabalıqları arasında doktor Kərim bəy Sul
-
tanovun,  Cavad  bəy  Aşurbəyovun,  “Hacınski  Çələkən”  mədənlərinin  idarə 
başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsədləri tapılmışdır. (c. II, 
v. 2; c. I, v. 45)
Ermənilər  müsəlmanların  evlərinə  soxularaq,  bütün  qiymətli  əşyaları 
aparır,  qalan  əşyaları  qırıb-tökür,  əksər  hallarda  isə  yandırırdılar.  Şəhərin 
aşağı hissəsində, Sisianovskaya küçəsindən aşağıda, Hacı Zeynal Abdin Ta
-
ğıyevin  mənzili  istisna  olmaqla,  qarət  olunmamış  müsəlman  mənzili  qal
-
mamışdı. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud bazar
-
da  müsəlmanların  məskunlaşdığı  bütün  tikililər  başdan-ayağa  yandırılmış 
və qarət edilmişdir. Ümumilikdə, Bakı şəhərinin müsəlman əhalisinə köhnə 
qiymətlə 400.000.000 rubldan az olmayaraq, ziyan vurulmuşdur. (c.II, v.3)
Mart ayının 19-da öz silahlarını bolşeviklərə təhvil verməyə razılıq ver
-
miş  müsəlmanlarla  bolşeviklər  arasında  sülh  bağlanmasına  baxmayaraq, 
ermənilər  nəinki  martın  22-nə,  müsəlmanlarla  onların  aralarında  barışığın 
elan  edildiyi  günə  qədər,  hətta  sonrakı  vaxtlarda  da  mysəlmanları  öldür
-
məkdə  və  qarət  etməkdə  idilər.  Müsəlmanların  çoxsaylı  qarət  olunması, 
qətlə  yetirilməsi  və  yoxa  çıxması  halları  Bakı  şəhəri  Azərbaycan-Türk  qo
-
şunları tərəfindən alınanadək davam etmişdir. (c.II, v.51)
Müsəlmanların qardaş qırğınına son qoymaq cəhdlərinə erməni əsgər
-
lərinin  münasibəti  aşağıdakı  fakt  sübut  ola  bilər:  Martın  20-də,  çərşənbə 
axşamı, Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Tağıyev, 
doktor  Atabekyan  və  icraiyyə  komitəsinin  üzvü  Denejkindən  ibarət  olan 
nümayəndə  heyəti  Qaladan  avtomobillə  şəhərin  yuxarı  hissəsinə  göndə
-
rilmişdi.  Zavedenskaya  küçəsində  altı  erməni  əsgəri  nümayəndə  heyətini 
saxlamış  və  heyətin  hara  getdiyini  soruşmuşdur.  Nümayəndə  heyətinin 
şəhərin  müsəlmanlar  tərəfindən  tutulmuş  hissəsinə  keçərək,  müsəlman
-
larla  ermənilər  arasında  sülh  bağlandığı  üçün,  onlara  hərbi  əməliyyatları 
dayandırılmaq təklifi etmək istədiyini eşidəndə erməni əsgərləri bildirmişlər 
ki,  onlar  nümayəndə  heyətini  buraxmayacaqlar,  çünki  heç  bir  barışığı  tanı
-
mırlar. Nümayəndə heyətinin üzvləri müsəlmanların Zavedenskaya küçəsinin 
axırındakı  səngərlərinə  tərəf  yönəldikdə,  erməni  əsgərləri  onların  arxasınca 
atəş açmağa başlamış və səngərlərə qədər qaçaraq, orada gizlənməyə ma
-
cal tapmış Molla Cavad Axund istisna olmaqla, nümayəndə heyətinin üzvlə
-
rinin hamısını qətlə yetirmişlər. (c.II, v.4) 
Bütün yuxarıda göstərilənlər istər şahid ifadələri, istərsə də işə əlavə edil
-
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
54
miş baxış, ekspertiza protokolları və çoxlu sayda yandırılmış evlərin və hədsiz 
dərəcədə eybəcər hala salınmış cəsədlərin fotoşəkilləri ilə təsdiq edilir.
