Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ


AR DA, f. 1061, siy. 1, iş 6, vər. 115



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
Albom1918 az

AR DA, f. 1061, siy. 1, iş 6, vər. 115. 
Baxış protokolu 
1918-ci il, 8 noyabr.
Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Şamaxı qəzası Çuxanlı kənd sakinləri 
Fətulla Molla Əyyub oğlunun və Veys Xan Məlik oğlunun iştirakı ilə Şamaxı 
qəzası Çuxanlı kəndinin məscidinə baxış keçirdim və aşağıdakıları müəyyən 
etdim: 
Məscid  kəndin  mərkəzində,  çox  da  hündür  olmayan  təpəliyin  yanında 
yerləşir, uzunluğu 20, eni 10, yan divarların hündürlüyü 4 arşındır; daşdan 
tikilib, damı asfaltdandır. 
Məscid  özü  zədələnməyib,  ancaq  içərisində,  mollanın  adətən  Quran 
oxuduğu və moizə etdiyi minbər bir tərəfdən yandırılıb; məscidin döşəməsinə 
sərilmiş həsir xalçalar qismən yanıb. 
Şahidlərin  dediyinə  görə,  ermənilər  məscidi  yandırmaq  üçün  cəhd 
göstəriblər - həsir xalçaları məscidin ortasına yığaraq və taxta minbəri də 
buraya  qoyaraq,  onlara  od  vurublar  və  beləliklə,  alovun  bütün  məscidə 
yayılacağına  və  onun  tamamilə  yanacağına  ümid  ediblər.  Ancaq  adi  bir 
təsadüf  üzündən  alov  bütün  məscidə  yayılmayıb  və  hətta  minbər  də 
bütünlüklə yanmayıb. 
Şəkil məscidin daxilində, minbərin yandırılmış hissəsi 56-cı № ilə çəkilib. 
Bununla protokol bitmişdir. 
Şahidlər savadsızdır. 


125
Komissiya üzvü: İ.Şahmalıyev (imza). 

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə