Şengen vizası üçün əsasən pasport, pasportun şəkil, viza,
möhür və qeydiyyat səhifələrinin surəti, şəxsiyyət vəsiqəsi və surəti,
2 ədəd şəxsən doldurulmuş ərizə forması, 2 ədəd biometrik pasport
şəkli, viza verilməsində yanlış məlumata dair xaricilər üçün qanunun
55-ci paraqrafına dair yazılı bəyanat, səfər olunacaq Şengen
ölkəsindəki vaxtı əhatə edən 30.000 avro və ya 50.000 dollar
civarında səyahət sığorta sənədi, 60 avro viza rüsumu.
Şengen vizalarının kateqoriyalarına (turist səyahəti, işgüzar
səfər, tibbi müalicə, avtomobil almaq, sərgiyə getmək və s) görə,
əlavə sənədlər də tələb olunur. Məsələn, səfərin məqsədinə və
vizanın hansı ölkənin səfirliyindən alınmasına bağlı olaraq iş
yerindən arayış (məvacib, vəzifə, işə başlama tarixi və xidməti
səfərlə əlaqədar göndərildiyinə dair qeyd daxil olmaqla), bank
təminatı, gedəcəyiniz ölkədən dəvətnamə, dəvət edən şəxs barədə
məlumatlar,
səfərin
məqsədinin
geniş
izahı,
mehmanxana
rezervasiyası, təyyarə rezervasiyası, nigah şəhadətnaməsi, azyaşlı
uşaqların doğum şəhadətnamələri, ev və ya torpaq sahəsinin kupçası
və surəti, avtomobilin şəxsi mülkiyyətdə olmasına dair sənəd səyahət
proqramı, yaşam xərclərinin qarşılanmasını sübut edən bank hesab
çıxarışları və ya son 3 ayın kredit kart hesablaşmaları kimi sənədlər
tələb oluna bilər.
G öm rük rəsmiyyətçiliyi
və valyuta nəzarəti. Gömrük
rəsmiyyətçiliyi-dövlət
sərhədini
keçən
insanların,
əşya
və
məhsulların ölkəyə gətirilməsi və ölkədən çıxarılması ilə əlaqədar
şərtlərə və qaydalara riayət etməli olduğu proseduralardır. Gömrük
rəsmiyyətçiliyin həyata keçirilinəsi sərhəd məntəqələrində gömrük
xidmətinə həvalə olunur. Gömrük rəsmiyyətçiliyi turistlər üçün
adətən gömrük bəyannaməsinin doldurulmasından və lazım olduqda
baqajın yoxlanılmasından ibarət olur.
Gömrük bəyannaməsi-dövlət sərhədini keçən sərnişinlərin,
turistlərin gömrük nəzarəti xidmətinə özləri ilə və ya ayrıca yük
şəklində keçirdikləri əşya və mallar haqqında doldurduqları yazılı
ərizədir. Bəyannamə 16 yaşı tamam olmuş şəxslər tərəfindən şəxsən
doldurmalıdır. Gömrük bəyannaməsi adətən müəyyən olunmuş
464
forma üzrə xüsusi blanklarda doldurulur. Bəyannamədə turist
haqqında məlumat, varid olduğu və gedəcəyi ölkə, səfərin məqsədi,
şəxsi baqaj, valyuta, əntiq və incəsənət əsərləri, qiymətli metal və
daşlardan olan məmulatlar qeyd edilir.
Azərbaycan vətəndaşları ölkədən çıxan zaman gömrük
bəyannaməsində elan etdikləri yerli valyutanı yenidən ölkəyə idxal
edə bilərlər. Bu bəyannaməyə Bakıda gömrük təşkilatının ştampı
vurulmalıdır. Bəyannamədə göstərmək şərti ilə, vətəndaşların və
qeyri-vətəndaşların (rezidentlərin və qeyri-rezidentlərin) xarici
\alyuta idxalına məhdudiyyət yoxdur. Xaricə gedən Azərbaycan
vətəndaşları üçün yerli valyutanın ixracına da məhdudiyyət yoxdur,
ancaq aparılan pulun məbləği mütləq bəyannamədə göstərilməlidir.
Xarici valyutanın ixracı zamanı isə Azərbaycan vətəndaşlarından 10
min ABŞ dollarından artıq hər bir məbləğ (və ya həmin məbləğə
bərabər (ekvivalent) digər valyuta) üçün 1% həcmində vergi tutulur,
üstəlik, bunun üçün Azərbaycanın Mərkəzi Bankının rəsmi razılığı
da təqdim olunmalıdır. Adambaşına 10 min ABŞ dolları ekvivalenti
məbləğində valyuta (fond sərvətləri istisna olmaqla) hər hansı sənəd
təqdim edilmədən, sadəcə gömrük orqanlarına bəyan edilməklə
Azərbaycandan nağd şəkildə çıxarıla bilər. Yol çekləri və kredit
kartları
bəyannamədə
qeyd
edilmir.
Turistdə,
bəyannamədə
göstərilməyən valyuta aşkar olunarsa, o, gömrük nəzarətçiləri
tərəfindən götürülür.
Təhlükəsizlik baxımdan bir sıra əşyaların gömrük nəzarətin
dən keçirilməsi ya qadağandır, ya da onları keçirmək iiçün xüsusi
şərtlər mövcuddur. Onlara aşağıdakılar daxildir:
• bıçaq və kəsici alətlər
• silah, güllə və digər sursatlar
• kartriclər
• 100 ml-dan çox ətir flakonları
• 100 ml-dan çox həcmli aerozol bağlamada kosmetik məhsullar
• alışqan üçün maye
• asid batareyalar
465
• feyerverklər, siqnal raketləri, oyuncaq silahlar, tezalışan maddələr,
gözyaşardıcı qaz
• səyahət plitələri, qaz kanistrləri, sualtı səyahət üçün oksigen
balonları
• boya və laklar
• toksik, infeksion və radioaktiv maddələr
• kimyəvi məhsullar, gübrələr, pestisid və insektisidlər
• həlledicilər, ağardıcılar, xlor, təmizləyici maddələr, yanacaq, aseton
və s.
• ci vəl i termometr və barometrlər
Bir çox ölkələrdə gömrük nəzarətini bir qədər yüngülləş
dirmək üçün müxtəlif sistemlər tətbiq olunur. Bu sistemlərdən biri
dünyanın bəzi ölkələrdə tətbiq olunan «yaşıl» və «qırmızı» dəhliz
sistemidir. “Yaşıl dəhliz ’-yazılı bəyannamənin doldurulmasım tələb
etməyən və ümumiyyətlə baqajı olmayan şəxslərin sərhəddən
keçməsi üçün nəzərdə tutulmuş nəzarət formasıdır. Qetd etmək
lazımdır ki, müəyyən bir şəxs yaşıl dəhlizə daxil olursa, o, şifahi
halda bildirir ki, onun bəyannaməyə qeyd olunacaq və nəzarət
ediləcək heç bir əşyası yoxdur. Bu o demək deyil ki, bu zaman həmin
şəxsi tamamilə yoxlamırlar, müəyyən yoxlama həyata keçirilir,
bundan əlavə gömrükçü istənilən zaman özünü şübhəli aparan
istənilən şəxsi saxlayaraq, onu yoxlanışdan keçirə bilər və əgər bu
zaman onda bəyannamədə qeyd olunmalı hər hansı əşya tapılarsa,
həmin şəxs inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.
Əgər sərhədi keçən şəxsdə bəyannamədə qeyd olunacaq əşya və ya
mallar varsa, o, “qırmızı dəhliz"dsn keçir.
Müəyyən ölkədə alış-veriş edərkən, biz həmişə həmin
məhsula ƏDV də ödəyirik. Xaricdə bu vergini value added tax və ya
VAT adlandırırlar. M üxtəlif ölkələrdə verginin miqdarı 5% - 25%
arasında dəyişir. Turistlərin müxtəlif tələbatını ödəmək üçün bir sıra
ölkələrdə ƏDV-nin qaytarılması üçün tax fre e sistemi formalaşdırıl
mışdır. Tax-free xidməti yalnız ölkədə 3 aydan az müddətdə qalan
qeyri-vətəndaşlar üçün nəzərdə tutulmuşdur. İsveçrə və İtaliya kimi
ölkələrdə bu müddət I və 2 aydan artıq olmur. Lakin, vətəndaşlığı
466
olmayan şəxslər, tələbə və işçi vizaları olan şəxslər tax free
xidmətindən istifadə etmək hüququna malik deyillər. Hər bir ölkədə
müəyyən məhsullar siyahısı var ki, onlara adətən alkoqol və tütün
məhsulları daxil deyil. Bundan əlavə alman əşyanın minimum
qiymətinə və xüsusi çekin fəaliyyət müddətinə dair müəyyən
məhdudiyyətlər mövcuddur. Məs., Almaniyada tax free-yə uyğun
olan məbləğ 30 avrodan başlayır, müddət isə məhsulun alınmasından
3 il müddətinə qədər olur, İsveçrədə isə həmin məbləğ 300 avro,
müddət isə cəmi 1 ay təşkil edir.
Tax free anlayışından əlavə xüsusi duty free adlanan anlayış
da mövcuddur. Bu cür mağazalar adətən turistlərin daha çox
cəmləşdiyi beynəlxalq hava limanlarında, xüsusi turizm mərkəzlərin
də, təyyarələrdə daha çox rast gəlinir. Duty free mağazaları elə
yerləşdirilir ki, orada alış-vcıişi yalnız pasport və gömrük nəzarətini
keçən və dərhal ölkəni tərk edən şəxslər edə bilər. Əlbəttə ki, bu cür
mağazalarda alış-veıiş etmək daha əlverişlidir, çünki burada ODV
məhsulun qiymətinə əlavə olunmur. Bəzən duty free mağazaları
bilavasitə şəhərdə yerləşdirilir. Bu halda turist sadəcə pasport və
biletini təqdim edərək, alış-veriş etmək hüququ əldə edə bilər. Bu cür
sistem çox rahatdır və böyük populyarlığa malikdir, lakin bıı cür duty
free bölmələrinin çeşidi spirtli içkilər, parlümeriya məhsulları, eləcə
də bəzi qida məhsulları və s. ilə kifayətlənir.
Tibbi-sanitar rosmiyyotçiliyi. Dövlət sərhədini keçən şəxs
lərin və onların heyvanlarının (əgər vardırsa), mövcud vaksiııasiya
(peyvənd) tələblərinin yerinə yetirilməsinin yoxlanılması ilə bağlı
olan proseduralardır. Bu rəsmiyyətçiliyin yerinə yetirilməsinə
nəzarət, ölkəyə giriş və çıxışda yerləşən sanitariya xidmətləri
tərəfindən həyata keçirilir.
1995-ci ilin oktyabrında keçirilən ÜTT-ııin lO-cu Assamble
yası səyahət ərəfəsində səhhətin qorunmasına həsr olunmuşdu.
Dünyada beynəlxalq karantin əhəmiyyətli xəstəliklər müəyyən
edilmişdir: taun, vəba, çiçək, sarılıq, malyariya. Hətta bu xəstəlik
lərin yayıldığı ölkələr qruplaşdırılmışdır. Qruplaşdırılma aşağıdakı
kimidir:
467
Dostları ilə paylaş: |