Şəhərin müsəlmanlar yaşayan hissələrini talan etmiş erməni əsgərlərinin 
başında  tüfənglərlə  və  mauzerlərlə  silahlanmış  mühəndis  Artyom  Ter-A
-
kopovun, Fridun Akopovun, Jorj Melikovun, Asatur Vaçyansın, andlı iclasçı 
Arutçevin,  Yeqiş  Paxlavuninin,  Levon  Saatsazbəyovun,  tələbə  Popovyanın, 
Ambarsum Melikovun, Stepan Lalayevin, praporşik Dovlatovun və Xristofor 
Dildarovun durduğu sübut edilmişdir. (c.I, v.1,5,6; c. II v. 2, 23, 24, 50)
Mart hadisələri zamanı ermənilərin həyasızlığı o həddə çatmışdır ki, on
-
lar hətta tanışları olan müsəlmanların da evlərinə soxulur, onların əmlakla
-
rını qarət edir və hər yerdə, sərasər hamını qətlə yetirirdilər.
Məsələn,  martın  20-də  Stepan  Lalayev  erməni  əsgərlərinin  böyük 
dəstəsi  ilə  Vorontsovskaya  küçəsində  yaşayan  doktor  Bəybala  bəy  Sulta
-
novun mənzilinə soxulmuş, sonuncunu öz revolveri ilə güllələyərək yerin
-
dəcə  öldürmüşdür.  Sultanovun  mənzilinin  həyətinə  enən  Lalayev  oradakı 
müsəlman bağbanı, onun arvadını və ikiyaşlı oğlunu şəxsən güllələmişdir. 
 
(c.I, v.62, 68)
Suraxanskaya küçəsində yaşayan Məşədi Əhməd Rəhim oğlunun mən
-
zilinə 30 nəfərə yaxın silahlı erməni əsgəri girmiş və 34.840 rubl dəyərin
-
də  qızıl,  gümüş  və  digər  müxtəlif  qadın  əşyalarını  götürmüşdür;  Məşədi 
Əhməd  cinayətkarların  arasında  qonşuları  dərzi  Hayk  Yaramış  oğlunu  və 
baqqal Yexuş Samvel oğlunu tanımışdır. (c. I, v. 21)
Həmin  Yexuş  digər  silahlı  ermənilərlə  birlikdə  Suraxanskaya  küçəsində 
yaşayan  Ağa  Hüseyn  Hacı  Səlim  oğlu  Nəcəfovun  mənzilinə  girmiş,  so
-
nuncunun  111.460  rubl  dəyərində  ən  qiymətli  əşyalarını  götürərək,  mən
-
zil  sahibinin  qardaşını  və  atasını  öldürmüş,  onun  özünü  isə  qadınlarla  və 
uşaqlarla birlikdə Mailov teatrına göndərmişdir; onları həmin yerdə 3 gün 
saxlamışlar. (c. I v. 22)
Bir  neçə  silahlı  erməni,  onların  arasında  praporşik  Avakyan  və  çəkmə 
emalatxanasının  sahibi  İsaak  Baqdasarov,  Tserkovnaya  küçəsində  yaşayan 
Məşədi Hüseyn Səfərəliyevin mənzilinə soxulmuş, onun 186.000 rubl məb
-
ləğində bütün nağd pullarını və müxtəlif qiymətli əşyalarını zorla götürmüş 
və Səfərəliyevi ailəsi ilə birlikdə “Rekord” teatrına aparmışlar. Yolda Səfərə
-
liyevi  müşayiət  edən  ermənilərdən  biri  ona  tüfəngdən  atəş  açmış  və  sağ 
qulağından yaralamışdır. (c. I, v. 25)
Həmin  İsaak  Baqdasarov,  digər  silahlı  ermənilərlə  birlikdə  Tatarskaya 
küçəsində yaşayan Mir Qasım İbrahim oğlunun mənzilinə gəlmiş və onun 
150.000 rubl dəyərində olan bütün əmlakını qarət etmişdir. (c. I, v. 94)
Həsən  Mikayılovun  Bondarnaya  və  Mariinskaya  küçələrinin  kəsişmə
-
sində yerləşən mənzilinə bir neçə silahlı erməni soxulmuşdur; onların ara
-
sında  Olginskaya  küçəsində  Tağıyev  pasajının  qarşısındakı  bərbərxananın 
dolu bədənli, yanağı çapıqlı, sahibi də olmuşdur. Cinayətkarlar Mikayılovun 
qardaşlarından birini - Məlik Məmmədi öldürmüş, o biri qardaşı Tağını isə 
arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmışlar; yolda onlar Tağını da 
öldürmüş və üzərində olan 2500 rubl pulu götürmüşlər. Ermənilər Mikayı
-
lovların mənzilindən ümumilikdə 54.000 rubl dəyərində nağd pul və digər 
qiymətli əşyalarını götürmüşlər. (c. I, v. 30)
Teymur Səlimovun Tserkovnaya küçəsində yerləşən mənzilinə silahlı er
-
mənilər gəlmiş və 150.000 rubl dəyərində olan bütün əmlakını aparmışlar. 
Mənzildə  olan  dalandar  Məmməd  İrza  qarətçilərin  arasında  həmin  evdə 
yaşamış Aleksandr və Levon Ter-Qazarovları və onların adı müəyyən edil
-
məmiş üçüncü qardaşlarını tanımışdır; Məmməd İrza Aleksandr Ter-Qaza
-
rovun kiməsə telefonla mənzil sahiblərinin evdə olmadığını bildirərək, onu 
Səlimovun mənzilinə gəlməyə dəvət etdiyini eşitmişdir. (c. I, v. 56)
Ağa Əli İsmayılovun Bondarnaya küçəsində yerləşən mənzilinə tüfənglərlə 
silahlanmış  altı  nəfər  erməni  gələrək,  Ağa  Əlini  güllələmək  istəmişlər.  Onlar 
Nikolay pulları ilə 7080 rubl pulunu alaraq, onu öldürməməyə razılaşmış və 
yalnız süngü ilə kürəyindən yaralamışlar. Sonra mənzildən 17.780 rubl dəyə
-
rində  olan  bütün  qiymətli  əşyaları  götürərək,  ermənilər  Ağa  Əlini  və  onun 
ailəsini Mailov teatrına aparmış və orada onların hamısını bir gün yarım sax
-
lamışlar.  İsmayılov  qarətçilərin  arasında  bərbərlər  ittifaqında  xidmət  edən 
dolu bədənli, qırxılmış, çopur sifətli Arşak Avetisovu tanımışdır. (c. I, v. 91)


55
Çadrovaya  küçəsində  yaşayan  Yaxşı  Xanım  Hacı  Əli  Mərdan  qızı  Ma
-
nafovanın  evinə  tüfənglərlə  silahlanmış  bir  neçə  nəfər  erməni  soxulmuş, 
onun oğlu Ağaverdi Manafovu güllələmiş və onun 75.000 rubl dəyərində 
olan bütün əmlakını qarət etmişlər. Yaxşı Xanım qarətçilərdən öz kirayəni
-
şini, mart hadisələrindən sonra Qoqolevskaya küçəsi, dalan 2, ev 14 ünva
-
nına köçmüş Aleksandrı tanımışdır. (c. I, v. 124)
Mart  qırğınlarının  üçüncü  günü  Bondarnaya  küçəsində  yaşayan  Məm
-
məd Tağı Kərimovun mənzilinə Kərimovun kirayənişini Levon Arutyunoviç 
Qaraxanovun  gətirdiyi  bir  neçə  silahlı  erməni  gəlmişdir.  Qaraxanov  ümu
-
milikdə 49.000 dəyərində nağd pul və ən qiymətli əşyaları götürərək, Kə
-
rimovu  Mailov  teatrına  göndərmiş  və  ona  hərbi  nümunəli  gödəkcəsini 
əynindən  çıxarmağı  məsləhət  görmüşdür,  belə  ki,  onu  müsəlman  divizio
-
nunun süvarisi kimi qəbul edib güllələyə bilərdilər. Sonra Qaraxanov Məm
-
məd  Tağının  o  vaxt  praporşiklər  məktəbində  oxuyan  qardaşını  axtarmağa 
başlamışdır. Qaraxanovun yoldaşları onu axtararaq Əmir Qulu Həsənovun 
yaxınlıqdakı mənzilinə gəlib çıxmış və orada Əmir Qulunu və onun iki oğ
-
lunu, Məhərrəm və Hüseyn Balanı qətlə yetirmişlər. (c. I, v.124)
Elə  həmin  gün  bir  qrup  silahlı  erməni  Tatarskaya  küçəsində  yaşayan 
Nəsir Kərbəlayı Kazım oğlunun mənzilinə gəlmiş və onun əmisi Həbibulla 
Molla  Hacı  Baba  oğlunu  və  əmisi  oğlu  Hacı  Baba  Həbibulla  oğlunu  öl
-
dürərək, 2000 rubl nağd pulunu və 7662 rubl dəyərində müxtəlif qiymətli 
əşyalarını götürmüşlər. Nəsir özü qaçıb xilas ola bilmişdir. O, cinayətkarla
-
rın arasında Tatarskaya və Karantinnaya küçələrinin tinindəki baqqal düka
-
nının sahibi Yequşu, Samvelin oğlunu görmüşdür. (c. I, v. 125)
Martın 20-də bir dəstə silahlı erməni əsgəri Tserkovnaya küçəsində ya
-
şayan  Məşədi  Məmməd  Sadıq  Talıbovu  ailəsi  ilə  birlikdə  əsir  apararkən, 
onun kirayənişini, andlı iclasçı Varşamyanın qardaşı Levon Varşamyan Talı
-
bovun 5.000.000 rubl dəyərində olan bütün qiymətli əşyaları qarət etmiş
-
dir; təkcə 30 funta yaxın qızıl oğurlanmışdır. (c. I, v. 162)
Martın 20-də Çadrovaya küçəsində yaşayan İsmayıl bəy Şeyda bəy oğlu
-
nun  mənzilinə  20-25  nəfər  erməni  əsgəri  gəlmiş,  mənzildə  axtarış  aparmış 
və  İsmayıl  bəyin  5200  rubl  pulunu  götürmüşlər.  Sonra  onlar  İsmayıl  bəyi, 
onun qardaşı Qasım bəyi, əmisi Xalıq bəy Məmmədbəyovu və sonuncunun 
oğlu İlyas bəyi küçəyə çıxarmışlar; burada onlar dərhal 70 nəfərə yaxın er
-
məni tərəfindən əhatəyə alınmışlar. Bu kütlədən bir çoxları İsmayıl bəyə və 
onun yaxınlarına atəş açmağa başlamış və üç güllə ilə Qasım bəyi, bir güllə 
ilə  Xalıq  bəyi  və  üç  güllə  ilə  İlyas  bəyi  öldürmüşlər.  Çiynindən  güllə  yarası 
almış İsmayıl bəy qaça bilmişdir. İsmayıl bəy ona güllə atanlardan I oğlanlar 
gimnaziyasının tələbəsi Paronyanı tanımışdır. (c. I, v.164)
Tüfənglərlə silahlanmış bir neçə erməni Nijne-Priyutskaya küçəsində ya
-
şayan  Əliyoldaş  Əliyevin  evinə  soxulmuş,  onun  özünü  və  dörd  qardaşını 
qətlə  yetirmiş  və  onların  bütün  əmlakını  qarət  etmişlər.  Bu  zaman  onlar 
Əliyevin kirayənişini Yankel Samuiloviç Slavinskinin də əşyalarını götürmüş
-
lər.  Sonradan  Slavinski  qarətçilərdən  birini  küçədə  tanımışdır  və  o,  həbs 
edilmişdir; bu Xaçatur Martirosov idi. (c. II, v. 45)
Həmin  vaxt  Məşədi  Məmməd  Sadıq  Həsənovun  da  əşyaları  silahlı  er
