Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ


Şəklin arxasındakı yazı:  N 14



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
Albom1918 az

Şəklin arxasındakı yazı:  N 14.
Bakı şəhərində Şah məscidinin top 
mərmilərindən dağıdılmış minarəsinin 
şərq tərəfdən görünüşü.
Fotoqraf: Litvinsev (imza)
Fövqəladə Təhqiqat Komissiyasının 
üzvləri: Məmməd Xan Təkinski,   
A.Kluge C.Axundzadə (imzalar)
Möhür: Azərbaycan hökuməti. 
Fövqəladə Təhqiqat Komissiyası.
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
38
Bakı şəhərində Bazarnaya küçəsində yalnız müsəlmanların qaldığı keçmiş “İsgəndəriyyə” mehmanxanasının dağıntıları.


39
Şəklin arxasında yazı: N 9.
Bakının Bazarnaya küçəsində keçmiş 
“İsgəndəriyyə” mehmanxanasının          
yanğından sonra dağıntıları. 
Fotoqraf: Litvintsev (imza). 
Fövqəladə Təhqiqat Komissiyasının 
üzvləri:Məmməd xan Təkinski
А.Kluge, C.Axundzadə (imzaları). 
Möhür: Azərbaycan Hökuməti. 
Fövqəladə Təhqiqat Komissiyası.
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
40
Bakı şəhərində Bazarnaya küçəsində keçmiş “İsgəndəriyyə” mehmanxanasının yanğından sonra daxili görünüşü.


41
Bakı şəhərində Bazarnaya və Qubernskaya  küçələrinin tinində yerləşən və yalnız müsəlmanların yaşadığı “İslamiyyə” mehmanxanasının yanğından sonra dağıntıları.  
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
42
Bakı şəhərində Bazarnaya küçəsində yalnız müsəlmanların yaşadığı “Dağıstan” mehmanxanasının yerləşdiyi  Xanlarovun evi.  Yanğından sonra dağıntıların görünüşü.


43
Bakı şəhərində Bazarnaya küçəsində Xanlarovun evinin yanğından sonra daxili görünüşü. 
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
44
“İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yandırılmış binasına baxış aktı.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən 1918-ci il noyabrın 22-də tərtib olunub. 


45
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
46
“İsmailiyyə” binasına Baxış aktının fransız dilinə tərcüməsi.


47
BAKI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
48
PROTOKOL
1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Fövqəladə Təhqiqat komissiyasının üzvləri Məmməd Xan Təkinski və А.Е.Kluqe aşağıdakılar haqqında bu protokolu tərtib etdilər:
Bu ilin sentyabrında Azərbaycan-türk qoşunları Bakı şəhərinə daxil olan kimi, Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı 
ilə, bu Komissiyanın o zaman Bakıda olan üzvü Mirzə Cavad Axundzadə, fotoqraf Litvintsevin vasitəsilə, Bakıda daha çox tanınan ictimai və şəxsi müsəlman 
binalarının xarabalıqlarının fotoşəkillərini çəkmişdir, o cümlədən aşağıdakıların:
1.  Nikolayevskaya küçəsinin xarabalıqlar olan hissəsinin görünüşü.
2.  Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiya binasının xarabalıqları.
3.  Həmin binanın daxili görünüşü.
4.  “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqları şərq tərəfdən.
5.  Həmin binanın daxili görünüşü.
6.  Həmin binanın xarabalıqları qərb tərəfdən.
7.  Bazarnaya küçəsində yerləşən və yalnız müsəlmanların yaşadığı “Dağıstan” mehmanxanasının yerləşdiyi Xanlarovun evinin xarabalıqları.
8.  Həmin binanın daxili görünüşü.
9.   Bazarnaya küçəsində yalnız müsəlmanların yaşadığı keçmiş “İsgəndəriyyə” mehmanxanası binasının xarabalıqları.
10.  Həmin binanın daxili görünüşü.
11.  Bazar və Qubernskaya küçələrinin kəsişməsində yerləşən yalnız müsəlmanların yaşadığı “İslamiyyə” mehmanxanası binasının xarabalıqları. 
12.  Təzəpir məscidi artilleriya mərmiləri ilə zədələnmiş binasının cənub tərəfdən görünüşü.
13.  Həmin məscidin eyni zədələri almış binasının şərq tərəfdən görünüşü.
14.  Şah məscidinin artilleriya mərmiləri ilə zədələnmiş minarəsinin şərq tərəfdən görünüşü. 
Adları çəkilmiş fotoşəkillər Komissiyanın yuxarıda adları göstərilən üzvləri tərəfindən çəkildiyi obyektlərlə yerində tutuşdurularaq, hər biri iki nüsxədə əşyayi-
dəlil kimi işə əlavə edilmişdir. 
Şəkillər Protokola uyğun olaraq nömrələnmiş və onların əsli fotoqraf və Komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. 
Komissiya üzvü: C.Axundzadə (imza).
Fotoqraf N.Litvintsev (imza).
Komissiya üzvləri: А.Kluqe, Məmməd Xan Təkinski (imzalar).

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə