•
Taun - Vyetnam, Boliviya, Braziliya, Peru, Zambiya, Zimbabve,
Tanzaniya, Madaqaskar
•
Vəba - Əfqanıstan, Vyetnam, Hindistan, İran, Çin, Malayziya,
Monqolustan, Filippin, Şri-Lanka, Argentina, Boliviya, Braziliya,
Venesuela, Kolumbiya, Meksika, Kosta-Rika, Ekvador, Zambiya,
Keniya, Mozambik, Tanzaniya, Uqanda
•
Çiçək - Mozambik, Tanzaniya, Uqanda, Zimbabve, Anqola.
Qvineya, Hindistan, Vyetnam, Boliviya, Braziliya, Peru, Venesuela.
Qvatemala, Kolumbiya, Meksika və s.
Müəyyən sanitar (tibbi) qaydalar var ki, onlar səyahət zamanı
təhlükəli xəstəliklərdən yayınmaq imkanı yaradır. Bu qaydalar
mütləq qaydada turizm şirkətləri tərəfindən səyahətdən əvvəl turistin
nəzərinə çatdırılmalıdır. Müəyyən xəstəliklərə qarşı turistlər peyvənd
edilirlər. Hətta ÜTT tərəfindən peyvənd sertifikatı təyin edilmişdir və
bu sertifikat hər ölkənin öz səhiyyə nazirliyi tərəfindən verilir. Bəzi,
məsələn yuxarıda adı çəkilən ölkələrə giriş üçün onun olması
vacibdir.
Adətən səfərə çıxmazdan əvvəl turistlərə tibbi sığorta təklif
edilir. Bəzən turistlər ondan imtina edirlər. Lakin bəzi ölkələr var ki,
tibbi sığorta olmadan turistə sərhəddi keçməyə imkan verilmir. ÜTT
tərəfindən tibbi rəsmiyyətçiliyin sadələşdirilməsi üçün təklif edilir:
ölü bədənin gömrükdən problemsiz buraxılması, turist ciddi xəstə
olduqda səfirliklərin və qohumlarının məlumatlandırılması və bu
zaman lazımı sənədlərin hazırlanmasının tezləşdirilməsi və
Cədvəl 10.4.1.
İsti ölkələrə səyahət zamanı xəstəliklərin faizi
Ölkə
%
xəstəlik
Ölkə
%
xəstəlik
Hindistan
60
Keniya
49
Misir
53
Türkiyə
46
Mərakeş
52
İndoneziya
43
Qambiya
50
Çin
39
Tunis
49
Tailand
37
468
Təhlükəsizlik rəsmiyyətçiliyi və sığortalama. Turizmdə
təhlükəsizlik turistlərin şəxsi təhlükəsizliyinin təmin olunması və
onların əmlakının qorunması, onların ləyaqətinə, hüquq və
azadlıqlarına hörmət, turizm obyektlərinin inamlı və ətraf mühitin
əlverişli olmasıdır. Turistlər aşağıdakı hallarda təhlükələrlə rastlaşa
bilərlər:
• Təbii fəlakətlər
• Epidemiyalar
• Həyat üçün təhlükəli meteoşərait (tufan, leysan, fırtına, qar
uçqunları)
• Əlverişsiz ətraf mühit (radioaktiv şüalanma, ərazinin və suyun
çirklənməsi)
• Kriminogen vəziyyət və cinəyatkarlıq və s.
Yoxlama suallar:
1. Turizmdə rəsmiyyətçilik nədir və onun yaranma səbəbləri hansılardır?
2. Turizmdə rəsmiyyətçiliyin hansı növləri vardır?
3. Polis rəsmiyyətçiliyin mahiyyəti nədən ibarətdir?
4. Pasport və onun növləri.
5. Azərbaycanda pasportların verilmə xüsusiyyətləri nədən ibarətdir?
6. Viza və növləri.
7. Şengen vizası nədir?
8. Gömrük rəsmiyyətçiliyinin mahiyyəti nədən ibarətdir?
9. Valyuta nəzarəti nədir?
10. Gömrükdən keçirilən əşyalara dair hansı məhdudiyyətlər mövcuddur?
11. “Yaşıl dəhliz” və “Qırmızı dəhliz” nədir?
12. “Duty free” və “Tax-free” anlayışlarının mahiyyəti nədən ibarətdir?
13. Tibbi-sanitariya rəsmiyyətçiliyinin tətbiq olunmasının əsas məqsədi nədən
ibarətdir?
14. Müxtəlif xəstəliklərə yoluxma baxımdan dünyanın ən təhlükəli regionları
hansılardır?
Ədəbiyyat
1. Сенин В.C. «Организация международного туризма», Учебник. 2-е изд.,
перераб. и доп. М.: Финансы и статистика, 2003. 400 с.
469
2. Маринин M.М. «Туристские формальности и безопасность в туризме», М..
Финансы и статистика, 2004, 144 с.
10.5. Turizm təşkilatları və tədbirləri
Beynəlxalq turizmin həcminin intensiv olaraq artması və
sərhədlərinin genişlənməsi, dünya turizm sənayesinin dinamik
inkişafı, onun dünya iqtisadiyyatının aparıcı sahəsinə çevrilməsi,
müxtəlif ölkələrin turizm fəaliyyətini yoluna qoymaq və tənzim
ləmək məqsədilə Beynəlxalq turizm təşkilatlarının yaradılmasını
tələb etmişdir.
Turizm və səyahətləri tənzim etməkdən ötrü ümumdünya,
regional, məhəlli təşkilatların yaranma prosesi XX əsrin 20-ci
illərində başlanmışdır. Bu dövr ərzində müxtəlif səviyyə və səlahiy
yətə malik Beynəlxalq turizm təşkilatlarının bütöv sistemi yaradıl
mışdır. Hazırda 200-dən çox belə təşkilat fəaliyyət göstərir. Onların
dörddə bir hissəsi Beynəlxalq turizm sənayesində daha fəal və
nüfuzludurlar.
Beynəlxalq turizm təşkilatları müxtəlif adlar daşıya bilər:
«təşkilat», «ittifaq», «assosiasiya», «assosiasiyalar qrupu», «federasi
ya»,
«konfederasiya»,
«birlik»,
«Assambleya»,
«komissiya»,
«komitə», «fond», «şura», «mərkəz», «büro», «təsisat», «agentlik».
Daha geniş yayılmış Beynəlxalq turizm strukturu assosiasiyadır, yəni
turizm sənayesinin milli təşkilatlan, təsisatları və müəssisələrinin,
həmçinin fiziki şəxslərin turizm sahəsində konkret vəzifələrinin həlli
məqsədilə könüllülük əsasında birliyidir.
Beynəlxalq turizm təşkilatları (BTT) fəaliyyətlərinin miqyası,
sahəsi və istiqamətindən asılı olaraq aşağıdakı əsas qruplar üzrə
təsnif olunur:
* ümumi xarakterli BTT;
* sahə xarakterli BTT;
* ümumi xarakterli regional BTT;
* sahə xarakterli regional BTT;
470
* ixtisaslaşdırılmış;
x xüsusi.
Beynəlxalq turizm təşkilatlarının missiya, məqsəd və
\əzifələri onların nizamnamələrində və digər proqram sənədlərində
müəyyən edilmişdir. Ümumi xarakterli Beynəlxalq turizm təşkilatla
rına aiddir:
BM Ümumdünya Turizm Təşkilatı (UNWTO);
Ümumdünya səyahətlər və turizm şurası (WTTC);
Dünya turizminin Beynəlxalq assosiasiyası (MT);
Beynəlxalq turizm ittifaqı (TUI);
Beynəlxalq turizm alyansı (AIT);
Asudə vaxt və istirahət məsələləri üzrə Ümumdünya Assosiasiyası
(WLR.A) və s.
Ümumi xarakterli dünya turizm təşkilatlarının məqsəd və
vəzifələri turizm sənayesini təşkil edən təşkilat və şirkətlərin
maraqlarını təmsil və mi'ıdaliə etmək; turizm sahəsində siyasətin
müəyyənləşdirilməsi, dünya turizm inkişafının əsas istiqamətlərinin
formalaşdırılması, Bu təşkilatların üzv ölkələri arasında qarşılıqlı
faydalı əməkdaşlığın təmin edilməsi və turizm sənayesinin inkişaf
problemlərinin və ölkənin iqtisadi yüksəliş problemlərinin həllində
onlara yardım etməkdir.
Ümumi xarakterli ilk təşkilat 1925-ei ildə yaradılmış turizm
təbliğinin rəsmi assosiasiyalarının Beynəlxalq koııqressidir. O, 1927-
ci ildə rəsmi turizm təşkilatlarının Beynəlxalq Konqresi, 1930-eıı ildə
isə turizmin təşkili və təbliğinin Beynəlxalq İttifaqı adım almışdır.
1947-ei ildə ardıeıl olaraq dəyişən sadalanmış turizm strukturlarının
Bazasında Beynəlxalq qeyri-hökumət təşkilatı
rəsmi turizm
təşkilatlarının Beynəlxalq İttifaqı (RTTBI) təsis edilmişdir. I ıırizın
üzrə nazirlik və idarələr. Baş kommissarlıq və direktoratlar, nazirlik
xidmətləri, habelə rəsmi milli turizm təşkilatlan onun həqiqi
üzvləridir.
Ötən əsrin 7()-ci illərin ortalarında RTTBI ləğv edilməzdən
qabaq dünyanın yüzdən artıq ölkəsinin turizm təşkilatı bura daxil idi.
RTTBI BMT İqtisadiyyat və Sosial Şurasının nəznində məsləhətçi
471
Dostları ilə paylaş: |