-
mənilər  tərəfindən  qarət  edilmişdir;  cinayətkarların  başında  Sergey  Meli
-
kov dururdu. (c. II, v.176)
Mart  hadisələri  zamanı  erməni  əsgərləri  tərəfindən  Əli  Övsəd  Davud
-
zadənin  “Qrand  Otel”  mehmanxanasının  birinci  mərtəbəsində  yerləşən 
baqqal  dükanı  qarət  edilmişdir;  sonradan  Stepan  Lalayev  Əli  Övsətin 
kürəkəni  İmamverdi  Zeynalova  demişdir  ki,  dükan  onun  əmri  ilə  qarət 
olunmuşdur. (c. I v. 112, 113)
Mart  qırğınlarının  ikinci  günü  Qalada,  kilsənin  yanında  yaşayan  İşxan 
Qarabəyov qaynı Nikolayla birlikdə öz evinin damından qarşıdakı evdə ya
-
şayan  Əbdül  Cabbar  Babayevin  mənzilinin  pəncərələrini  atəşə  tutmuşdur. 
Əbdül Cabbarın qardaşı Əbdül Qafar kabinetə daxil olaraq telefonla danış
-
mağa  başlayarkən  Qarabəyov  və  onun  qaynı  bir  neçə  atəş  açmış  və  onu 
yerindəcə öldürmüşlər (c.I, v.3).
Əbdül Cabbar Babayevin sözlərinə görə onun yaxın tanışı Pyotr M oisee
-
viç Zorabov həkim Tiqran Ter-Zaxaryanın denşikinin guya digər ermənilərlə 
birlikdə  Cavad  bəy  Aşurbəyovun  və  doktor  Kərim  bəy  Sultanovun  öldürül
-
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
56
məsində  və  cəsədlərin  “Dağıstan”  mehmanxanasının  yanan  binasının  içinə 
atılmasında özünün iştirakı barədə necə danışdığını eşitmişdir. (c. I, v. 4)
Yuxarıda şərh edilənləri nəzərdən keçirir və diqqətinizə çatdırırıq ki; 
  I.  Yuxarıda  təsvir  edilən  cinayətlərin  törədilməsində:  1.  Əli  Övsəd  Da
-
vudzadənin,  İmamverdi  Zeynalovun  və  Ağa  Hüseyn  Tağıyevin  ifadələri 
üzrə  Stepan  Lalyevin;  2.  Abbas  Eyvazovun  ifadəsi  üzrə  Artyom  Nikolaye
-
viç  Ter-Akopovun  və  Fridun  Antonovun;  3.  həmin  Eyvazovun,  polkovnik 
Mansur şahzadə Qacarın və Ağa Hüseyn Tağıyevin ifadələri üzrə Jorj Me
-
likovun; 4. Əbdül Cabbar Babayevin ifadəsi üzrə İşxan Qarabəyovun, onun 
qaynı Nikolayın və Tiqran Ter-Zaxaryanın denşikinin; 5. Mirzə Əhməd Hü
-
seynzadənin ifadəsi üzrə Asatur Vaçyansın; 6. Ağa Hüseyn Tağıyevin ifadəsi 
üzrə  Tatevos  Əmirovun;  7.  Məşədi  Əhməd  Rəhim  oğlunun,  Ağa  Hüseyn 
Hacı Səlim oğlu Nəcəfovun və Nəsir Kərbəlayı Əzim oğlunun ifadələri üzrə 
baqqal  Yexuş  Samveloviçin;  8.  həmin  Məşədi  Əhməd  Rəhim  oğlunun  ifa
-
dəsi üzrə dərzi Hayk Yeramış oğlunun; 9. Məşədi Hüseyn Səfərəliyevin və 
Mir Qasım Seyid İsmayıl oğlunun ifadələri üzrə çəkməçi İsaak Baqdasaro
-
vun;  10.  Əsxəddin  Hacı  oğlu  Mustafayevin  ifadəsi  üzrə  zabit  Sergeyevin; 
11. Teymur Səlimovun ifadəsi üzrə Aleksandr Ter-Qazarovun, Levon Ter-Qa
-
zarovun və onların adı hələ də müəyyən edilməmiş üçüncü qardaşının; 12. 
Ağa Əli İsmayılovun ifadəsi üzrə bərbər Arşak Avetisovun; 13. Yaxşı Xanım 
Hacı  Əli  Mərdan  qızı  Manafovanın  ifadəsi  üzrə  soyadı  hələ  də  müəyyən 
edilməmiş  Aleksandrın;  14.  Məmməd  Tağı  Kərimovun  ifadəsi  üzrə  Levon 
Arutyunoviç Qaraxanyanın; 15. Məşədi Məmməd Sadıq Həsənovun ifadə
-
si  üzrə  Sergey  Melikovun;  16.  Məşədi  Məmməd  Sadıq  Talıbovun  ifadəsi 
üzrə  Levon  Varşamyanın;  17.  İsmayıl  bəy  Şeyda  bəy  oğlunun  ifadəsi  üzrə 
I  oğlanlar  gimnaziyasının  tələbəsi  Paronyanın;  18.  Ağa  Hüseyn  Tağıyevin 
ifadəsi üzrə Ambarsum Melikovun, praporşik Dovlatovun və Xristofor Dil
-
darovun;  19.  Mir  Əbdül  Əziz  Seyidovun  ifadəsi  üzrə  tələbə  Popovyanın; 
20.  Yankel  Samuiloviç  Slavinskinin  ifadəsi  üzrə  Xaçatur  Martirosovun;  21. 
Məşədi  Hüseyn  Səfərəliyevin  ifadəsi  üzrə  praporşik  Avakyanın;  22.  Kazım 
Ələsgər oğlu Axundovun ifadəsi üzrə Yeqiş Paxlavuninin və Levon Saatsaz
-
bəyovun ifşa olunduğunu; 
II.  Yuxarıda  təsvir  olunan  cinayətlərin  törədildiyi  mart  qırğınlarının 
müsəlman  əhalisini  dəfələrlə  silahlı  çıxışa  sövq  etməyə  cəhd  göstərərək, 
nəticədə  onun  əvvəlcə  Bakıda,  daha  sonra  ucqarlarda  fiziki  olaraq  məhv 
edilməsinə, bütün əmlakını mənimsənilməsinə və onun bütün rifahının və 
siyasi  üstünlüyünün  təbii  surətdə  ermənilərin  əlinə  keçməsinə  nail  olmaq 
məqsədi ilə “Daşkansütun” partiyası və Erməni Milli Şurası tərəfindən hələ 
1917-ci ildən başlayaraq hazırlandığını; 
III.  1918-ci  ilin  mart  ayının  17-dən  sonra  cərəyan  edən  hadisələrin 
göstərdiyi kimi, müsəlmanların qətlə yetirilməsinin və müsəlmanların məs
-
kənlərinin darmadağın edilməsinin şəhərin bütün hissələrində, planauyğun 
şəkildə, əvvəlcədən müəyyən edilmiş sistem üzrə, yaxşı təşkil edilmiş hərbi 
hissələr tərəfindən, həm də onların rəhbərliyi altında və Bakı şəhərinin er
-
məni əhalisi tərəfindən həyata keçirildiyini; 
IV. Buna görə də, yuxarıda təsvir olunmuş cinayətlərdən birinin və ya bir 
neçəsinin törədilməsində ifşa olunanların hamısının quldur dəstəsinin üzv
-
ləri kimi, həm də digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edildi
-
yini nəzərə alaraq,

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə