Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
Albom1918 az

PROTOKOL 
5 noyabr 1918-ci il, Şamaxı şəhəri. 
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski aşağıdakılara dair bu 
protokolu tərtib etmişdir: 
Bu  il  noyabrın  1-də  axşam  saat  7-də  mənim,  yəni  Fövqəladə  Təhqiqat 
Komissiyasının  Şamaxı  şəhərindəki  üzvü  Novatskinin,  yanıma  adı  çəkilən 
komissiyanın  eksperti-fotoqraf  L.U.Daşkeviç  gələrək  məlumat  verdi  ki,  o, 
komissiyanın  üzvü  Mixaylovla  birlikdə  Şamaxıya  gəlirmiş,  Mixaylov  yolda 
xəstələnib və Göyçay qəzası Kürdəmir nahiyəsi İltıçı kəndində qalıb, onun 
özü isə dağıdılmış şəhərin çəkilişlərini aparmaq üçün Şamaxıya gəlib. 
Ertəsi gün şəkillərin çəkilişinə başlanılmışdır. 
Noyabrın 2-də aydın havada aşağıdakı şəkillər çəkilmişdir: 
1) “Piran-Şirvan” bölməsinin qərbdən şərqə doğru ümumi mənzərəsi
2) Yuxarı Qala məscidi, Hacı Seyid Əli Ağa Axundun qəbri ilə cənub tərəfdən; 
3) Eyni məscid qərb tərəfdən; 
4) “Şıxminas” bölməsində Cəfər-Qulu Axundovun evi; 
5) Şıxminas küçəsində Sultanovun evinin həyətində insan sümükləri
6) Cümə məscidinin daxili görünüşü
7) Cümə məscidinin qərb tərəfdən ümumi görünüşü; 
8) Eyni məscidin fasadı, Axund Hacı Şıx Həbiblə; 
9) Cümə məscidinin daxili görünüşü; 
10) Cümə məscidinin şərq tərəfdən görünüşü; 
11) Cümə məscidinin qarşısında dağıntılar; 
Noyabrın 3-də: 
12) Şəhərin müsəlman hissəsinin ümumi mənzərəsi (panorama); 
13) Şəhərin müsəlman hissəsinin ümumi mənzərəsi (panorama); 
14) “İmamlı” məscidi, peyğəmbər İmamın türbəsi və Axund Ağa Mir Meh
-
dinin qəbri; 
15) İmamlı küçəsində Salamovların evinin dağıntıları; 
16) Hacı Qasım məscidinin daxili görünüşü, Axund Hacı Şıx Həbiblə; 
17) “İmamlı” bölməsində İsgəndərovların evinin dağıntıları; 
18) “Kövsərli” bölməsində İbrahim Əfəndinin evinin dağıntıları; 
19) “Şıxminas” bölməsində Yuxarı meydanda dükanların dağıntıları; 
20) Böyük Bazardan Gürcübazar küçəsinin görünüşü
21) Böyük Bazar küçəsində dükanların dağıntıları;
22) Böyük Bazar küçəsində dükanların dağıntıları; 
23) Böyük Bazar küçəsində dükanların dağıntıları; 
24) Kupeçeskaya küçəsində Hacı Dadaş Əli Mirzəyevin evi; 
25) Həmin küçədə Abdulla Dəmir oğlunun evi; 
26) Həmin küçədə Hacı Həsənin evi
27) Gürcübazar küçəsinin şimaldan cənuba doğru görünüşü, Hidayət və 
Müftinin evləri; 
ŞAMAXI ŞƏHƏRİ 


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
104
Noyabrın 4-də: 
28) Sadovaya küçəsinin görünüşü, Hacı Səftər Rəhim oğlunun evi
29) Piran-Şirvan küçəsinin görünüşü, Həsənovların və Şixiyevin evləri; 
30) Piran-Şirvan küçəsinin görünüşü
31) Qoşabulaq küçəsinin görünüşü, Müftinin və Veysovun evləri; 
32) Qoşabulaq və Gürcübazar küçələrinin tinində yerləşən evin dağıntıları; 
33) İmamlı və Gürcübazar küçələrinin tinində dükanların dağıntıları; 
34) İmamlı küçəsində Camo bəyin evinin dağıntıları; 
35) Cavad bəy və Rüstəm bəy Məmmədov qardaşlarının evinin dağıntıları; 
36) Cavad bəy və Rüstəm bəy Məmmədov qardaşlarının evinin dağıntıları;
37) “İmamlı” bölməsində Qəzənfər Hacı Zeynalova məxsus ev
38) “İmamlı” bölməsində Məmməd Tağı Əliyevə məxsus evin dağıntıları; 
39) İmamlı küçəsinin dağıntıları, Kərbəlayı Məmməd Əli Əliyevin evi;
 və noyabrın 5-də: 
40) Şıxminas küçəsində Azad bəy Qocamanbəyovun evi; 
41) “Ərdəbil” bölməsində məscidin darvazadan görünüşü
42) Şıxminas küçəsi, İsmayılovlara və Zeynalovlara məxsus evlər; 
43) Şıxminas və Böyük Bazar küçələrinin tini; 
44) Şiə Qazısı Axund Molla Abbasqulu Əbdül Hüseynzadənin dağıdılmış evi; 
45) Yuxarıqala küçəsində Əşrəf Hacı Səlim oğlunun evinin dağıntıları; 
Qeyd: noyabrın 3-də və 4-də çəkilmiş şəkillər tutqun havada, duman
-
da, 5-də isə 4 şəkil yağışlı havada çəkilib. 


105
Şamaxı şəhərində rütubətli, soyuq otaqda, yaxşı suyun, ümumiyyətlə, ele
-
mentar şəraitin olmadığı səbəbindən fotoşəkilləri aydınlaşdırmaq mümkün 
olmamışdır. 
Komissiyanın üzvü: A.Novatski (imza). 
Ekspert-fotoqraf: imza. 
Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 1061, sih. 1, iş 106, vər. 69-70.

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə